Əsrlərin daş yaddaşı

 

Daşlarla yazılmış tarix hələ axıradək oxunmayıb

 

Qədim Bakının müxtəlif dövrlərə aid çoxsaylı tarixi-memarlıq abidələrindən ən önəmlisi İçərişəhərdir. 22 ha. ərazisi olan bu kiçik və müstəqil şəhər içində şəhər keçmişimizlə bu günümüz arasında mənəvi körpü, qala divarları ilə əhatə olunmuş qədim və möhtəşəm abidədir.

Bakını başqa tarixi şəhərlərimizdən fərqləndirən onun ilk çağlarda dini mərkəz , müqəddəs şəhər kimi yaranmasıdır. Bakı toponiminin mənası haqqında müxtəlif mülahizələr söylənsə , onlar arasında görkəmli tarixçi S.Aşurbəylinin Allah şəhəri, Allah yeri anlamı bu mənada inandırıcıdır. Özündə ətrafında çıxan təbii qaz qaynaqları üzərində tikilən çoxlu od məbədləri Bakını yalnız Qafqazın deyil, İran, Orta Asiya Hindistan atəşpərəstlərinin nüfuzlu dini mərkəzinə çevirmış, bu şəhərin Müqəddəs odlar diyarı kimi tanınmasına səbəb olmuşdur.

VII əsrin birinci yarısında ərəblərin Azərbaycanı işğal etmələri İçərişəhərdə çoxsaylı məscidlərin tikilməsinə səbəb oldu. Bu məscidlər bir ənənə olaraq qədim dini tikililərin bünövrəsi üzərində inşa edilirdi. Qədim məscidlər əsasən Bakının ən qədim yaşayış məskəni sayılan İçərişəhər ərazisində salınırdı. İçərişəhərdə 23 dini abidə vardır. Onlardan 22-si məscid, 1-i isə kilsə qalıqlarıdır. Hazırda 5 məscid (Came, Gileyli, Məhəmməd, Seyid Yəhya Murtuza, Şeyx İbrahim) təyinatı üzrə fəaliyyət göstərir. İçərişəhər məscidləri dörd qrupa bölünür:

1. Came məscidləri

2. Məhəllə məscidləri

3. Mədrəsə- məscidləri

4. Təkyələr.

 

Came məscidləri - böyükhəcmli, minarəli məscidlərə deyilir. Bu məscidlərdə təkcə dini ibadətlərlə kifayətlənməyib, həm xalqı itaətə çağırıblar. Din xadimləri dövlət tərəfindən qəbul edilmiş fərmanları digər yenilikləri əhaliyə məhz oradan çatdırırdılar . Cümə namazını qılmaq üçün əhali came məscidinə toplaşar, müxtəlif dini mərasimlər orada keçirilərdi .

Bakı- Abşeron memarlıq məktəbinin incilərindən sayılan Məhəmməd məscidi 1078-79-cu illərdə Məhəmməd əbu-Bəkroğlu tərəfindən tikilmişdir. I Pyotrun Bakıya kəşfiyyat məqsədilə göndərdiyi rus donanmasının admiralı Matyuşkinin göstərişi ilə şəhərin top atəşinə tutulması nəticəsində məscidin minarəsinin bir tərəfi dağıldığına görə o, xalq arasında həm Sınıqqala adlanır.

Məscid ərazisindəki arxeoloji qazıntılardan məlum olmuşdur ki, o daha qədim bir dini kompleksin üzərində inşa olunmuşdur.

MİNARƏLİ CAME (CÜMƏ) MƏSCİDİ. Güman edilir ki, 1378 - 1379 - cu illərdə atəşgah məbədinin yerində tikilmişdir. Binanın inşası haqqında məscidin divarına həkk olunmuş bir yazıda deyilir: 709 - cu ilin ( 1309 - 1310 - cu illər) rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yenilmək əmri vermişdir. Ehtimal olunur ki, bu məscid XIV əsrdə bərpa olunmuşdur. Otaqları çoxbölməli, düzgün olmayan altıbucaq formalı məscidin qeyri-adi planı, eləcə kvadrata daxil edilmiş pilləli qübbələr sistemi ilə örtülmüş nisbətən iri ibadət zalı binanın daxili məkanının xüsusi gözəlliklə tikilməsinə zəmin yaratmışdır. XV əsrdə möminləri ibadətə çağırmaq üçün eyvan funksiyasını daşıyan stalaktit qurşaqlı, taclı, möhtəşəm minarə tikilmişdir. Arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş minarənin bünövrə daşındakı kitabədə Elxani sultanı Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunmuşdur.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının imkanlı adamlarından Hacı Şıxəli Dadaşov xeyriyyə məqsədilə qədim abidənin yerində tamamilə yeni məscid binası ucaltdı.

BƏYLƏR MƏSCİDİ. 1895-ci ildə tikilmiş bu məscidin inşasında Məhəmməd Haşim Əl-Bakuinin oğulları Hacı Baba Hacı Cavad, məşhur Bakı milyonçusu Ağa Murtuza Muxtarov, İbrahim Şirvani Mir Əli Ənnağı, Mir Tağı, Seyid Hüseyn iştirak etmişlər. O daha qədim məscidin yerində tikilmiş mükəmməl minarə ilə tamamlanan əyri xətt şəkilli küçənin planlaşdırılma xüsusiyyətinə uğurla daxil edilmişdir. Bəylər məscidi elə tikilmişdir ki, burada Avropa, Şərq, eləcə yerli memarlığın konstruktiv prinsipləri birləşdirilmişdir.

