Mədəniyyət mərkəzinin açılışı oldu

 

   Oğuz rayonunda əsaslı şəkildə təmir olunmuş mədəniyyət mərkəzinin açılışı oldu.

   Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri əl işlərindən ibarət sərgi ilə tanış oldular . Sonra ulu öndərimiz H.Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş konfrans keçirildi. Konfransı RİH - nin başçısı A.Əlihüseynov açdı.

   YAP-nın Oğuz rayon təşkilatının sədri S.Məhərrəmov “H.Əliyevin həyat və fəaliyyəti”, rayon təhsil şöbəsinin nümayəndəsi E.Əzimli “Azərbaycançılıq ideologiyasının inkişafında ulu öndərin rolu”, H.Əliyev muzeyinin direktoru M.Heydərova “H.Əliyev irsi öyrənilməlidir” və s. mövzularda məruzə ilə çıxış etdilər. H.Əliyevin həyat və fəaliyyəti haqqında danışan natiqlər vurğuladılar ki, tarixdə belə dahi şəxsiyyətlərə az-az təsadüf olunur.

   Konfransın sonunda “Azərbaycan H. Əliyev zirvəsində” mövzusunda inşa müsabiqəsinin, RİH və YAP təşkilatının təşəbbüsü ilə keçirilən məktəblilər arasında şahmat yarışının qaliblərinə mükafatlar və fərqlənmə diplomları təqdim olundu. Sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından ünvanlanmış müraciət oxundu.

   Tədbir ədəbi-bədii proqramla davam etdirildi. 7 illik Uşaq Musiqi Məktəbinin hazırladığı rəngarəng konsert proqramı tamaşaçıların ürəyincə oldu.

  

   Q.Hüseynova,

   Oğuz

 

Mədəniyyət. - 2009.- 9 may.- S. 2.