Şamaxı mədəni-intellektual intibah yolundadır

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində həyata keçirilən səmərəli tədbirlər nəticəsində 2009-cu ildə Şamaxıda təhsil mədəniyyət müəssisələrinin maddi-texniki bazası, infrastrukturu ilə şəraiti əsaslı şəkildə müasirləşib. 2009-cu ildə rayonda təhsil, səhiyyə mədəniyyət müəssisələrinin inkişafı, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin səviyyəsinin yaxşılaşdırılması istiqamətində bir sıra nailiyyətlər qazanılıb.

Hesabat ilində rayonda 72 ümumtəhsil məktəbi (51 orta, 17 əsas 4 ibtidai), 5 məktəbdənkənar 22 məktəbəqədər tərbiyə müəssisələri fəaliyyət göstərib. Ümumtəhsil məktəblərində 1909 nəfər müəllim işləyib, 12088 nəfər şagird təhsil alır. 2009-cu ildə uşaqların məktəbli formasına keçmək sahəsində xeyli işlər görülüb. Şəhər 3 saylı məktəb üçün 640 yerlik, şəhər 2 saylı orta məktəbdə 600 şagird yerlik 30 sinif otağı, şəhər 1 saylı məktəbdə 300 şagird yerlik 15 sinif otağı tikilib istifadəyə verilib. 1 saylı təhsil ocağının mövcud binası idman zalı əsaslı təmir olunub. Əngəxaran kənd orta məktəbi üçün 160 yerlik yeni məktəb binası tikilib. Hazırda Dədəgünəş kənd məktəbi üçün 80 yerlik yeni binaların tikintisi davam etdirilir.

Rayonun ümumtəhsil məktəblərinin kompüterlə təmini prosesi başa çatdırılıb. 2009-cu ildə 300 dəst parta, 120 ədəd müəllim masası, 350 ədəd müəllim stolu, 50 ədəd yazı lövhəsi, 55 ədəd kitab şkafı gətirilərək məktəblərə paylanılıb. 2009-cu ildə Şamaxı rayonunun ümumtəhsil məktəblərinin on birinci sinfini 767 nəfər gənc bitirib. Mərkəzləşdirilmiş qaydada aparılan test imtahanları zamanı onlardan 525 nəfəri attestat almağa nail olub. Rayon üzrə 332 nəfər məzun isə respublikanın müxtəlif ali məktəblərinə daxil olmaq üçün test imtahanlarında iştirak edib. Respublikanın müxtəlif ali məktəblərinə 69 nəfər qəbul olunub, onlardan 4 nəfəri 600-dən, 12 nəfəri isə 500-dən yuxarı bal toplayıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, texniki-humanitar təbiət fənləri təmayüllü liseyin müəllimi Həbibə Eldarova "İlin müəllimi" müsabiqəsinin qalibi olub. Şəhər 9 saylı orta məktəbin müəllimi Əbülfəs Sadayev "Əməkdar müəllim" adına Göylər kənd 2 saylı orta məktəbin direktoru Pünhan Mikayılov "Tərəqqi" medalına layiq görülüblər. Eyni zamanda 2008-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının direktoru Mayıl Alıcanov "Əməkdar müəllim" adı həmin ali məktəbin professoru Seyfəddin Qəniyev "Tərəqqi" medalı ilə təltif olunublar.

Ali məktəblərə qəbul faizi şəhər təhsil müəssisələrində, xüsusilə 1,2,5,6,9 saylı məktəblərdə daha yüksək olub. Bununla belə təhsil sahəsində nöqsanlar da qeydə alınıb. Bir sıra məktəblərdə nizam-intizam zəif, uşaqların dərsə davamiyyəti isə qeyri-qənaətbəxş olub. Tədrisin keyfiyyəti lazımi səviyyədə olmayıb, bir çox ixtisaslar üzrə müəllim çatışmazlığı hiss olunub. Həmin səbəbdəndir ki, bir sıra məktəblərdə, o cümlədən Qızmeydan, İkinci Cabanı, Quşçu, Bağırlı, Hacıqədirli, Adnalı, Kərkənc, Şirvan, Qurdtəpə s. kənd orta məktəblərini bitirmiş məzunların heç biri ali məktəblərə daxil olmayıb.

Məktəbəqədər müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərən amillərdəndir. 2009-cu ildə şəhər 5 saylı, İkinci Cabanı Kiçik Xınıslı kənd bağçalarına yeni inventar avadanlıqlar verilib. Bununla belə, uşaq bağçalarında davamiyyət aşağı səviyyədə olub.

