Cənnət Səlimova: «Pul vacibdir, amma...»

 

«Milli klassikamızdan başlayacağıq, sonra dünya klassikası da olacaq, müasirlər »

 

Xüsusi təqdimata ehtiyac yoxdur. Müsahibimiz xalq artisti, binası, truppası, rejissoru təzələnmiş Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimovadır.

 

- Eşitdiyimə görə, «Şeyx Sənan»ı tamaşaya hazırlayırsınız. Bu, Bakı Kamera Teatrında gördüyümüz «Şeyx Sənan»dır?

- Yox. Bu yeni heyətlə hazırlanıb. Bu tamaşada keçmiş Gənclər Teatrından, Bakı Kamera Teatrından, Gənc Tamaşaçılar Teatrının əvvəlki truppasından olan aktyorlar iştirak edir. Məsələn, Dərvişi Vüsal Mehrəliyev, Şeyx Kəbiri Ağaxan Salmanlı oynayır. Yalnız baş qəhrəmanları əvvəlki kimi Şövqi Hüseynov Leyli Vəliyeva ifa edir.

- Yeni işin nəticəsindən razısınızmı? Axı aktyorların çoxuna bir o qədər bələd deyilsiniz?

- Nəticədən razıyam, həm işləyib, əyər-əskikləri düzəltmək üçün bir ay vaxt var.

- Keçmiş Bakı Kamera Teatrı həm repertuarındakı dəyərli əsərlərə görə sevilirdi. Bu repertuarı yeni kollektivlə təzələmək fikrindəsinizmi?

- Bu bir aksiyadır. Çətin aksiyadır. İyirmi birinci əsr milli klassikamız. Yəni iyirmi birinci əsrdə milli klassikamızın yeri necədir? O aktualdırmı, yoxsa köhnəlib? O bizim əsrə lazımlıdırmı? Ona görə , Hüseyn Cavidin, Mirzə Cəlilin, Mirzə Fətəli Axundovun, Haqverdiyevin adı səslənməlidir yalnız səslənmək yoxonların fikirləri, insanlara dedikləri, demək istədikləri səslənməlidi. Cavid insanları sevgiyə çağırırdı. O deyirdi: «nifrət etmək yetər. İnsanları dinə, dövlətə, vəziyyətə görə ayırmaq düzgün deyil» onun şeyx Sənanı Xumarı qucaqlayıb uçurumdan atılır. Çünki bu dünya onun dünyası deyildi. Bu, qaçhaqaçda olan, adamları bir-birilə müharibə aparan, kobud dünyanın, zəmanənin içində çox vacib məqamdır. Məncə, «Şeyx Sənan» bu baxımdan çox müasirdir. Tamaşanın sonunda Cavidin bu məzmunlu şeiri səslənir: «Allah insanı yerə sevgi hiss etmək üçün göndərdi».

-Cənnət xanım, tamaşanın quruluşu dəyişilibmi, yoxsa bu Kamera Teatrının əvvəlki quruluşudur?

-Yox, quruluş tamam dəyişib, səhnə tərtibatı dəyişib. Tamaşa məşhur teatr rəssamımız Tahir Tahirovun tərtibatıyla hazırlanır. Noyabrın sonunda dalbadal beş tamaşa oynanılacaq.

Dediyim kimi, bu bir aksiyadır. O cümlədən «Aydın» tamaşası da hazırlanmalıdır. Pulun dəhşətli dərəcədə vacib bir şey olduğu məlumdur. Pulun cəmiyyətdə aparıcı mövqedə olduğunu da bilirsiniz. Bu indinin dəhşətləridir. Sovet zamanında belə deyildi. Düzdür pul vacibdir. Amma Allah insana elə bir şey verib ki, onun qarşısında pul acizdir. Bu məhəbbətdir. Pulla məhəbbət almaq saxlamaq olmur. Düzdür, pul lazımdır, amma insanın bu dünyadakı təyinatı tamam başqadır. Əgər insan sevgisiz, ürəksiz yaşayırsa, onun həyatı boşdur, pul təsəllidir.

«Məkkəyə yol». Bu əsər insan barədədir. Mirzə Cəlilin «Danabaş kəndinin əhvalatları» əsasında qurulacaq tamaşanın qəhrəmanı Məmmədhəsən əmidir. Ona olunan bütün haqsızlıqlara, bundan dolayı yaşadığı itki məhrumiyyətlərə baxmayaraq, o, dünyaya, Allaha inamını, sevgisini itirmir. O, nifrətlə yaşamır. Bu bizim xalqın böyüklüyüdür. Məmmədhəsən əmi Xudayar bəyin zülmü qarşısında sınmır. Bizim zəmanəmiz üçün çox aktualdır. Bizim hər addımımız Xudayar bəydir.

- Gənclər teatrının repertuarında olan əsərlər yeni heyətlə yenidən hazırlanacaqmı? Eşitmişəm ki, onların rekvizitlərini, avadanlıqlarını Tiflis teatrına göndəriblər. …

- Yox. Biz hələ ki, bu dörd tamaşanı hazırlayırıq. Bu əsərlərin çox dəyərli ideyaları var, bunları sizə danışdım. «Şeyx Sənan», «Məkkəyə yol», «Hekayəti-xırs quldurbasan» «Aydın».

