"Yaratdı ki, yaşasınlar

 

Heydər Əliyev: Muzeylər görkəmli insanların varlığından xəbər verən möhtəşəm tarixin yaşadıcısıdır

 

Heydər Əliyev hakimiyyətdə olduğu illərdə mədəniyyətin, incəsənətin inkişafına təkan verən böyük dəyərli layihələrə imza atmışdı. Ölkəmizdə əksər muzeylərin yaradılması yenidən bərpa edilməsi məhz onun təşəbbüsünün nəticəsi idi. Dahi bəstəkar Üzeyir Hacıbəyovun, dünyaşöhrətli müğənni Bülbülün, yazıçı-dramaturq Cəfər Cabbarlının digər görkəmli şəxsiyyətlərin xatirə muzeyləri ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yaradılıb.

 

C.Cabbarlının ev-muzeyi Heydər Əliyevin sərəncamı ilə yaradılıb

 

Yazıçı-dramaturq Cəfər Cabbarlının xatirə muzeyinin baş elmi işçisi Qəmər Seyfəddinqızı qeyd etdi ki, Heydər Əliyev 1979-cu ildə muzeyin yaradılması ilə bağlı xüsusi sərəncam imzalayıb. Rəsmi açılış isə 1983-cü ildə olub. O vaxta qədər yazıçı-dramaturqun ailəsi həmin evdə yaşayıb: Qeyd edək ki, təntənəli açılış mərasimi 1983-cü ilin mart ayında C.Cabbarlının 80 illik yubileyində baş tutub. Həmin ildə ev-muzeyinin C.Cabbarlı meydanında onun möhtəşəm abidəsinin açılışı yubiley gününə təsadüf etdi. Onu da bildirək ki, yazıçının yaradıcılığının tarixi bu evdə başlayıb. Ona görə belə bir muzeyin məhz burada yaradılması çox vacib idi. Əlbəttə ki, ev-muzeyinin bu günə qədər fəaliyyət göstərməsi Heydər Əliyevin xüsusi diqqət qayğısının nəticəsidir. Bu il bu tarixi məkanın yaradılmasının 30 (1979), C.Cabbarlının isə 110 illilk yubileyi qeyd olunacaq. Qəmər xanım muzeydə tarixi şəxsiyyətlərin doğum anım günü ilə əlaqədar müxtəlif tədbirlərin keçirildiyini qeyd etdi. Həmsöhbətim hər il olduğu kimi, mayın 10-da müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin doğum gününü xüsusi təntənə ilə qeyd edəcəklərini vurğuladı.

 

Ü.Hacıbəyovun ev-muzeyinin açılışında Heydər Əliyev şəxsən iştirak edib

 

Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru, bəstəkar, əməkdar mədəniyyət işçisi Sərdar Fərəcov dahi bəstəkarın ev-muzeinin birbaşa təşəbbüskarı yaradıcısı olan Heydər Əliyevin böyük əməyindən söhbət açdı. Qeyd etdi ki, muzeydə xüsusi bir guşə var: Burada rəsmi açılış mərasimində çəkilən şəkillərdə F.Əmirov, Qara Qarayev, Cövdət Hacıyev kimi görkəmli bəstəkarların dövlət nümayəndələrinin xatirə şəkilləri nümayiş olunur. Onlar Ü.Hacıbəyovun ev-muzeyinin yaradılmasının bilavasitə təşkilatçısı Heydər Əliyevin ətrafına toplaşaraq tarixi fotolar çəkdiriblər.

1975-ci il noyabrın 20-də muzeyin açılış günündə izdihamlı tədbirdə Heydər Əliyev şəxsən özü iştirak etmişdi. Muzey 2005-ci ildə əsaslı təmir olunub bəstəkarın ad günündə qapılarını ziyarətçilərin üzünə açıb. Həmin ildə memorial hissə bərpa olunub. Muzeyin inzibati binası 2007-ci ildə yenidən təmirə bağlanıb həmin il bəstəkarın ad günündə istifadəyə verilib.

