İKT ordu quruculuğunda da önəmli yer tutur

 

Cəmiyyətimiz informasiyalaşdıqca, yeni biliklər bu biliklərə əsaslanan iqtisadiyyat formalaşdıqca informasiya-kommunikasiya texnologiyaları həyatın ən müxtəlif sahələrinə daha çox sirayət edir. İnformasiya cəmiyyətinin yaranmaqda olduğu bir zamanda İKT-nin bütün sahələrdə həlledici rolu daha qabarıq görsənməkdədir. İnkişaf etmiş ölkələrdə dövlət büdcəsinin təxminən 80-90 faizi elm texnologiya, innovasiyalar, biliklərin yaradılması səmərəli tətbiq əsasında formalaşır. Məsələn, ABŞ, Yaponiya, Cənubi Koreya, Çin digər bu kimi inkişaf etmiş ölkələri nümunə göstərmək olar.

Dünyada cərəyan edən bu proseslərdən kənarda qalmayan, dünya birinciləri sırasında olmağa can atan ölkəmizdə dövlət siyasəti çərçivəsində mühüm addımlar atılır. Respublika Prezidenti tərəfindən İKT sektorunun prioritet sahə elan edilməsi, bu istiqamətdə bir sıra mühüm Dövlət Proqramlarının qəbul edilməsi bir daha göstərir ki, bu sahə dövlətin diqqət mərkəzindədir. Azərbaycanın intellektual resursları, innovasiya texnologiyalarının inkişafında elmin rolu artmaqdadır.

Ölkəmizdə informasiya texnologiyalarının ordu quruculuğunda da tətbiqi olduqca ürəkaçandır. Bu gün dünyanın ən güclü orduları məhz yeni texnologiyaların yaradılması tətbiqi nəticəsində güclənmişlər. Silahlı qüvvələrin əsas tərkib hissəsi olan müvafiq kadrların hazırlanmasında yeni informasiya texnologiyalarının əvəzsiz rolu danılmazdır. Müasir hərbi mübarizə üsullarını mənimsəmiş yüksək ixtisaslı, geniş intellektə malik zabit kadrlarının hazırlanmasında informasiya sistemlərinin, eləcə yüksək effektivliyi ilə fərqlənən müxtəlif elmi metodların tədris prosesində istifadə olunması zəruridir. Bir halda ki, informasiya cəmiyyətinin bacarıqlı savadlı insanların hərtərəfli inkişafına şərait yaradır, onda bu işin daha da sürətləndirilməsi müsbət nəticələr əldə etməyə imkan verər. Müharibə şəraitində yaşayan ölkəmizin hərbi təhsil sistemində həyata keçirilən islahatların önəmli olduğunu bildirən mütəxəssislər müasir dövrdə döyüş strategiyasının işlənməsində yüksək biliyə əsaslanmağın zəruriliyini qeyd edirlər. Bütün sahələrdə olduğu kimi Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında olan döyüş texnikası sistemlərinin, texnoloji vasitələrin, eyni zamanda da kadrların biliyinin dünya standartlarına uyğunlaşdırılması məsələsi günün reallığıdır. Bu istiqamətdə Ali Hərbi Dənizçilik Məktəbində müvafiq işlər görülmüş, Müdafiə Nazirliyinin təhsil sistemində zabit kadrların hazırlanması təkmilləşdirilməsində Hərbi Akademiyada, Hərbi Hava Qüvvələrinin təlim mərkəzində pilotların hazırlanmasında, Təlim Tədris mərkəzində müxtəlif ixtisasçıların hazırlanması üçün simulyasiya mərkəzləri yaradılmışdır. Bundan əlavə Müdafiə Nazirliyinin tədris mərkəzlərində vahid virtual modelləşdirmə sistemi istiqamətində gedir.