Bir xalq öz-özünə gülməyi bacarırsa, o, güclü xalqdır. «Hekayəti-xırs quldurbasan» bu kontekstdə dərin komizmi realizmi ilə fərqlənir.

Repertuarda Haqverdiyevin «Pəri-Cadu» əsəri var. Bu tamaşada da bütün heyət iştirak edir.

- Yeni kollektivdə, xüsusən yaradıcı kollektivdə bir məsələ çox önəmlidir - meyar məsələsi. Çünki üç fərqli estetikanın, teatrın kollektivi birləşibYeni teatrın estetik meyarları bəllidirmi?

- Bu, mənim üçün çox vacib məsələdir. Bilirsiniz, teatrın siması olmalıdır, istiqaməti bilinməlidir. Milli klassikamızdan başlayacağıq. Sonra dünya klassikası da müasir dramaturgiya da olacaq. Təzə kollektiv üçün bu istiqamət yenilikdir. Hər teatrın truppası əvvəllər müxtəlif səpkili tamaşalar oynayıblar. Yeni estetik meyarları tətbiq etmək elə asan deyil, bu prosesdir bir günün işi deyil. Mən ümidvaram ki, anlaşacağıq. Mən sadəcə bu meyarların, bu istiqamətin düzgünlüyünü sübut etməliyəm.

-Gənc tamaşaçılar teatrı yüksək səviyyədə təmir olunmuş müasir avadanlıqlarla təchiz olunmuş teatrlardan sayılır. Bu yeni avadanlıqlar sizin işinizdə yararlıdırmı? Yəni bir əyər-əskikləri yoxmu?

- Bilirsiniz ki, teatrda işıq, akustika, səs vacibdir. Teatrda hər şey yenilənib. Sözsüz ki, bu təzələnmə işə müsbət təsir edir. Əyər-əskiklərə gəlincə isə, adam yeni mənzilə köçəndə əvvəl ona uyuşmaqda, öyrəşməkdə, rahatlanmaqda çətinlik çəkir.

- Gənc Tamaşaçılar Teatrının kiçik yaşlı məktəblilər üçün nəzərdə tutduğu tamaşalar vardı

- Biz bu əlaqələri itirmək istəmirik. İndi Nicat Kazımov «Ələddinin sehrli çırağı» tamaşasını hazırlayır. «Əlibaba qırx quldur» tamaşası hazırlanır. Şarl Perronun «Yatmış gözəl» tamaşasını hazırlamaq fikrimiz var. Bu tamaşada quruluş effektləri etməyi düşünürük. Çünki bu nağıldakı dünya sirli dünyadır. Təzə avadanlığın yaratdığı imkanların köməyilə yeni effektlərdən istifadə edəcəyik. Məktəblilər bizim üçün çox dəyərli tamaşaçılardır. Sonra elə Mirzə Cəlilin, Axundovun, Cavidin əsərləri orta məktəb proqramında var.

-Xaricdəki, Rusiyadakı festivallara, qastrollara gedirsiniz. Elə ötən ay əvvəlki kollektivinizin hazırladığı iki tamaşanı beynəlxalq festivallara apardılar - rəssam Mark Şaqalın xatirələri yazıçı Şalom Aleyxumun əsəri əsasında hazırlanmış «Mavi yuxular» Qoqolun əsəri əsasında «Dəlinin qeydləri» monotamaşası. Yəni sayılan festivallara gedən teatrlardan idiniz. Dünya teatr prosesində forma etibarilə hansı istiqamətləri görmüsünüz?

- Mənim gördüyüm qədərilə dünya teatrında qəribə məni kədərləndirən bir proses gedir - söz ölür. İndiki rejissorların işlərində sözdən uzaqlaşma gördüm. Sirk elementləri, rəqs var, amma söz çox azalıb. Bilmirəm niyə.

Bu ilin Çexov festivalında sırf klounada, sirk janrına yaxın tamaşalar var idi. Söz yox, yüksək səviyyədə idi, gözəl idi, amma söz az idi. Bəlkə , söz yavaş-yavaş dəyərini itirir. Tamaşaçı eşitmək istəmir. Klip qavrayışı var. Bəlkə bu, vizual-virtual texnologiyaların inkişafı ildə bağlıdır. Əvvəllər adamlar bir-birinə uzun məktublar yazırdılar ki, böyük yazıçıların, ədiblərin, bəstəkarların, rəssamların həyatını məktublardan öyrənirdik. İndi SMS yazırlar - qısa-qısa.

- Görmək istədiyiniz repertuarda maarifçi-realistlərin əsərlərini sadaladınız. Onlara böyük dəyər verirsiniz. Sizcə, bizim cəmiyyət hələ maarifçilik dövründə qalıb?

- Ümumiyyətlə, mən hesab etmirəm ki, teatr maarifləndirməlidir. Tamaşaçı teatra əyləncə üçün gəlir. Amma bizim missiyamız əyləncə marağını istiqamətləndirmək, ona başqa maraqlar qatmaqdır. Bunu birbaşa etmək olmaz. Sanki biz şirniyyat xoşlayan uşağı başqa zəruri qidalarla da qidalandırmalıyıq.

 

 

Söhbətləşdi: Aliyə

 

Mədəniyyət.- 2009.- 9 oktyabr.- S. 5.