Şəken ulduzları-2009 kinofestivalına start verildi

 

Qazaxıstan Mədəniyyət İnformasiya Nazirliyinin Almatı şəhər rəhbərliyinin təşkilatçılığı ilə gənc kinematoqrafçıların VII Şəken ulduzları-2009 Beynəlxalq kino festivalı keçirilir. Almatıda beş gün davam edəcək kino bayramında Azərbaycan, Türkiyə, İran, Hindistan, Kanada, Fransa, Rusiya, İspaniya, İngiltərə, Almaniya daxil olmaqla dünyanın 30 ölkəsinin gənc kinematoqrafçıları iştirak edirlər. Azərbaycanlı kinematoqrafçıları festivalda əməkdar incəsənət xadimi, kinorejissor Nizami Abbasın Qobustan kinorejissorlar İqbal Məmmədəliyev Rafiq Quliyevin Azərbaycanın qədim abidələri sənədli filmləri ilə təmsil olunurlar. Azərbaycanın qədim abidələri sənədli filmində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki tarix, memarlıq abidələrindən söhbət açılır. Kino bayramında dünyanın 30 ölkəsindən 65 tammetrajlı qısametrajlı film nümayiş etdiriləcək. Festivalın yekununda isə qaliblərə müxtəlif nominasiyalarda 20-yə yaxın mükafat veriləcək.

 

 

Mədəniyyət.- 2009.- 20 may.- S. 10.