Hazırda daxili işlər orqanlarının idarə edilməsində, əməliyyat-axtarış fəaliyyətində informasiya texnologiyalarının geniş tətbiqi böyük əhəmiyyət kəsb edir. İnformasiya təhlükəsizliyi problemlərinin aktuallaşdığı müasir dövrdə informasiya müharibəsi, kiberterrorçuluq, kibercinayətkarlıq, kibercasusluq kritik infrastruktura yönəlmiş təhdidlərin əsas təzahürü kimi xarakterizə edilir. Mütəxəssislər tərəfindən hesab edilir ki, daxili işlər orqanlarının informasiya fəzalarının formalaşması inkişafı prosesində informasiyanın mühafizəsi məsələlərinin sistemli şəkildə nəzərə alınması, beynəlxalq təcrübəyə standartlara müvafiq olaraq vahid informasiya təhlükəsizliyi siyasəti çərçivəsində idarə edilməsi zəruridir. Daxili işlər orqanları arasında etibarlı dəqiq məlumat mübadiləsi zamanı informasiyanın autentikliyinin təmin edilməsində rəqəmsal imza texnologiyasının imkanlarından istifadə edilməsi məqsədə uyğun hesab edilir. Biometrik texnologiyaların tarixən daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyətində tətbiq edildiyini nəzərə alsaq, müxtəlif biometrik texnologiyaların bu sahədə tətbiqi perspektivli ola bilər. Ölkə prezidentinin 2007-ci il 13 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı"nda ölkəmizin milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, beynəlxalq terrorizmin, mütəşəkkil cinayətkarlığın, silah narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün vahid biometrik eyniləşdirmə sisteminin yaradılması vəzifəsini qarşıya qoyur. XXI əsrdə reallaşan qloballaşma prosesi təkcə iqtisadi, siyasi digər sahələrdə deyil, eyni zamanda təhlükəsizlik hərbi sahədə baş verir.

Hazırda dünyada qlobal təhlükəsizlik sistemi formalaşır bu sistemin ayrı-ayrı komponentləri olan enerji, informasiya, ekologiya radiasiya təhlükəsizliyini təmin edən bütün istiqamətlərdə inteqrasiya prosesləri müşahidə olunur. Milli Təhlükəsizlik Konsepsiyasının əsas məqsədinin Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkəmizin AvroAtlantik məkana inteqrasiyasını reallaşdırmaqdan ibarət olduğunu söyləyən ekspertlər bu prosesin elmdə, təhsildə, siyasi hərbi sahədə aparılan islahatlarla həmçinin, hərbi kadrların Avropa, NATO standartlarına uyğunlaşdırılması ilə həyata keçdiyini bildirir. Konkret olaraq hərbi sahədə kadrlarımızın NATO standartlarına uyğunlaşması, Avro Atlantik məkanda olan biliklərin əldə olunması, Azərbaycan Silahlı Qüvvələrinin döyüş texnikası vasitələrinin ümumi səviyyəyə gətirilməsidir. Mütəxəssislər hesab edir ki, bu gün alimlərimiz hərbiçilərimiz qarşısında mühüm vəzifələr durur. Hələ 1993-cü ildə ulu öndər Heydər Əliyevin hərbi quruculuq sahəsində gördüyü işlər Azərbaycan elminə öz təsirini göstərmiş, informatika elminin bir istiqaməti kimi hərbi informatikanın təməli qoyulmuşdur. Akademik Əli Abbasovun rəhbərliyi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda hazırlanan qırıcı təyyarələrdə olan qara qutulardakı uçuş informasiyasının operativ emalı sistemi hazırda Azərbaycan hərbi hava qüvvələrində müvəffəqiyyətlə istifadə olunur. Bundan başqa, AMEA İTİ- hazırlanan Radiolokasiya stansiyalarının vahid şəbəkə mühitində hava məkanında olan hədəflərin aşkarlanması, tanınması uçuşu xarakterizə edən parametrləri mərkəzi komanda məntəqəsinə ötürmək, real zamanda hava məkanında olan vəziyyəti qiymətləndirməyə imkan verən işlər görülür. Bu gün Azərbaycanda hərbi informatika elminin inkişafında ölkəmizdə fəaliyyət göstərən müxtəlif elmi-tədqiqat qurumlarında çalışan alim mütəxəssislərimiz öz bilik bacarıqlarını əsirgəmir. Hazırda ölkənin tədris müəssisələrində hərbi informatika elmi digər sahələrdən fərqlənir. Belə ki, buraya əsasən informasiya təhlükəsizliyi, kriptoqrafiya, coğrafi informasiya sistemlərinin tətbiqi elektron xəritələrin işlənməsi, hərbi gəmilərin real vəziyyətlərinin qiymətləndirilməsi bu ya digər operativ qərarların qəbul edilməsi texnologiyaları daxildir.

Azərbaycanın həm coğrafi, həm virtual məkanda milli təhlükəsizliyinin qorunması müasir dövrün reallıqlarındandır. Sözsüz ki, İKT-nin dövlət siyasətində prioritet elen edildiyi bir ölkədə güclü ordu quruculuğu, təhlükəsiz həyatın təmin edilməsi naminə informatika sahəsində çalışan alimlərimiz daha böyük nailiyyətlər əldə edəcəklər.

 

 

Cəmaləddin Dostəli

 

Mövqe.- 2010.- 3 noyabr.- S. 10.