Ömər Eldarovun Almaniyada sərgisi açıldı

 

Sərginin açılışında təşkilati dəstəkçilərdən biri tanınmış bəstəkar Hüseyn Abdullayevdi

 

Yanvarın 16-da tanınmış heykəltəraş Ömər Eldarovun Almaniyada fərdi sərgisi təşkil olunub. Bu barədə merkez.az saytına heykəltəraşın mətbuat əlaqələndiricisi məlumat verib. «Berlin-Bakı» qalereyasında açılan sərgidə heykəltəraşın əl işlərinin fotoları nümayiş olunub. Tanınmış bəstəkar Hüseyn Abdullayev dəvətlilər sırasında olub. Onu da öyrəndik ki, Hüseyn Abdullayev sərginin təşkilati dəstəkçilərindən biridir.

 

 

Mərkəz.- 2011.-18 yanvar.- S.11.