REGİONLARIMIZ: ZƏRDAB

 

 II YAZI

 

Son illər Zərdab öz simasını əsaslı şəkildə dəyişmiş, daha abad və yaraşıqlı olmuşdur. Tikinti, abadlıq və quruculuq işləri hesabat dövründə də sürətlə davam etdirilmişdir. Xanməmmədli kəndində smeta dəyəri 262 min 900 manat olan 100 şagird yerlik orta məktəb binasının tikintisi artıq başa çatdırılmışdır. Rayon İcra Hakimiyyəti və Əhalinin Sosial Müdafiə Mərkəzi üçün yeni inzibati binalar istifadəyə verilmişdir. Ulu öndərin doğum günü ərəfəsində bu binaların açılışı olmuşdur.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan 16 mənzilli yaşayış binasında da tikinti işləri başa çatdırılmış və hazırda binanın ətrafında abadlıq işləri davam etdirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illik yubileyi ərəfəsində çoxsaylı digər obyektlərlə yanaşı, Heydər Əliyev parkı ərazisində smeta dəyəri 280 min manat olan Heydər Əliyev İdeoloji Mərkəzinin binasının tikintisibaşa çatdırılmışdır.

Tikintisinə 2007-ci ilin dekabr ayında başlanmış, smeta dəyəri 750 min manat olan 200 yerlik Uşaq İncəsənət Məktəbi, Cilovxanlı kəndində 80 yerlik məktəb binası isə istifadəyə hazırdır. Alıcanlı kəndində smeta dəyəri 1 milyon 172 min manat olan 360 yerlik məktəb binasının tikintisində 6 ay ərzində 643 min manatlıq işgörülmüşdür.

Cari ilin birinci yarısında Heydər Əliyev və Zərdabi adına parklarda, Şəhidlər Xatirə kompleksində, Sahil parkında, küçələrdə xeyli abadlıq, təmir vəyaşıllaşdırma işləri aparılmışdır. Ramiz Kərimov, C.Cabbarlı, 1 May, Azadlıq, Azərbaycan, Samir Abdullayev, Alı Mustafayev və sair küçələrə 15 min kvadrametrdən çox asfalt örtük döşənmişdir. Azərbaycan, 20 Yanvar, Zərdabi, Füzuli, M.Hüseyn, S.Abdullayev, Nizami, M.Xəlilov, Rəsulzadə, Ş.Şükürov küçələrində və Heydər Əliyev prospektində uzunluğu 25 kilometr, həcmi 5 min kubmetr olan kanalların təmizlənməsi, keçidlərin açılması işləri görülmüş və buna 32 min manat vəsait xərclənmişdir.

Ucar-Zərdab magistral yolunda 4 min ədəd, Zərdab-Mollakənd yolunda 5060 ədəd, Zərdab-Pirəzə yolunda 4840 ədəd, Zərdab-Ağcabədi yolunda 3200ədəd ağac əkilərək, abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Bu iş rayonun başqa ərazilərində də davam etdirilmiş, hesabat dövründə kəndlərdəki yol kənarına 5mindən çox ağac əkilmişdir. Bu işlər payız mövsümündə də davam etdiriləcəkdir. Şəhərin küçələrində müasir ekzotik işıqlanma dirəkləri quraşdırılmış, 4 yol ayrıcındaisə müasir tipli kompleks tikilmişdir.

Respublika hökuməti rayon əhalisinin arzu və təkliflərinin nəzərə alaraq 2008-ci il aprelin 10-da Zərdab rayonunda Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstünün qoyulması haqqında qərar qəbul etmişdir. Qəhrəmanın abidəsinin qoyulması ilə bağlı işlər başa çatmış və 9 May - Qələbə Günü həmin büstünaçılışı olmuşdur.

2009-2013-cü illəri əhatə edəcək ikinci Dövlət Proqramında Zərdab rayonunda analoqu olmayan işlərin görülməsi planlaşdırılmışdır. Rayonda sənaye və kəndtəsərrüfatı istehsalının genişləndirilməsi, yol təsərrüfatı və nəqliyyat, elektrik enerjisi, istilik və qaz təchizatı, rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi, su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya şəbəkəsinin, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inkişafı və yenidən qurulmasıilə bağlı geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu diqqət və qayğıya görə zərdablılar ölkə Prezidenti İlham Əliyevə minnətdardırlar.

 

Zərdab rayonu yüksək templə inkişaf edir

 

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" rayonun daha sürətli inkişafına stimul verib

 

Bakıdan 285 km qərbdə yerləşən Zərdab şəhəri haqqında ilkin məlumatlar orta əsrlər Şirvanşahlar dövrünə təsadüf edir. Dəniz səviyyəsindən 11 metr alçaqda yerləşən Zərdab Kür çayının sahilindədir. Ərazisi 86,6 kv.km, əhalisi isə 53770 nəfərdir. Rayonun 42 yaşayış məntəqəsi var - 40 kənd, bir şəhər, bir qəsəbə. O cümlədən, rayon ərazisində 41 bələdiyyə, 28 icra nümayəndəliyi fəaliyyət göstərir. Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Kənd təsərrüfatınınəsasını isə pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir. Bundan başqa, rayonda bir sıra sənaye müəssisələri də fəaliyyət göstərir.

