Müstəqil Azərbaycanın xarici siyasəti: əsas hədəflər və nailiyyətlər

 

Qloballaşma prosesinin geniş vüsət aldığı müasir dövrdə istənilən dövlətin ümumi inkişafına təsir göstərən əsas faktorlardan birixarici siyasət amilidir. Beynəlxalq münasibətlər sistemində dövlətin həyata keçirdiyi ümumi kurs kimi dəyərləndirilən xarici siyasət konkret ölkənin dünya hüquq məkanında yaradılmış iki və çoxtərəfli münasibətlərini, özünəməxsus cəhətləri ilə seçilən mövqelərini əks etdirir.

Burada bir mühüm məqamı da mütləq nəzərə almaq lazımdır ki, xarici siyasət daxili dövlət siyasəti ilə üzvi surətdə bağlıdır və onların hər ikisi biri-birini tamamlayaraq möhkəm vəhdət təşkil edirlər. Bu vəhdət pozulduğu halda ciddi fəsadlara, hətta silahlı insidentlərə, müharibə ilə nəticələnən qarşıdurmalara belə yol aça bilir. Dünyanın siyasi xəritəsinə diqqət yetirməklə də günümüzdə bunun kifayət qədər konkret nümunələrinə rast gəlmək mümkündür.

Xarici siyasətin əsas vasitəsi qismində çıxış edən diplomatiya və onun uğurlu formada həyata keçirilməsi isə beynəlxalq hüquq məkanında özünə layiqli yer tutmağa çalışan hər bir dövlət üçün əsas vəzifələr sırasında yer alır. Bu məqsədlə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müxtəlif forma və metodları özündə ehtiva edən diplomatiya ümumiyyətlə, müasir dünyada formalaşmış münasibətlər sistemində ən effektiv vasitələrdən biri olaraq dəyərləndirilir. Uğurlu diplomatiyanın gətirdiyi möhtəşəm dividendlər, ölkənin beynəlxalq imicinin yüksəlməsində oynadığı mühüm rola dair konkret misal kimi XX əsrdə mürəkkəb ictimai-siyasi şəraitdə ikinci dəfə dövlət müstəqilliyini qazanmış Azərbaycanı göstərmək olar. Ötən əsrin son on illiyində totalitar bir rejimdən xilas olaraq suverenliyini əldə edən Azərbaycan xarici siyasət sferasında çevik və proseslərin gedişinə adekvat reaksiya nümayiş etdirən, mövqelərinin güclənməsinə xidmət edən xarici siyasi kurs həyata keçirir. Müstəqilliyinin ilk illərində qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalan, ağır iqtisadi böhrandaxili qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxması və uğur qazanması, regionda aparıcı söz sahibinə çevrilməsi həmeffektiv xarici siyasət sayəsində mümkün olub.

Bu gün ölkəmizin xarici siyasətinin formalaşmasına və onun həyata keçirilməsinə bir sıra mühüm faktorlar təsir edir. Həmin faktorlar sırasında ilk olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü xüsusi olaraq qeyd olunmalıdır. İşğal faktorunun hələ də aradan qalxmaması Azərbaycanın, eləcə də bütün regionun təhlükəsizliyinə ciddi təhdid mənbəyi olaraq qalır. Elə bu amil də ölkəmizin təhlükəsizlik və xarici siyasətinin formalaşdırılmasında birmənalı şəkildə nəzərə alınır. Azərbaycanın geosiyasigeoiqtisadi baxımdan əlverişli coğrafi bölgədə yerləşməsi də sabiq dövlət müşaviri Vəfa Quluzadəyə görə, ölkəmizin xarici siyasətinin formalaşması prosesinə təsir göstərən əsas cəhətlərdəndir. O qeyd edir ki, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji dəhlizinin mərkəzində yer alması ona strateji üstünlüklər qazandırır.

Azərbaycanın böyük karbohidrogen ehtiyatlarına və digər təbii sərvətlərə malik olması isə ölkəmizə xarici diqqət və marağı artırır. Bu kontekstdə müxtəlif əcnəbi dövlətlər, transmilli şirkətlərin Azərbaycanla sıx əməkdaşlıq niyyəti meydana çıxır. Nəticə etibarı ilə bu, artıq geoiqtisadi prizmadan ölkəmizin xarici siyasətinin formalaşmasına təsir edən əsas amillərdən birinə çevrilir. Azərbaycanın zəngin neftqaz ehtiyatlarının transmilli şirkətlərlə birgə işlənməsi və müxtəlif marşrutlarla dünya bazarına nəqlinə dair həyata keçirilən strategiya ölkəmizin xarici siyasətinin ən önəmli təməl daşlarından sayılır.

