Azərbaycan kitabları Koreya kitabxanalarında

 

Azərbaycan Respublikasının Cənubi Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü ilə qarşılıqlı razılaşma əsasında Asiya ölkələri arasında reytinq cədvəlinə görə dördüncü, Cənubi Koreya Respublikasında birinci yerdə olan Seul Milli Universitetinin kitabxanasında Azərbaycanın xarici daxili siyasətini, iqtisadiyyatını, mədəniyyətini, turizm imkanlarını digər sahələri əks etdirən materiallardan ibarətAzərbaycan-Land of Fire” adlı bölmə açılıb.

Hazırda universitet kitabxanasında Azərbaycan bölməsi ilə yanaşı, yalnız ABŞ səfirliyi tərəfindən yaradılmış “Windows on Americaadlı bölmə fəaliyyət göstərir. Azərbaycan guşəsi səfirlik tərəfindən himayəyə götürülərək, mütəmadi yeni materiallarla təmin olunur. Bu baxımdan, səfirlik yaradılmış guşənin kitab fondunun zənginləşdirilməsi vasitəsi ilə daimiliyinin qorunub saxlanılmasında genişləndirilməsində Heydər Əliyev Fondu, Xarici İşlər Nazirliyi, Mədəniyyət Turizm Nazirliyi digər əlaqədar qurumların dəstəyindən istifadə edir.

Heydər Əliyevin siyasi həyat yolunu əks etdirən kitablar, ingilis Azərbaycan dillərində Ermənistan - Azərbaycan- Dağlıq Qarabağ problemi, 20 Yanvar Xocalı faciələri, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ədəbiyyatına dair kitab, jurnal, qəzet təbliğat xarakterli digər materiallar Cənubi Koreya Respublikasının Parlament Kitabxanası, Xarici İşlər Ticarət Nazirliyi, Xarici İşlər Milli Təhlükəsizlik İnstitutu, Koreya Sülh İnstitutu İpək Yolu Fondu da daxil olmaqla, ölkənin iyirmidən çox əsas universitet tədqiqat institutlarının kitabxanalarında yerləşdirilib.

 

 

Mədəniyyət.- 2009.- 2 sentyabr.- S. 2.