SimsarTeatr Studiyası yaradıldı

 

Azərbaycanda yeniSimsarTeatr Studiyası yaradılıb.

Bu barədə «Merkez.az» informasiya agentliyinə teatr studiyasının direktoru İradə Nurəddinqızı məlumat verib. Onun sözlərinə görə, studiyanın təqdimatı “Vaqa” tamaşasının nümayişi ilə keçiriləcək. Tamaşanın premyerası yanvarın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində təşkil olunacaq. 4 müxtəlif səhnəcikdən ibarət olan tamaşa 1 saat davam edəcək.

Qeyd edək ki, studiyanın bədii rəhbəri əməkdar artist, uzun müddət Pantomima Teatrının aktyoru kimi fəaliyyət göstərmiş Pərviz Məmmədrzayevdir. Həmin teatrın aktyoru olmuş Qurban Məsimov isə yeni yaradılan teatr studiyasında aktyor və rejissor kimi işə başlayıb.

Teatrın tamaşaları pantomim janrında təqdim olunacaq. Tamaşalarda sözdən istifadə olunmayacaq, yalnız musiqi, plastika və pantomima yer alacaqdır. “Simsar”ın gələcəkdə teatr statusuna keçməsi də istina olunmur. İlk tamaşaya bilet satışı olmayacaq.

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2011.- 25 yanvar.- S. 11