Xocalı soyqırımı

 

V yazı

 

İki yük maşını meyitlə dolduruldu

 

Röyters-in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür. "Birinci dəfə 35 meyit saydım və məncə, ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi". Etnik zorakılıq iqtisadi böhran dekabrda 11 keçmiş Sovet respublikası tərəfindən yaradılmış Müstəqil Dövlətlər Birliyinin parçalanmasına səbəb ola bilər. Birlik üzv dövlətlər olan xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında uzun illərdən bəri mövcud olan etnik nifrətin qarşısında aciz qaldı. Dağlıq Qarabağdakı 4 illik müharibə 1500-2000 adamın ölümünə səbəb oldu. Keçən həftə baş verən döyüş xüsusilə dəhşətli idi. Dağlıq Qarabağın mərkəzi Stepanakert şəhərində yerləşən 366-cı alay döyüşlərin mərkəzində idi bu döyüş nəticəsində onun 3 əsgəri həlak olmuşdur. Ermənistanın paytaxtı Yerevanda parlamentdə çıxış edən prezident Levon Ter-Petrosyan Birliyin axırıncı qoşunlarının anklavdan çıxarılmasını pislədi. O, bu alayın hərbi əməliyyatlarda iştirak etmədiyini, onun yalnız vəziyyəti stabilləşdirdiyini bildirmişdir.

 

Boston Qlob, 3 mart 1992 Pol Kuin - Cac, Bakı, Azərbaycan

 

Dünən Azərbaycan erməni hərbçilərini keçən həftə kişi, qadın uşaqları Dağlıq Qarabağdakı bir şəhərdən çıxarmaqda onları qətlə yetirməkdə ittiham etdi. Azərbaycan rəsmiləri Xocalı şəhərində 1000 nəfər azərbaycanlı öldürüldüyünü qarla örtülmüş dağlardan qaçan kişi, qadın uşaqların erməni hərbçiləri tərəfindən öldürüldüyünü deyir. Erməni rəsmiləri bunları inkar edir. Hadisə yerində olan jurnalistlər qətlə yetirilmiş insanların dəqiq sayını söyləməkdə çətinlik çəkir. Ancaq Röytersin fotoqrafı iki yük maşınının azərbaycanlıların meyitləri ilə doldurulduğunu dedi. Bir rus jurnalisti isə rayonun hər yerində qırğınlar törətdiyi barədə xəbər verir. Röyters xəbər verir ki, vertolyotla bölgəyə səfər edən azərbaycanlı rəsmilər jurnalistlər başlarından vurulmuş 3 uşaq meyiti tapıblar. Ermənilərin atəş açmağı isə onlara digər meyitləri yığmağa mane olub. İşğal zamanı Xocalıda çoxlu sayda dinc əhalinin öldürülməsini təsdiq edən faktlar get-gedə artır. Azərbaycan televiziyası bazar günü Ağdam meyitxanasından qadın uşaqlar da daxil olmaqla 10 meyit göstərmişdir. Bakının əsas televiziya stansiyasının redaktoru bildirmişdir ki, indiyə qədər 180 meyit aşkar olunub. Bölgənin ətrafında uçan vertolyot çoxlu sayda meyitlər görmüşdür. BBS xəbər vermişdir ki, fransız fotoqraf 31 cənazə saymışdır. O bildirmişdir ki, içərisində qadın uşaqlar olan meyitlərin çoxu yaxın məsafədən başlarından güllə ilə vurulmuşdur. Bu arada Xocalı icra hakimi Elman Məmmədov Bakıda mətbuat konfransında bildirmişdir ki, hücum zamanı 1000 adam öldürülmüş, 200-dən artıq itkin düşmüş, 300 əsir götürülmüş, 200 nəfər yaralanmışdır. Məmmədov 366-cı alayı hücuma başçılıq etməkdə erməni quldurlarına yol açmaqda ittiham edir.

 

Eyc, Melburn, 6 mart 1992 Elen VOMAK, Ağdam, Azərbaycan, çərşənbə axşamı

 

Şəhidlərin dəqiq sayı hələ məlum olmasa da, ötən həftə Ermənistan ordusunun Dağlıq Qarabağın qarlı dağlarında dinc azərbaycanlılara qarşı soyqırım törətdiyi ehtimal olunur. Anklavın Azərbaycan şəhəri Ağdamla sərhəddə yerləşən Xocalı şəhərindən olan qaçqınlar fevralın 25-i gecə ermənilər tərəfindən onların evlərinə edilən hücumu təsdiq edən külli miqdarda faktlar söyləyir. Onlar bildirirlər ki, ermənilər onları qaçmağa məcbur etmiş ətrafdakı meşələrdə güllələmişdir. Dünən mən qəbiristanlıqların birində təzə qazılmış 75 qəbir gördüm. Ondan bir gün əvvəl isə Ağdam məscidində deşik-deşik olunmuş 4 meyit görmüşdük. Biz həmçinin vaqonlardan ibarət olan müvəqqəti xəstəxanalarda güllə yaraları almış qadın uşaqları gördük. Əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Azərbaycan qəsəbəsi Xocalının əhalisi təxminən 6000 nəfərdir. Ağdamın polis komandiri Rəşid Məmmədov Ağdama yalnız 500 nəfərin qaçdığını dedi. "Bəs qalanları hanı?" deyən cənab Məmmədov onların əsir götürüldüyünü, yaxud qaçdıqlarını dedi. Çoxları hələ dağlardadır, çünki vertolyot yoxdur. O, onların bəzilərinin mənfi 10 dərəcə soyuqdan donduğunu bildirdi. Azərilər silahlanmış erməniləri gördükdə başa düşdülər ki, özlərini müdafiə edə bilməyəcəklər meşələrə qaçdılar. Bir neçə saatdan sonra soyqırım başlandı. Cənab Nasir arvadının iki uşağının əsir götürüldüyünü güman edir. Digər qaçqınlar kimi, o da keçmiş Sovet ordusunun Xocalıya hücum etməkdə ermənilərə kömək etdiyini dedi: "Bu mənim fikrim deyil, gözlərimlə gördüklərimdir".

