Moskvada "Dolu" filminin təqdimatı keçirilib

 

Moskvada L.Ryumina Folklor Mərkəzinin konsert zalında "Azərbaycanfilm" kinostudiyasının "Dolu" adlı yeni filminin təqdimatı keçirilib. Film Aqil Abbasovun eyni adlı romanı əsasında çəkilib və Qarabağ müharibəsinə həsr olunub. Filmin ssenari müəllifi Aqil Abbas, rejissoru Elxan Cəfərovdur. Filmin musiqisinin müəllifi Polad Bülbüloğludur.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermənistan-Azərbaycan müharibəsi dövründə insan taleləri haqda məlumat verən bu cür aydın və mənalı filmin yaradıcılarına minnətdarlığını bildirib.

Onun sözlərinə görə, Milli Məclisin deputatı Aqil Abbasın "Dolu" romanının motivləri əsasında çəkilmiş film Azərbaycan gəncliyinin nümayəndələri üçün böyük məna daşıyır.

Ssenari müəllifi Aqil Abbas deyib ki, bu film istedadlı rejissor Elxan Cəfərovun gözəl işi nəticəsində çəkilib. ""Dolu" filmində ən böyük əhəmiyyət kəsb edən məqamlardan biri də görkəmli bəstəkar, Azərbaycanın xaq artisti Polad Bülbülü oğlu tərəfindən xüsusi ilə bu film üçün yazılmış musiqidir. Buna görə, ona böyük minnətdarlığımı bilirirəm.

Bildirilib ki, "Dolu" filminin Sankt-PeteburqEkaterinburqda da təqdimatları olacaq.

Sonra A.Abbas filmdə rol almış Fuad Poladov, Məmməd Səfa, Şamil Süleymanov, Pərviz Bağırov, Fərhad İsrafilov və digər aktyorlardan ibarət yaradıcı kollektivi təqdim edib.

Filmin çəkilişləri bir il yarım aparılıb.

 

 

 Ayşə Osmanova.

 

Mərkəz.- 2012.- 8 dekabr.- S.- 14.