Səfər təəssüratı

 

2009-cu il may ayının 5-6-da Mədəniyyət Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov başçılığı ilə bir qrup nazirlik əməkdaşı Quba Qusar rayonlarının mədəniyyət saraylarında bir sıra görüşlər keçirdilər. Bundan əlavə, həmin rayonların bəzi kəndlərində fəaliyyət göstərən bir sıra mədəniyyət evi, klub kitabxanalara baxış keçirərək mövcud vəziyyətlə tanış oldular. Bütün bunlar gələcəkdə bölgələrdə mədəniyyət ocaqlarının yenidən bərpa olunması yolunda ilkin axtarışlar idi. Quba Qusar rayonlarının turizm baxımından əlverişli təbii şərait olduğunu nəzərə alsaq, bu rayonlarda yerləşən mədəniyyət obyektlərinin tarixi abidələrin bərpasına ehtiyac duyulduğunu görərik. Elə bu məqsədlə Mədəniyyət Turizm Nazirliyinin məsul işçiləri hər iki rayonda yerləşən mədəniyyət müəssisələrinin mövcud durumunu araşdırdılar.

 

Quba mədəniyyət sarayında

 

Quba Rayon Mədəniyyət Evində keçirilən görüşü giriş sözü ilə rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Elxan Məhərrəmov açdı. Tədbirdə nazirliyin Aparat rəhbəri Firudin Qurbanov məruzə ilə çıxış edərək rayon mədəniyyət müəssisələrinin fəaliyyətindəki nöqsan çatışmazlıqları qeyd etdi, geniş turizm potensialına malik bölgədə işləyənlərin qarşısında duran məqsəd vəzifələrdən danışdı, mədəniyyət turizm sahəsində gedən inkişaf, yeni tikilmiş təmir edilmiş mədəniyyət ocaqları, turizm obyektləri barədə məlumat statistik göstəriciləri görüş iştirakçılarının nəzərinə çatdırdı.

Məruzə dinlənildikdən sonra rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə mədəniyyət məsələləri üzrə müavini Xanımsona Əkbərova çıxış edərək gələcəkdə belə görüşlərin keçirilməsinə ehtiyac olduğunu, tədbirin mədəniyyət müəssisələrinin fəaliyyətinin canlandırılmasına müsbət təsir edəcəyini bildirdi.

 

Qusar mədəniyyət sarayında

 

Qusar Rayon Mədəniyyət Evində keçirilən görüşü rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə mədəniyyət məsələləri üzrə müavini Elman Mustafayev açaraq tədbirin təşkil edilməsinə, kənd mədəniyyət müəssisələrində çalışan insanlara nazirlik tərəfindən göstərilən diqqət qayğıya görə təşəkkürünü bildirdi.

Tədbirdə rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri David İbramxəlilov, Tarix-Diyarşünaslıq Muzeyinin, uşaq musiqi məktəbinin MKS-nin direktorları çıxış etdilər. Çıxışlardan sonra tədbir iştirakçılarının çoxsaylı sualları nazirliyin əməkdaşları tərəfindən cavablandırıldı, mövcud problemlərin həlli yolları müzakirə edildi.

 

Mədəniyyət obyektlərindəki problemlər

 

