Milli teatr festivalının III mərhələsi başlayır

 

2010-cu il fevral ayının 22-də start götürmüş Milli Teatr Festivalının ikinci mərhələsi artıq başa çatıb. Festivalın birinci mərhələsində 6 teatr, ikinci mərhələsində isə 11 teatr iştirak edib. Mədəniyyət Turizm Nazirliyindən verilən məlumata görə, tamaşalar Bakının müxtəlif teatrlarında, Azərbaycan Teatr Xadimləri İttifaqının Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnələrində oynanılıb. Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdirilib. Növbəti mərhələ oktyabr ayının 11-dən dekabrın 10-dək davam edəcək. Bakı Sumqayıt şəhərlərində 200 nəfərdən ibarət yaradıcı kollektivlərin iştirakı nəzərdə tutulub. Bu müddətdə Bakı Sumqayıt şəhərlərində Qax Gürcü Dram Teatrı, «Yuğ» Teatrı, Pantomima Teatrı, Qazax Dram Teatrı, İrəvan Azərbaycan Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Bakı Uşaq Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının çıxışları planlaşdırılıb.

 

2010-cu il milli teatr festivalının cədvəli:

 

III mərhələ

 

1. 11 oktyabr, saat 14.00, Qax Dövlət Kukla Teatrı

«Turp» (rus xalq nağılı əsasında);

12 oktyabr, saat 14:00, Qax Dövlət Kukla Teatrı

S. H. Latıpovlar «Kral əks-səda»

Sumqayıt Dövlət Kukla Teatrı.

 

2. 12 oktyabr, saat 19:00, Qax Dövlət Gürcü Dram Teatrı

B. Tomas «Çarlinin xalası» Aktyor Evi.

 

3. 16 oktyabr, saat 19:00, «Yuğ» Teatrı

A. P. Çexov «Birinci akt»;

17 oktyabr, saat 19:00, «Yuğ» Teatrı

M. Servantes «Psix».

 

4. 23 oktyabr, saat 19:00, Azərbaycan Dövlət Pantomima Teatrı

Z. Zeynalov «Maska» Pantomima Teatrı;

25 oktyabr, saat 17:00, Azərbaycan Dövlət Pantomima Teatrı

«Pantomim buketi» Sumqayıt Teatrı.

 

5. 1 noyabr, saat 19:00, Qazax Dövlət Dram Teatrı

B. Vahabzadə «Kimdir haqlı Aktyor Evi;

2 noyabr, saat 17:00, Qazax Dövlət Dram Teatrı

O. Kamal « Yad qızı» Sumqayıt Teatrı.

 

6. 3 noyabr, saat 14:00, Azərbaycan Dövlət Kukla Teatrı

U. Şekspir «Yay gecəsində yuxu» Sumqayıt Teatrı;

5 noyabr, saat 14:00, Dövlət Kukla Teatrı

Ü. Hacıbəyli «O olmasın, bu olsun».

 

7. 1 dekabr, saat 19:00, İrəvan Dövlət Azərbaycan Dram Teatrı

K. Abdulla «Unutmağa kimsə yox» Aktyor Evi;

3 dekabr, saat 17:00, İrəvan Dövlət Azərbaycan Dram Teatrı

T. Özakman «Ocaq» Sumqayıt Teatrı.

 

8. 3 dekabr, saat 19:00, Bakı Bələdiyyə Teatrı

Anar «Qaravəlli» Aktyor Evi;

4 dekabr, saat 17:00, Bakı Bələdiyyə Teatrı

M. Süleymanlı «Bəylik dərsi» Sumqayıt Teatrı.

 

9. 6 dekabr, saat 19:00, Bakı Uşaq Teatrı

A. Soltan «cırtdanın sonuncu qoçaqlığı» Aktyor Evi;

7 dekabr, saat 17:00, Bakı Uşaq Teatrı

İ. SoltanGücümüz birliyimizdədir» Sumqayıt Teatrı.

 

10. 8 dekabr, saat 19:00, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

M. F. Axundzadə «Müsyo Jordan dərviş Məstəli şah» Aktyor Evi;

10 dekabr, saat 17:00, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

M. F. Axundzadə «Müsyo Jordan dərviş Məstəli şah» Sumqayıt Teatrı.

 

 

Mərkəz.- 2010.- 8 oktyabr.- S. 11.