Siyəzəndə abadlıq və yenidənqurma işləri geniş vüsət alıb

 

Bu gün Siyəzən rayonunun uğurlarını təmin edən başlıca amillərdən biri də inkişafa xidmət edən dövlət proqramlarının uğurla icra edilməsidir. Bunun nəticəsidir ki, 2010-cu ildə ölkədə müşahidə olunan sosial-iqtisadi inkişaf prosesindən Siyəzən rayonu da kənarda qalmayıb. 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramının tələblərindən irəli gələrək rayonda əvvəlki illərdən icrasına başlanmış işlər davam etdirilib.

2010-cu ilin əvvəlindən başlayaraq Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin xətti ilə Siyəzən şəhərinin mərkəzi küçəsində abadlıq işləri aparılıb. Ulu öndər Heydər Əliyevin adını daşıyan, 4 kilometr uzunluğunda mərkəzi küçəyə 1,4 milyon manat dəyərində, müasir standartlara cavab verən səviyyədə üçqat asfalt örtüyü verilib. Yolun hər iki tərəfində, 418 min manat dəyərində yeni piyada yolu tikilib, yol boyu 302 min manat dəyərində ən müasir işıqlanma sistemi tikilib istifadəyə verilib, iki ədəd müasir dayanacaq quraşdırılıb. 3.6 kilometr uzunluğunda 340 min manat dəyərində, drenaj sistemi tikilib.

Şəhərin mərkəzindən yağış sularının axıdılması üçün 960 metr uzunluğunda kanalizasiya xətti çəkilərək şəhərdən kənara çıxarılıb. Nəticədə rayon Mədəniyyət sarayının qarşısından şəhər stadionuna qədər məsafəni əhatə edən ərazidəki fərdi yaşayış evlərinin də kanalizasiya problemi öz həllini tapıb. Bundan başqa, Siyəzən-Xızır Zində avtomobil yolu və Siyəzən şəhərindən Bakı-Rusiya Federasiyası avtomobil yoluna çıxan yol da (89-109-cu km) əsaslı təmir olunub.

Siyəzən şəhərinin küçələrində də kanalizasiya xətlərinin təmiri və yeni xətlərin çəkilişi işləri davam etdirilib. Heydər Əliyev küçəsində 1200 m uzunluğunda mövcud kanalizasiya xətti və üzərindəki baxış quyuları açılaraq təmir edilib, bu işlərə 65 min manat vəsait xərclənib. Bununla yanaşı, yerli büdcə vəsaiti hesabına, mərkəzi yoldan H.Talıbov küçəsinə qədər məsafəyə asfalt örtüyü verilib, yol boyu yeni işıqlanma sistemi quraşdırılıb. Mədəniyyət Sarayının qarşısından şəhər stadionuna qədər uzanan yol əsaslı təmir olunub, bardür düzülərək piyada yolu tikilib, yeni işıqlanma sistemi quraşdırılıb. Hesabat dövründə şəhərin işıqlanma məsələsi daim diqqət mərkəzində saxlanılıb, şəhər Mədəniyyət və istirahət parkında yeni işıq dirəkləri, digər parkxiyabanlarda isə park işıqları quraşdırılıb.

2010-cu ildə şəhərin İ.Qayıbov, Nizami, T.İsmayılov, Vaqif küçələrinə asfalt örtüyü verilib, O.Qoçəliyev, B.Bayramov, H.Talıbov küçələrinə çınqıl-qırmadaş döşənib. Hesabat dövründə büdcə vəsaiti hesabına H.Əliyev küçəsindəki 145, 147 və 149 nömrəli binaların dam örtüyü dəyişdirilib, Siyəzən şəhərinin cənub girişindəki, şəhərin adını əks etdirən lövhənin ətrafında və şəhər avtovağzalının ərazisində 44 min manatlıq abadlıq işləri görülüb. Ümumilikdə, hesabat dövründə infrastrukturun qurulması və abadlıq işlərinə 3 milyon 590 min manat vəsait xərclənib və bunun da 259 min manatı büdcə vəsaiti olub. Rayonda yeni tikinti işləri davam etdirilib, gənclərin asudə vaxtının səmərəli keçirilməsini təmin etmək məqsədi ilə dəyəri 60 min manat olan mini futbol stadionu tikilərək istifadəyə verilib. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə tikilən Uşaq İncəsənət Məktəbində işlər başa çatdırılıb.