Keçmiş SSRİ-nin tarixi zərurətdən irəli gələrək dağılması ilə beynəlxalq münasibətlər sisteminin köklü surətdə dəyişməsi də Azərbaycanın xarici siyasətinə təsirsiz ötüşmür. Artıq birqütblü formada qəbul olunan müasir dünyada ölkəmiz xarici siyasətində ümumdünya təhlükəsizliyinə olan təhdidlər və risklər amilinixarici siyasətini formalaşdırarkən mütləq nəzərə alır. Danılmaz həqiqətdir ki, terrorizm, etnikdini ekstremizm, hərbi separatçı hərəkatlar, mütəşəkkil cinayətkarlıq şəbəkələri və bu qəbildən olan digər hallar bu gün dövlətlərin xarici siyasətinin ərsəyə gəlməsinə buya digər dərəcədə təsir göstərir.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin sözlərinə görə, Azərbaycan xarici siyasətini formalaşdırarkən üç əsas meyara da xüsusi olaraq diqqət yetirir: "Bunlar aşağıdakılardır: balanslaşdırılmış, neytral və çoxşaxəli xarici siyasət. Bütün bu amillər Azərbaycanın xarici siyasətində ən xırda detallarına qədər nəzərə alındığından ölkəmizin beynəlxalq münasibətləri yüksək səciyyə daşıyır və ümumi inkişaf prosesinə öz genişmiqyaslı töhfələrini verir". Həmin töhfələrdən ən böyüyü isə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edən səriştəli xarici siyasətin yeridilməsidir.

Xarici siyasətdə ölkəmizin əsas hədəflərinə gəlincə, Elman Abdullayev burada ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini ön plana çəkir. Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi altında çevik xarici siyasət strategiyası həyata keçirildiyini bildirən XİN rəsmisi ölkəmizin ərazi bütövlüyünün beynəlxalq birlik tərəfindən birmənalı şəkildə dəstəkləndiyini və Ermənistanın təcavüzkar dövlət olaraq qəbul edildiyini də vurğuladı. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü təsbit edən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, eləcə də Avropa Şurası, Avropa İttifaqı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar səviyyəsində qəbul olunan digər sənədlər ölkəmizin diplomatiyasının böyük uğuru kimi dəyərləndirilir.

Milli maraqlarının təmin olunmasına yönələn xarici siyasətimizin digər önəmli hədəflərindən biri isə beynəlxalq sülhsabitliyin təşviqidir. Azərbaycan hazırda bu prosesdə ən fəal iştirak edən dövlətlərdən biridir. Təcavüzə məruz qalan dövlət kimi Azərbaycan sülh prosesinin ümumi təhlükəsizlik və inkişafda nə dərəcədə vacib əhəmiyyətə malik olduğunu yaxşı bilir. Bundan başqa ölkəmiz beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə ilə bağlı çoxtərəfli və ikitərəfli çərçivədə fəal beynəlxalq əməkdaşlıq əlaqələri qura bilib. Elə səmərəli çoxtərəfli beynəlxalq münasibətlər sisteminin qurulması və inkişafı da xarici siyasətimizin əsas hədəfləri sırasındadır. Bu məqsədlə ölkəmiz müxtəlif beynəlxalq və regional təşkilatların işində fəal iştirak edironlara misal olaraq BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, MDB, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digərlərini göstərmək olar. Dünyanın ən böyük təşkilatı olan BMT Təhlükəsizlik Şurasına Azərbaycanın iki il müddətinə qeyri-daimi üzv seçilməsi isə xarici siyasətimizin möhtəşəm təntənəsi olmaqla yanaşı, ölkəmizin ümumdünya sülh işində oynadığı rolun daha da artması ilə nəticələnəcək.