SARAY MƏSCİDİ. Hündürlüyü 22 metrə çatan bu məscid Şirvanşahlar türbəsi ilə yanaşıdır. Minarədəki yazıda oxuyuruq: Bu minarənin ucalmasını böyük sultan I Xəlilullah əmr etmişdir. Allah onun şahlığını hakimiyyət illərini böyütsün. 845-ci il (1441-1442 illər). Məscidə girməzdən əvvəl yuyunmaq dəstəmaz almaq üçün həyətin şimal tərəfində quyu kiçik hovuz vardır.

Memarlıq üslubuna görə məscid çox sadədir. Onun giriş portalı bəzəksizdir, lakin minarə zərifliyi gözəlliyi ilə diqqəti cəlb edir. Onun eyvanını saxlayan stalaktitlər aşağıda yerləşən yazı kəməri yüksək sənətkarlıqla işlənmişdir. Minarə dilimli günbəzlə tamamlanır. Eyvanın ətrafı, başqa böyük məscid minarələrində olduğu kimi, oyma üsulu ilə bəzədilmiş, dəmir məhəccərlə əhatə olunmuşdur. Məscidin daxilinə şimal, şərq qərbdən sadə işlənilmiş qapılar açılır. Şərq tərəfdəki qapıdan şah onun ailəsi, şimaldakından kişilər, qərbdəkindən isə qadınlar istifadə edirmiş.

Günbəzlə örtülən məscidin ibadət zalı mərkəzi hissədən 4 tərəfdən birləşən çatma taxçalardan ibarətdir. Dilimli yarımgünbəzlə tamamlanan mehrab zərif stalaktitlərlə bəzədilmişdir.

Mərkəzi zalın yuxarı küncündə divara hörülmüş küplər səsi o qədər gücləndirirdi ki, azan səsi qadınlara məxsus otaqdan da eşidilirdi.

Bu məscid dünya əhəmiyyətli abidədir.

MƏHƏLLƏ MƏSCİDLƏRİ. Qala divarı ilə əhatə olunmuş İçərişəhər çox da böyük olmayan bir necə məhəlləyə bölünmüşdür. Hər bir məhəllənin xüsusi yerlərində mədrəsə, məscid başqa təyinatlı dini binalar inşa edilmişdir. Sakinlərin rahatlığı üçün məhəllə məscidləri, adətən, məhəllələrin mərkəzində inşa olunmuşdur. İçərişəhərin məhəllə məscidlərindən bəziləri yaşayiş binalarının memarlığını xatırladan birotaqlı şəklində inşa olunmuşdur. Məscidlərin sayı məhəllənin böyuklüyündən asılı idi. Ona görə bəzən bir məhəllədə bir neçə məscid yerləşirdi. Məhəllə məscidləri oxşar planlı, düzbucaqlı günbəzli olurdu.

Düzbucaqlı formadan olan AŞUR MƏSCİDİ 1169-cu ildə ustad Nəcəf Aşur İbrahim oğlu tərəfindən inşa edilmişdir. XIX əsrin sonu XX əsrin əvvəlində Dağıstanlı fəhlələr Bakıya - sənaye müəssisələrinə qazanc dalınca axışan zaman İçərişəhərin sakinləri ibadət üçün onlara məhz bu məscidi ayırmışlar. Burada ləzgilərin uzun müddət ibadət etmələri xalq arasında onun Ləzgi məscidi adını almasına səbəb olmuşdur.

Plan həlli ilə seçilən günbəzli kompozisiya sisteminə-Gileyli, Keyqubad, Hacı Banu, Seyid Yəhya Murtuza məscidləri aiddir ki, bunlardan birincisi 1309-cu ildə bərpa olunmuş GİLEYLİ məscididir. Ümumi kompazisiya həllində işlədilmiş ulduz ornamentlər, eləcə oxvari tacbəndləri haşiyələnən nəbati naxışlar daş üzərində naxışoyma sənətinin gözəl nümunələridir. KEYQUBAD məscidində isə Bakuvinin tədris ibadət etməsi barədə A.Bakıxanov yazır: Onun ibadət etdiyi hücrə, işlədiyi məktəb qəbri orada - məsciddədir. MINARƏLİ-MƏKTƏB məscidində dini təhsil alır ibadət edirdilər. TƏKYƏ isə tək insanın ibadət etdiyi yerə deyilir. Əsasən sufilərə dərvişlərə aiddir.

XIX əsrin əvvəlində rusların Azərbaycanı işğal etməsi pravoslav kilsələrinin tikilməsinə səbəb olmuşdur. 1815-ci ildə inşa olunmuş kilsəyə İsa Məsihin apostollarından olan Varfolomeyin adı verilir. Apostol Varfolomey xristianlığı yaymaq məqsədilə Kiçik Asiyanı gəzmiş, oradan Hindistana getmiş, sonda Bakıya gəlmişdir. Kilsəyə onun adının verilməsi heç təsadüfi deyildir. Deyilənlərə ğörə, Varfolomey məhz Qız qalasının yaxınlığında bütpərəstlər tərəfindən öldürülmüşdür.

İçərişəhər hələ özündə çox gizli sirləri saxlayır. Onları aşkar etmək tədqiqatçı borcu, təbliğ etmək gələcək nəslə çatdırmaq biz muzey işçilərinin öhdəsinə düşür.

Artıq bu sahədə İçərişəhər Tarix Muzeyində müvafiq işlər görülür.

 

 

Nahidə Bəkirova,

İçərişəhər Tarix Muzeyi

elmi-tədqiqat sektorunun müdiri

 

Mədəniyyət.- 2009.- 2 oktyabr.- S. 8.