Siyəzən şəhər bələdiyyəsi də görülmüş işlərdə yaxından iştirak edib, Şəhidlər Xiyabanında abadlıq işləri aparılıb. C.Cabbarlı adına parkın girişindəki arka təmir olunaraq yeni üzlük daşlarla işlənib. Rayonda fəaliyyət göstərən digər yerli bələdiyyələr də bu işlərdən kənarda qalmayıb. İl ərzində onların vəsaitləri hesabına 127 min manatlıq müxtəlif abadlıq işləri aparılıb.

"Ekologiya ili" çərçivəsində rayonda ağac əkini kampaniyası uğurla davam etdirilib, ümumilikdə, 14900 ağac əkilib. Bunun da 7300-ü Bakı-Rusiya Federasiyası avtomobil yolunun 88-103-cü kilometrlərində, 7600-ü isə Siyəzən şəhəri ərazisində, həmçinin "Siyəzənneft" NQÇİ-nin xidməti sahələrində əkilib. Əkilmiş ağacların qorunması və suvarılması işi təşkil edilib.

Rayon iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malik sənaye sektorunda ilin əvvəlindən 6834,9 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. İstehsalın ümumi həcmində məhsul istehsalının payı 63,6 faiz, xidmətlərin payı isə 36,4 faiz təşkil edib. Məhsul istehsalının 36,7 faizi neft, 64,3 faizi qeyri-neft sektorunun payına düşüb. İlin əvvəlindən bütün mülkiyyət formalarından olan müəssisə və təşkilatlar tərəfindən iqtisadiyyatın və sosial sahələrin inkişafına 23,089,5 min manat investisiya qoyulub. Ümumi investisiyanın 20328,9 min manatı və ya 94,5 faizi istehsal təyinatlı obyektlərin tikintisinə istifadə olunub. İstifadə edilmiş investisiyanın 30,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Əsas kapitala yönəldilmiş investisiyanın 16048,3 min manatı və ya 69,5 faizi mədənçıxarma sənayesinin inkişafına, 4753,3 min manatı və ya 20,6 faizi nəqliyyat sektorunun inkişafına, 89,4 min manatı və ya 0,4 faizi sosial-mədəni və ticarət obyektlərin tikintisinə, 381,2 min manatı və ya 1,7 faizi yaşayış evlərinin tikintisinə, 1817,4 min manatı və ya 7,8 faizi digər sahələrə sərf edilib.

İlin əvvəlindən 9 vətəndaşa tikinti aparılmasına icazə verilib, onlar şəxsi vəsaitləri hesabına ümumi sahəsi 320 kvadratmetr, yaşayış sahəsi 220 kvadratmetr, dəyəri 125,0 min manat olan 5 fərdi evin, dəyəri 98,0 min manat olan 4 ticarət obyektinin tikintisinə başlayıb. 2010-cu ilin yanvar-dekabr aylarında rayon üzrə tikinti sahəsində fəaliyyət göstərən podratçı təşkilatların öz gücləri ilə yerinə yetirdikləri işlərin həcmi əvvəki ilin eyni dövrü ilə müqayisədə 73,9 faiz artaraq 3005.9 min manat təşkil edib. Görülən podrat işlərinin 1,7 faizi yeni tikintidən, 43,8 faizi əsaslı təmirdən, 54,5 faizi isə cari təmir və sair podrat işlərindən ibarət olub.