Qarşılıqlı faydalı ikitərəfli əlaqələrin inkişafı da xarici siyasətdə əsas prioritetlərdən birini təşkil edir. Sözügedən müstəvidə Azərbaycan həm Ermənistan istisna olmaqla qonşu dövlətlərlə, həm də uzaq xarici ölkələrlə ikitərəfli münasibətlərin tərəqqisinə xüsusi diqqət yetirir. Region ölkələri ilə mehriban qonşuluq və faydalı dostluq münasibətləri üzərində qurulan xarici siyasət Azərbaycanın inkişafında və təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayan amillərdən biridir. Ölkəmizin strateji müttəfiqi sayılan Türkiyə ilə mövcud münasibətlər, eləcə də Gürcüstan, Rusiyaİranla qarşılıqlı maraqlara söykənən əlaqələr Azərbaycana böyük dividendlər qazandırmaqda, onu həlledici söz sahiblərindən birinə çevirməkdədir. Bununla yanaşı, Asiya, Avropa, Amerika, hətta müxtəlif Afrika ölkələri də ölkəmizlə sıx münasibətlər qurubbu istiqamətdə fəaliyyətini davamlı olaraq genişləndirir. Təbii ki, bu da öz növbəsində Azərbaycan amilinə beynəlxalq diqqət və marağın artmasına gətirib çıxarır. AvropaAvratlantik strukturlara inteqrasiya isə Azərbaycan xarici siyasətinin dəyişməz hədəflərindəndir. AvropaAvratlantik birliyin dəyərlərini bölüşən ölkəmiz çoxtərəfli Transatlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirərək Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir. Azərbaycanın Avropa Şurasına üzvlüyü, dünyanı ən qüdrətli hərbi birliyi olan NATO ilə sıx əməkdaşlığı, Avropa İttifaqı ilə iqtisadi, siyasisosial sahələrdə yaratdığı münasibətlər ölkəmizin beynəlxalq hüquq məkanında mövqelərini daha da gücləndirir. Avropanın enerji və nəqliyyat dəhlizinin genişləndirilməsinə ölkəmizin verdiyi töhfələr isə Qərb dünyasında olduqca yüksək qiymətləndirilir. Danılmaz həqiqətdir ki, neftqaz kəmərlərinin, digər müvafiq infrastrukturun tikintisidaxil olmaqla, Azərbaycanın neft sektorunun inkişafı artıq ölkənin iqtisadi yüksəlişinə töhfə verib, regionalqlobal əməkdaşlıq üçün əlavə imkanlar yaradıb. Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur layihələrinin uğurla həyata keçirilməsi ilə nəticələnən bu əməkdaşlıq Azərbaycanın dünya siyasətində və iqtisadiyyatında xüsusi çəkisini əhəmiyyətli dərəcədə artırıb. Yalnız enerji istehsalçısı və ixracatçısı kimi deyil, eyni zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycanın regionun mərkəzi oyunçusu və beynəlxalq arenada əhəmiyyətli faktor olaraq imkanları getdikcə artır. Azərbaycanın coğrafi yerləşməsi ölkənin dünya bazarlarına çıxışını şaxələndirmək imkanı verir. Bu mənada, Azərbaycan Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRASECA) layihəsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinə fəal cəlb olunub. Eləcə də Azərbaycan Türkiyə və Gürcüstanla geostrateji əhəmiyyət kəsb edən Bakı-Tiflis-Qars dəmir yolu xəttinin qurulmasını həyata keçirir. Bu xəttin həyata keçirilməsi regional əməkdaşlığın sürətləndirilməsi və gücləndirilməsi üçün vacib addım olacaq, eyni zamanda, qlobal təsirlərə malik yeni regional imkanlar yaradacaq.

Beləliklə, milli maraqların həyata keçirilməsi, müstəqilliyin və suverenliyin gücləndirilməsi, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət strategiyası, habelə özünəməxsus və bəzən ziddiyyətli siyasət yürüdən regional və regiondan kənarda olan faktorlarla "modus vivendi"nin tapılmasına imkan yaradan elastiklik arasında mürəkkəb balans Azərbaycanın xarici siyasətinin səciyyəvi xüsusiyyətidir. Bununla da müasir beynəlxalq münasibətlər sistemində ölkəmizin xarici əlaqələrinin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. Qeyd olunan kontekstdə qazanılmış ən böyük nailiyyətlərdən biri isə ondan ibarətdir ki, bu gün Azərbaycan beynəlxalq hüququn kifayət qədər güclü və qüdrətli müstəqil subyektlərindən birinə çevrilib. Müasir Azərbaycanın xarici siyasət strategiyasının uğurlu olmasının ən bariz təsdiqi həm də ondan ibarətdir ki, ölkəmiz daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla yanaşı, eyni zamanda regional liderə çevrilib. Bu gün Cənubi Qafqazın siyasi, iqtisadi mənzərəsinin müəyyən olunmasında əsas söz sahibi məhz Azərbaycandır. Azərbaycanın artan beynəlxalq nüfuzunun daha bir konkret təzahürü isə ölkəmizin qarşıdakı iki il ərzində Şərqi Avropa regionunu BMT Təhlükəsizlik Şurasında təmsil edəcək dövlət olmasıdır. Dünya dövlətləri BMT-də keçirilən gərgin səsvermədə məhz Azərbaycanı bu şərəfli missiyanı yerinə yetirməyə layiq görüblər. Vəfa Quluzadə qeyd edir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkəmiz üçün yeni imkanlara yol açır. Bu imkanlar isə ilk növbədə Dağılq Qarabağ münaqişəsinə beynəlxalq diqqətin daha da artmasına rəvac verəcək.

Bütün bunlara paralel olaraq Azərbaycan hər zaman milli maraqların həyata keçirilməsi, müstəqilliyin və suverenliyin gücləndirilməsi, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasətin müəllifi kimi beynəlxalq müstəvidə nümunəvi ölkələrdən biri kimi çıxış edir. Yaradılmış möhkəm bazis sayəsində isə gələcək inkişaf perspektivi daha işıqlı olan Azərbaycanın beynəlxalq miqyasda malik olduğu nüfuzmövqenin davamlı olaraq güclənəcəyi heç bir şübhə doğurmur.

 

Rasim BAYRAMOV

 

Mövqe.- 2011.- 13 dekabr.- S. 6.