 

Mayın 10-da Teatr Muzeyində böyük sərgi nümayiş olunacaq

 

Cəfər Cabbarlı adına Teatr Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Nuridə Nurullayeva ümummilli liderimiz Heydər Əliyevin doğum günü ilə əlaqədar keçiriləcək sərgi barədə məlumat verdi. Muzeyin elmi işçisi Rəna Salahova isə bizi sərgidə nümayiş olunacaq qiymətli fotolardan xəbərdar etdi: Sərgidə görkəmli dövlət xadimlərinin teatr sənəti haqqında dediyi kəlamlar ön cərgədə yer alıb. Bundan başqa, hakimiyyətdə olduğu illərdə Heydər Əliyev şəxsiyyətinin özünəməxsus böyük işlərini əks etdirən fotolardan ibarət lövhələr quraşdırılıb. Onun teatr aləminə göstərdiyi qayğılar, sənət adamlarına təqdim etdiyi orden mükafatlar, tamaşadan sonra aktyorlarla pərdəarxası görüşləri teatrla bağlı hər bir tədbir zamanı çəkilən fotoarxivlər dahi şəxsiyyətin doğum günü münasibəti ilə keçiriləcək sərgidə nümayiş olunacaq. Qeyd edək ki, lövhələrdə olduqca qiymətli fotolar yerləşdirilib.

O olmasın, bu olsun, Özümüzü kəsən qılınc, Hara gedir bu dünya?, Aydın, Sevil və digər tamaşalar zamanı Heydər Əliyevlə teatr işçilərinin səmimi münasibətini əks etdirən fotoları izləyərkən diqqətimizi onun kəlamlarından biri cəlb etdi: Teatr Azərbaycan mədəniyyətinin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumxalq mədəni səviyyəsinin yüksəlməsində böyük rol oynayır.

 

Abdulla Şaiqin ev-muzeyi Heydər Əliyev Fondunun dəstəyi ilə təmir olunub

 

Uşaqların sevimli yazıçısı, Abdulla Şaiqin ev-muzeyində fondun baş mühafizi Ülkər Talıbzadənin söylədikləri Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqət qayğıdan xəbər verirdi. Muzey 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü dəstəyi ilə təmir olunub. 2001-ci ildə isə Heydər Əliyevin xüsusi sərəncamı əsasında Abdulla Şaiqin 120 illik yubileyi ilə əlaqədar böyük bir tədbir keçirilib. Ülkər xanım qeyd etdi ki, 100 illik tarixi olan binanın zirzəmisinə dolan qrunt suları çökmə təhlükəsi yaratmışdı: Heydər Əliyev Fondunun dəstəyi ilə bina yenidən əsaslı təmir edildi. Binanın özülü bərpa olundu. İndi A.Şaiqin ev-muzeyi tamaşaçılarını yüksək səviyyədə qarşılaya bilir. Bunun üçün Azərbaycan mədəniyyətinin, incəsənətinin keşiyində duran hər bir insana təşəkkür edirik.

 

Ölkəmizdəki əksər xatirə muzeylərinin yaradıcısı Heydər Əliyevdir

 

Məmməd Səid Ordubadinin ev-muzeyində Heydər Əliyev guşəsində dahi şəxsiyyətin həyat ictimai fəaliyyətini əks etdirən fotolar yer alıb. Bakı Şəhər Mədəniyyət Turizm İdarəsi tərəfindən əsaslı təmir olunan ev-muzeyində eksponatların qurulması işi Mədəniyyət Turizm Nazirliyi tərəfindən davam etdirilir. Ev-muzeyi hələlik istifadəyə verilməsə , tamaşaçıları Heydər Əliyev şəxsiyyətinin doğum günü ilə bağlı hazırladığı guşəni izləməyə dəvət edir.

Dünyaşöhrətli müğənni Bülbülün xatirə muzeyinə iki dəfə gələn ümummilli lider Heydər Əliyevin bu muzeyin yaradılması yaşadılmasında böyük əməyi olub. Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Leopold Mstislav Rostropoviç, eləcə ölkəmizdə fəaliyyət göstərən əksər xatirə muzeylərinin yaradıcısı ya yaşadıcısı məhz Heydər Əliyev olub.

 

 

Şəmsiyyə FƏRHADQIZI

 

Mədəniyyət.- 2009.- 9 may.- S. 4.