Rayonda sahibkarlığın inkişafı tədbirləri də xüsusi diqqət mərkəzində olub. Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu 12 nəfər yerli sahibkara ümumilikdə 130 min manat güzəştli kreditlər verib. 2010-cu ildə özəl sektorda emal sənayesində faktiki qiymətlərlə 1 960,7 min manatlıq məhsul istehsal edilibbu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 49,8 faiz çoxdur. İstehsal edilmiş məhsulun 87,4 faizi, içkidaxil olmaqla, qida məhsullarının payına düşüb. Natural ifadədə 68,9 min dekalitr çaxır, 17,0 min dekalitr konyak, müxtəlif çeşidli qida məhsulları istehsal edilib.

Cari ildə rayon üzrə ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 80,3 faiz təşkil edib və bu da özünü əsasən rayonda quşçuluğun sürətli inkişafı sayəsində göstərib. Rayonda sahibkarlığın inkişafına yardım məqsədi ilə "Siyəzən-Biznes İnkişaf Mərkəzi" fəaliyyət göstərir. Mərkəz mütəmadi olaraq yerli sahibkarlarla müxtəlif seminarlar, treninqlər keçirir. Biznes planlarının tərtib edilməsi, internetdən istifadə yolu ilə müxtəlif informasiyaların toplanılması, onlara marketinq, biznes planların tərtibi işində xidmətlər göstərilir. Bütün bunların nəticəsində özündə 41 nəfər fəhlə və qulluqçunu birləşdirən "Siyəzən-Şərab" ASC-də məhsul istehsalına başlayıb. Siyəzən Kondensator zavodu "Azərpolimer" adı altında fəaliyyətə başlayıb, burada müxtəlif ölçülü plastik borular, lambir istehsal olunub. Müəssisədə ümumilikdə 70 nəfər daimi işlə təmin olunub yerlərinin sayının artırılması istiqamətində səylər davam etdirilir. Fəaliyyətini müvəqqəti dayandırmış Siyəzən-Kərpic" QSC-icari ildə işləməyə başlayıb və hazırda müəssisədə 100-dən artıq fəhlə və qulluqçu çalışır.

Hesabat dövründə rayonda iqtisadi və sosial inkişafı əks etdirən makrogöstərici, yəni əsas sahələr üzrə ümumi məhsul buraxılışı 61,9 milyon manat olub, 10 180,9 min manatlıq sənaye məhsulu istehsal edilib. İqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışının 59,4 faizi kənd təsərrüfatının, 16,6 faizi ticarətin, 11,0 faizi sənayenin, 11,4 faizi tikintinin, 1,6 faizi nəqliyyat və rabitə sektorunun payına düşüb. İl ərzində əhalinin pul gəlirləri əvvəki illə müqayisədə 7,0 faiz artaraq 54170,0 min manata, adambaşına düşən məbləğ isə 1430 manata çatıb. Rayonun iqtisadiyyatının əsasını təşkil edən neft-qaz çıxarma sahəsində 40 201 ton neft, 9 984 min kubmetr qaz hasil edilərək dövlətə təhvil verilib.

Ötən il rayonda müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi, istifadəçilərə geniş zolaqlı internet xidməti təklifi, bu sahədə xidmətlərin artımını təmin edib. İlin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 252,2 min manatlıq xidmət göstərilib və bu da 2009-cu ilə nisbətən 6,1 faiz çoxdur. İl ərzində 150 abunəçiyə və təşkilata sürətli internet xətti verilib, Sədan kəndində 80 nömrə tutumlu EATS quraşdırılıb, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş bina telefonlaşdırılıb. Hazırda rayonda 4 İnternet klub fəaliyyət göstərir.

 

(ardı var)

 

Tərlan Nəsirli Bakı-Siyəzən-Bakı

 

Mövqe.- 2011.- 22 dekabr.- S. 10.