Gənc vokalçımız Fransada keçiriləcək müsabiqədə iştirak edəcək

 

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gənc vokalçı Eldar Tahirov dekabr ayının 13-20-də Fransanın BordoJonzak şəhərlərində keçiriləcək müsabiqədə iştirak edəcək.

“Mərkəz”in verdiyi məlumata görə, Eldar Tahirov Bakı şəhər F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin vokal ixtisası üzrə IX sinif şagirdidir. O, kiçik yaşlarından müxtəlif müsabiqə və festivallarda uğurla iştirak edir.

Son illər ərzində Eldar Tahirov "Avaza-Dostluq Məkanı" adlı III Beynəlxalq Festivalda diploma (Türkmənistan, 2010), "İncəsənət vadisi" XI Beynəlxalq Müsabiqə-Festivalda Qran-pri mükafatına (Macarıstan, 2011), vokalçıların VII Beynəlxalq Müsabiqəsində I mükafata (Estoniya, 2012), "Açıq Avropa - Açıq Planet" adlı IX Beynəlxalq Müsabiqədə I mükafata (Moskva, 2012) layiq görülüb.

 

 

Mərkəz.-2012.-1 dekabr.-S.-14.