 

Azərbaycan Respublikasının Prezidenti

 

İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008) ölkəmizin inkişafı tarixində mühüm əhəmiyyətə malikdir. Bu proqram çərçivəsində görülən quruculuq, abadlıq işləri bölgələrin inkişaf tempinin yüksəlməsində əsas dönüş nöqtəsi sayıla bilər. Bu mənada proqramın icrası Zərdab rayonunun da həyatında mühüm yeniliklərlə müşahidə olunub.

 

Rayonda pambıqçılıq və baramaçılıq inkişaf etdirilir

 

Son beş ildə Zərdabda əkin dövriyyəsinə cəlb olunan torpaq sahələrinin həcmi, kənd təsərrüfatında bitkiçilik məhsullarının istehsalı və məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb. Əkin sahələrinə mineral və üzvü gübrələrin verilməsi, növbəli əkinin aparılması və optimal müddətlərdə suvarma suyunun verilməsi, dövlət tərəfindən taxıl istehsalçılarına göstərilən dəstək son beş ildə əkin sahələrinin həcminin 1,9 dəfə artmasına gətirib çıxarıb. 2004-cü ildə 9577 ha olan taxıl sahələri hər il orta hesabla 1000-1350 ha artaraq 2008-ci ildə 14780 hektara çatdırılıb. Bunun isə 10322 hektarını buğda, 4458 hektarını arpa təşkil edib. Son beş ildə məhsuldarlıq hər hektardan 25,4 sentnerdən 27,1 sentnerə qalxıb. Rayonun bir sıra kəndlərində özəl toxumçuluq təsərrüfatları yaradılıb. Həmin təsərrüfatlarda 2008-ci ildə 637,5 ha taxıl əkilib.

2004-cü ildə 2145 ha-dan 3200 ton, 2005-cı ildə ısə 2873 ha-dan 4526 ton pambıq tədarük edilib. Son beş ildə baramaçılığın inkişafı üçün isə bələdiyyələrin ərazilərində 49 ha tut bağları salınıb, köhnə tut bağlarında bərpa işlərinin aparılması məqsədilə hər il əvəzsiz olaraq mülkiyyətçilərə 10 minlərlə tut tingləri paylanıb. 2005-2006-cı illərdə Yuxarı Seyidlər, Körpükənd, Təzəkənd, Çallı, Gəlmə kəndlərındə qurdun dirildilməsi üçün nəzərdə tutulan inkubasiya kameraları yaradılıb. Hazırda rayonda baramaçılığın inkişafını "Şəki-ipək" ATSC həyata keçirir.

 

Zərdabda heyvandarlığın və quşçuluğun inkişafı diqqət mərkəzindədir

 

Dövlət Proqramının icra edildiyi zaman kəsiyində rayonda heyvandarlığın inkişafı istiqamətində mühüm işlər görülüb. Köhnə yonca əkini sahələri ilə yanaşı, yeni yonca əkini sahələri də yaradılıb. Bu baxımdan, yonca əkini sahələrı 1,8 dəfə artıb. Qaba yem tədarükü 2008-ci ildə 102304 tona çatdırılıb. Heyvandarlığın inkişaf etdirilməsi və örüş sahələrinin artırılması məqsədilə 19867 ha qış otlaq sahəsi 2006-cı ildən istifadəyə qaytarılıb. Qış otlaq sahəsi heyvandarlıqla məşğul olan mülkiyyətçilərə icarəyə verilir. Hesabat dövrü ərzində süd və süd məhsulları emalı zavodunun tikintisi yekunlaşıb. Rayonda iribuynuzlu və xırdabuynuzlu heyvanların artırılması istiqamətində də əsaslı işlər görülüb. 2008-ci ilin sonunda rayonda iribuynuzlu malların sayı 51935 baş, xırdabuynuzlu heyvanların sayı 104566 baş olub. Bundan əlavə rayon üzrə quşçuluq da inkişaf etdirilib. Dövr ərzində quşların sayı artırılaraq 175618 baş olub. 2004-2008-ci illərdə heyvandarlıq məhsulları istehsalının da həcmi xeyli artıb. Ət istehsalı 2620 tondan 2820 tona, süd istehsalı 20400 tondan 21600 tona, yumurta istehsalı 7300 min ədəddən 7700 min ədədə, yun istehsalı 143 tondan 155 tona çatdırılıb. Rayon Baytarlıq Diaqnostika Kabineti nəzdində bütün avadanlıq və nəqliyyat vasitələri ilə təmin olunan 4 süni mayalanma texnikifəaliyyət göstərir. 2008-ci ildə İsaqbağı bələdiyyəsi ərazisində "Namiq-S" damazlıq heyvandarlıq fermer təsərrüfatı yaradılıb. Ümumiyyətlə, son beş ildə 29 fermertəsərrüfatı yaradılıb. Əhalinin ət məhsuluna olan tələbatını ödəmək məqsədilə Zərdab şəhər mərkəzindəki ticarət mərkəzində, şəhərin 4 yol adlanan ərazisində vəPərvanlı kəndində ət kəsimi məntəqələri fəaliyyətə başlayıb.

 

 

Mövqe.- 2011.- 4 iyul.- S. 10.