Ermənilər Göy Məscidi fars abidəsi kimi tanıdırlar

 

Ermənilər artıq neçə illərdir, Azərbaycanın qədim tarixi abidəsi olan İrəvandakı Göy Məscidi İranın mədəniyyət nümunəsi, "fars məscidi" kimi təqdim edirlər. Göy Məscidin adını da dəyişdiribHüseyniyyəqoyublar. Milli.az yazır ki, əslində Ermənistanda Azərbaycanın tarixi abidələrinin, qədim mədəni irsinin məhv edildiyi ya başqa adlar altında təqdim olunduğu sirr deyil. Erməni düşmənçiliyi vandallığının bariz nümunələrindən biri bu ölkədə mövcud olan tarixi abidələrimizin dağıdılması başqa adlar altında təqdim edilməsi, erməniləşdirilməsidir. Bununla bağlı beynəlxalq təşkilatlar YUNESKO qarşısında məsələ qaldırılır araşdırılması istənilir. Lakin buna baxmayaraq, ermənilərin Azərbaycana qarşı apardığı hər növ vandallıq hələ davam edir.

İrəvanda Azərbaycanın tarixi abidələri içərisində məscidlər xüsusi çəkisinə görə seçilir. Müsəlman şəhəri olmuş azərbaycanlıların kompakt yaşadığı Ermənistanın indiki paytaxtında 20-dən artıq məscidin olduğu hələ xeyli əvvəldən məlum idi. Lakin ermənilər onların əksəriyyətini ya məhv edib, ya da təmir-bərpa işləri aparmadıqlarından məhvə məhkum ediblər. Yalnız birini təmir etdirən ermənilər bununla bütün dünyaya guya "tolerant" olduqlarını göstərmək istəyirlər.

Həmin məscid isə tarixdə bu gün Göy Məscid olaraq tanınır. Göy Məscid Ermənistanın paytaxtı İrəvanda bu gün yerli müsəlmanların ibadət etdikləri məsciddir.

Məscid 1766-cı ildə İrəvan xanı Hüseyn-Əli Xanın əmriylə tikilib Azərbaycanın qədim memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97,2 metr olan Göy Məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü İrəvan şəhərinin mərkəzi came məscidi idi.

Çar dövründə İrəvanda azərbaycanlıların dua etdikləri 8 məsciddən biri olan Göy Məscid 28 hücrə, kitabxana, ibadətgah həyətdən ibarətdir ümumilikdə 7 000 kvadratmetrlik ərazidə yerləşir. İkinci Dünya müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq, hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü 1952-ci ildə məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məthəfə döndərildi.

Məscid XX yüzillikdə ermənilər tərəfindən iki dəfə yandırılıb. İlk dəfə 1918-ci ildə, sonra isə 1955-ci ilin martında azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı 22 nəfər türk alimi məsciddə ibadət edərkən.

1995-2006-cı illərdə məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.

Ermənistana səfər etmiş azərbaycanlı jurnalist Vəfa Fərəcova deyir ki, İrəvanda 20-yə yaxın tarixi məscidlər olduğu halda, onlardan yalnız biri təmir edilib bütün dünyaya da təkcə həmin məscidin Azərbaycana məxsus olduğu göstərilir: "Həmin məsciddə bir neçə iranlı ilə rastlaşdıq. Ermənilər onları bizə azərbaycanlı olaraq təqdim edirdilər. Onlarla söhbət etdikdən sonra məlum oldu ki, əslində, onların heç biri azərbaycanlı deyil. Hətta içlərində bir qadın var idi ki, onun Tehranda yaşamış erməni olduğu məlum oldu. Həmin qadın bizimlə söhbəti zamanı dedi ki, Ermənistana gələn İran vətəndaşlarının böyük qismi qurmaq üçün buralara gəliblər onların arasında təmiz azərbaycanlı tapmaq çox çətin məsələdir. Ermənilər dünyada özlərini "tolerant" dövlət kimi göstərmək üçün məhz İrandan gəlmiş, orada ibadət edən qarışıq azərbaycanlıları Ermənistanda yaşayan azərbaycanlılar kimi təqdim etməyə çalışırlar. Bu da aşkar blefdir".

Qeyd edək ki, ermənilər iranlılar Göy Məscidin adını dəyişdiriblər, hazırda məscidin üzərinə vurulmuş lövhədə Göy MəscidHüseyniyyəkimi təqdim olunur.

V.Fərəcova İrəvanda olarkən İran Mədəniyyət Mərkəzi tərəfindən bərpa edilmiş məscidin şəkillərini çəkib.

 

 

Mərkəz.-2011.- 18 yanvar.-S. 10.