Mədəniyyətimizə bir günlük səyahət

 

Fransa Respublikasının Mədəniyyət Kommunikasiyalar Nazirliyinin təşəbbüsü ilə bu il Muzeyler gecəsi adı altında aksiya keçirildi.

 

Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin 05. 03. 2009-cu il tarixli 60 saylı əmrinə əsasən, Muzeylər gecəsi bu il Azərbaycanda geniş qeyd olundu. 16 may, saat 15:00-da başlayan tədbir 22:00-dək davam etdi. Onu da qeyd edim ki, Muzey Turizm devizi altında Beynəlxalq Muzeylər Şurası (İCOM), Azərbaycan Milli Komitəsi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Xalçası Xalq Tədbiqi Sənəti Dövlət Muzeyi başqa muzeylərdə turlar keçirildi. Tədbirdə iştirak etmək üçün Bilgəh qəsəbəsi Müharibə Əmək Əlilləri Pansionatından 30 nəfər, Nizami rayonu 1 saylı Xətai rayonu 3 saylı Uşaq evlərindən 40 nəfər dəvət olunmuşdu.

Tədbir saat 18:00-da Muzey Mərkəzinin qarşısında, muzey əməkdaşlarının 96 saylı məktəbin şagirdlərinin Halay vuraq, yallı gedək rəqsinin sədaları altında açıldı. Daha sonra Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Tariximizə mədəniyyətimizə səyahət adı altında tədbiri başladı. Mərasimdə çıxış edən Teatr Muzeyinin elmi katibi Rəna Salahova 1 3 saylı Uşaq evlərindən gələn uşaqları Teatr xalqımızın böyük sərvətidir, Qobustan pirləri adlı fotosərgilərlə tanış edərək, Azərbaycan xalqının teatrında əvəzolunmaz xidmətləri olmuş böyük dramaturqlarından bəhs etdi. Gecədə iştirak edən Respublika Uşaq Təşkilatının Səma rəqs qrupu öz rəngarəng ifalarıyla tədbirə xoş rəng qatdılar. Tədbirin sonunda uşaqların muzey tədbir barədə təəssüratları ilə tanış olmaq üçün onlara yaxınlaşdım. Sevindim ki, uşaqları bu mədəniyyət ocaqlarımızla aparıb, onları yaxından tanış edirlər. Həmin gün Bilgəh qəsəbəsi Müharibə Əmək Əlilləri Pansionatından gələn qocaların iştirakıyla Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində maraqlı tədbir keçirilirdi. Tədbiri muzeyin direktoru Röya Tağıyeva açaraq milli mədəniyyətimizdən, onun tərkib hissəsi olan xalçalarımızdan söhbət açdı. Daha sonra isə muğamlarımız, Qarabağ şikəstəsi ifa olundu. Musiqili tədbir, deyəsən, nənə babalarımızın çox xoşuna gəlmişdi. Əsrarəngiz musiqinin sədaları rəngarəng xalçalarla bəzənmiş ekspozisiya zallarını doluşan qocalar belə bir aksiyanın təşkilinə görə Mədəniyyət Turizm Nazirliyinə təşəkkürlərini bildirdilər. Onlara rəngarəng, maraqlı təəssürat bəxş edən bu kimi aksiyaların davamlı olması arzularını dilə gətirdilər...

 

 

Yeganə CANSAİL

 

Mədəniyyət.- 2009.- 20 may.- S. 3.