 

Nyu-York Tayms, 6 mart 1992

 

 

AZƏRBAYCANDA VİDA MƏRASİMİ

 

"Azərbaycanın Ağdam şəhərindəki qəbiristanlıqda ermənilərin Dağlıq Qarabağda törətdiyi soyqırım qurbanları dəfn olunan zaman onların ailə üzvləri dostları matəm içindədir. Çingiz İsgəndərov qardaşının cənazəsi olan tabutu qucaqlamışdı. Cənazənin üstündə isə Quranın surəti var idi.

 

Vaşinqton Post, 6 mart 1992

 

 

SON VİDALAŞMA

 

"Dünən azərbaycanlıların qəbiristanlığında Dağlıq Qarabağda ermənilər tərəfindən öldürülmüş qurbanlar dəfn olunarkən onların qohumları kədər içində idi. Çingiz İsgəndərov qardaşının cənazəsi olan tabutu qucaqlayıb ağlayırdı".

Sandey Tayms, 8 mart 1992 Tomas Qolts erməni əsgərlərinin törətdiyi soyqırım haqqında Ağdamdan ilk olaraq xəbər verir

Xocalı qeyri-məhsuldar bir Azərbaycan şəhəri idi. Burada mağazalar bomboş, yollar çirkli idi. Heç bir yaşıllıq isə yox idi. Bu o zaman idi ki, burada minlərlə azərbaycanlı öz xoşbəxt həyatını yaşayırdı. Ötən həftə o, xəritədən silindi. Ağdam meyitxanaları meyitlərlə dolan zaman Xocalı onun ətrafında Sovet İttifaqı dağılandan bəri ən dəhşətli soyqırımın baş verdiyi güman olunur. Mən Xocalıya səfər edən sonuncu qərbli idim. Bu, yanvarda baş vermişdi. Dörd uşaq anası Zümrüd bizi şəhərə gətirən vertolyotda idi. O dedi ki, camaat oturub öz ölümünü gözləyir. O ailə üzvləri fevralın 26-da ermənilərin törətdiyi qırğının qurbanları arasında idilər. Beş övlad atası 55 yaşlı Balakişi Sadıqov dedi: "Ermənilər uzaq kəndlərin hamısını bir-bir işğal etdilər, hökumət isə heç etmədi". Onun həyat yoldaşı Dilbər isə dedi ki, indi onlar bizi buradan çıxaracaq, yaxud da öldürəcəklər. Onların üç oğlu iki qızı qırğın zamanı öldürülmüşdü. "Biz ermənilərin mövqelərinə çox yaxın idik, amma oranı keçməli idik. Güllələr hər tərəfdən yağış kimi yağdırılırdı. Biz, sadəcə, tələyə düşmüşdük". Azərbaycanlılar bir-bir qətlə yetirilirdi. Sağ qalanların söylədiklərinə görə, görmədikləri halda ermənilər tərpənən hər bir şeyə atəş açırdılar. Bir azəri operatoru ağlaya-ağlaya hər bir meyiti lentə almışdı. Onun çəkdiyi kadrlardan birində azərbaycanlıların ermənilərdən qaçaraq sığınacaq tapdığı ağaclıq göstərilmişdi. Burada insan meyitləri təpə əmələ gətirmişdi. Ağdam xəstəxanasına gətirilmiş Ömər Veysəlov dedi: "Ermənilər dayanmadan atırdılar. Mənim arvadım qızım, düz, yanımda öldürüldülər". Hospitalın dəhlizlərində gəzən adamlar öz yaxınlarından bir xəbər axtarırdılar. Bəziləri öz qəzəbini əcnəbilərin üstünə tökürdü. Bir ana bağırırdı: "Hanı mənim qızım, hanı mənim oğlum? Zorlanıb. Öldürülüb. İtib".

 

Mond, Paris, 14 mart 1992

 

 

Ağdamda olan əcnəbi jurnalist öldürülmüş adamlar arasında başlarının dərisi soyulmuş qadın uşaqları görüb. Onların dırnaqları çıxarılmışdı. O, bunun "Azərbaycan təbliğatı" deyil, reallıq olduğunu yazır.

 

Nyusuik, 16 mart 1992

 

 

SOYQIRIMIN ÜZÜ

 

Paskal Priva Stiv Vən, Moskva

 

Ötən həftə Azərbaycan yenidən qəbiristanlığa dönmüşdü: matəm içində olan qaçqınlar onlarla insan meyiti məscidin arxasında müvəqqəti meyitxana yaratmışdı. Onlar fevralın 25-i 26-sı ermənilər tərəfindən darmadağın edilmiş Xocalıdan olan sadə azəri kişi, qadın uşaqları idi. Onların çoxu qaçan zaman yaxın məsafədən vurulmuşdu, bəzilərinin üzləri dağıdılmış, başlarının dərisi soyulmuşdu.

 

Analitik qrup

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Mövqe.- 2011.- 2 mart.- S. 10.