Anatoli Banişevski yad olunub

 

Dünən Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər «Neftçi» komandasında çıxış etmiş mərhum Anatoli Banişevskinin anadan olmasının 65-ci ildönümü idi. Əfsanəvi futbolçunun yubileyi münasibətlə AFFA-nın rəhbərliyi, «Neftçi» klubunun üzvləri, vetaran yeniyetmə futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, abidəsinin önünə əklil gül dəstələri qoyub, onunla bağlı xatirələrini yada salıblar.

Tədbiri AFFA-nın İnformasiya İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu açıb. Futbol veteranları Mübariz Zeynalov, Yaşar Babayev, İskəndər Cavadov, AFFA-nın baş katibinin müavini Elxan Əsədov, Gənclər İdman Nazirliyinin futbol sektorunun müdiri Nüvər Xasıyev, «Neftçi» klubunun vitse-prezidenti Tahir Süleymanov çıxış edərək Anatoli Banişevskinin Azərbaycan futbolunun inkişafı üçün xidmətlərini qeyd edib, onu hər zaman xoş xatirələrlə andıqlarını bildiriblər.

 

 

Mərkəz.- 2011.- 24 fevral.-S.14.