Qusar rayonunun dörd kəndində yerləşən mədəniyyət obyektlərindəki acınacaqlı vəziyyət diqqətdən yayınmadı. Lazımi qeydlər aparıldı mədəniyyət obyektlərinin binalarında şəkillər çəkildi. Qusar rayonunun Piral, Əvəcük, Həsənqala Köhnə Xudat kəndlərinin mədəniyyət obyektlərinin hər birində mədəniyyət işçilərinin kənd sakinlərinin fikirləri dinlənildi. Yararsız halda olan bu obyektlərin yeniləri ilə əvəz olunması bəzilərinin tam bərpa olunması qeyd edildi. Köhnə Xudat kəndinin klub kitabxanasının yerləşdiyi binanın keçən əsrin 50-ci illərində tikildiyi vurğulandı. Həsənqala kənd klubu kitabxanasının yerləşdiyi binaların vəziyyəti daha acınacaqlı idi. Bu binanın Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsi tərəfindən qeydiyyata götürülməsi vacib hesab edildi. Bu kəndlərin kitabxanalarında kitabların saxlanılması üçün heç bir şərait yoxdur. Hətta Piral kəndində bəzi kitablar yerə düzülmüşdü. Adıçəkilən kəndlərdə klub kitabxanaların bərbad şəraiti bir daha sübut etdi ki, bu obyektlər müasir standartlara uyğun olaraq yenidən tikilməlidir. Baxış keçirilən bütün kənd kitabxanalarına nazirliyin məsul işçiləri tərəfindən gətirilmiş kitablar hədiyyə edildi. Mədəniyyət Turizm Nazirliyinin məsul işçiləri Quba rayonunda 1918-ci ildə ermənilər tərəfindən soyqırıma məruz qalmış insanların bu yaxınlarda üzə çıxmış kütləvi məzarlığını ziyarət etdilər.

 

Bölgələrdə mədəniyyət obyektləri yenilənəcək

 

Qusar rayonunda keçirilən tədbirdə çıxış edən F.Qurbanov qeyd etdi ki, mədəniyyət müəssisələrindəki vəziyyətlə yerindəcə tanışlığın işin xeyrinədir: Kəndlərdə mədəniyyət işçiləri ilə ünsiyyətdə olduq. Son vaxtlar dövlət tərəfindən mədəniyyət obyektlərinə diqqət artmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafı ilə bağlı 2009-2013-cü illər üçün imzaladığı sərəncamda mədəniyyət obyektlərinin inkişafı nəzərdə tutulub. Bu bir daha onu göstərir ki, dövlətimiz mədəniyyət obyektlərinin vəziyyəti ilə daim maraqlanır. Bu işə Mədəniyyət Turizm Nazirliyi olaraq Quba Qusar rayonlarından başladıq. Bu bölgə Azərbaycanın maraqlı turizm zonalarındandır. Turistlər bura gələrkən mədəniyyət obyektləri tarixi abidələr onların diqqətində olur. Deməli, mədəniyyət ocaqlarını elə səviyyəyə çatdırmaq lazımdır ki, respublikamıza gələn turistləri cəlb etsin. Biz tarixi abidələri mədəniyyət obyektlərini bərpa etməliyik ki, daha çox turist cəlb edə bilək. Bizim bu səfərimiz mövcud vəziyyətlə tanış olmaq mədəniyyət obyektlərindəki problemləri aradan qaldırmağa xidmət edir. Bölgələrdə mədəniyyət evləri, klub kitabxanalar qədər keyfiyyətli olsa, gənclərin diqqətini daha çox bu məkanlara cəlb etmək olar. Bu isə gənclərimizi küçə psixologiyasından uzaqlaşdırmağa xidmət edəcək. Biz buna doğru addımlayırıq. Dövlət başçısı son illərdə mədəniyyətlə bağlı 200-dən çox sərəncam imzalayıb. Dövlətin əsas prioritet istiqamətlərindən biri mədəniyyət ocaqlarınının yenidən qurulması, bərpası yenilərinin inşa olunmasıdır. Son 5 il ərzində respublikamızın paytaxtında onlarla belə yeni mərkəzlər inşa olunub, bəziləri isə əsaslı şəkildə müasir standartlara uyğun təmir edilib. Bir sıra rayonların mərkəzlərində mədəniyyət ocaqları əsaslı təmir olunsa da, bölgələrdəki mədəniyyət obyektlərinin əksəriyyətinin yenidən inşasına ehtiyac var.

Beləliklə, Mədəniyyət Turizm Nazirliyinin məsul işçilərinin Quba Qusar rayonlarındakı görüşləri səmərəli keçdi. Bütün problemlər araşdırıldı diqqətə götürüldü.

Əlavə olaraq bildirildi ki, nazirliyin bu xarakterli reydləri respublikamızın digər rayonlarında da keçiriləcək.

 

 

Hacılı İntiqam

 

Mədəniyyət.- 2009.- 13 may.- S. 8-9.