Rayon mərkəzi xəstəxanasının əsaslı təmir olunaraq istifadəyə verilməsi nəticəsində 2009-cu il ərzində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlib. Bundan əlavə, poliklinika binası əsaslı təmir olunub, yoluxucu xəstəliklər şöbəsi üçün yeni bina tikilib, hər iki səhiyyə müəssisəsi müasir tibb avadanlıqları ilə təchiz olunub. Səhiyyə sahəsində əhaliyə 345 çarpayılıq rayon mərkəzi, 25 çarpayılıq Göylər kənd 35 çarpayılıq Sabir qəsəbə xəstəxanaları xidmət göstərib. Bundan əlavə, rayonun kənd qəsəbələrində 16 həkim ambulatoriyası 22 feldşer-mama məntəqəsi olub.

2009-cu ildə rayonda mədəniyyət sahəsinə diqqət daha çox olub. Şamaxıda 9 mədəniyyət evi, 28 klub, 54 kitabxana, 3 muzey, incəsənət musiqi məktəbləri, rəsm qalereyası fəaliyyət göstərib. Ulu öndərin adını daşıyan mərkəz istifadəyə verilib burada ümummilli lider Heydər Əliyevin həyat fəaliyyəti, həmçinin Şamaxı rayonuna tarixi səfərləri ilə bağlı qiymətli sənədlər toplanıb. Eyni zamanda burada multi-media, foto, rəsm dərnəkləri, elektron kitabxana, kompyuter mərkəzi, konfrans zalları s. fəaliyyət göstərir.

Şamaxı Azərbaycanın qədim elm mədəniyyət mərkəzlərindən biri olsa da 1947-ci ildən fəaliyyətə başlayan Tarix-diyarşünaslıq muzeyi bərbad vəziyyətdə idi. 2009-cu ildə həmin muzeyin binası əsaslı təmir edilib, eksponatlar müasir standartlara uyğun bərpa olunub. Muzey haqqında Azərbaycan ingilis dillərində nəfis şəkildə bələdçi kitabı hazırlanıb, onun ərazisində yenidənqurma işləri aparılaraq orada Şamaxının 12 tanınmış şəxsiyyətlərinin büstləri qoyulub. Keçən il dövlət bayramları, tarixi hadisələr təntənəli şəkildə qeyd edilib, bir sıra maraqlı tədbirlər keçirilib. Bu baxımdan Mirzə Bilal günləri çərçivəsində keçirilən saz-söz bayramını minlərlə insanın iştirak etdiyi Novruz el şənliklərini, Yeni il bayramlarını xüsusi qeyd etmək lazımdır.

Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına uyğun olaraq rayon mərkəzi kitabxanasına 54400 nüsxədən artıq kitab hədiyyə edilib, orada kitabxana informasiya mərkəzi yaradılıb, həmin mərkəzdə elektron kataloq quraşdırılıb.

2009-cu ildə mədəniyyət sahəsində ən yaddaqalan hadisə Şamaxı uşaq incəsənət məktəbinin 4 nəfər şagirdinin rəsmlərinin Yunanıstanın Xanti bələdiyyəsi tərəfindən keçirilən dördüncü müsabiqədə iştirak etməsi olub. Sülh mövzusu ilə bağlı keçirilən müsabiqədə Şamaxıdan iştirak edən 3 nəfərin birinci yeri, 1 nəfərin isə üçüncü yeri tutması rayonun mədəniyyət sahəsində hələ böyük potensiala malik olduğunu göstərir.

2009-cu ildə rayon gənclər idman idarəsi Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) rayonda yeniyetmələr gənclər arasında icrasını nəzarətdə saxlayıb. Ümumilikdə 2009-cu ildə rayon gənclər idman idarəsi tərəfindən 50-dən çox müxtəlif tədbirlər keçirilib, bu tədbirlərdə 5818 nəfər yeniyetmə gənc iştirak edib.

2009-cu ildə bədən tərbiyəsi idman sahəsində xeyli görülüb bir sıra nailiyyətlər qazanılıb. İdmanın sərbəst güləş, cüdo, sambo, şahmat növləri üzrə Şamaxı idmançıları respublika birincilik çempionatlarında iştirak edərək mükafata layiq yer tutublar. İdmanın digər növləri üzrə keçirilən respublika birinciliklərində çempionatlarında Şamaxı idmançıları layiqincə iştirak edərək mükafata layiq yerlər tutublar.

Rayonda fəaliyyət göstərən dini qurumların da işi daimi diqqət mərkəzində saxlanılıb. Mövcud olan 15 dini icmanın fəaliyyətinin "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun yerinə yetirilməsi təmin edilib. Rayonda rusdilli əhali yaşayan 4 kənddə, o cümlədən Çuxuryurd, Nağaraxana, Cabanı Qızmeydan kəndlərində xristian dini icmaları da fəaliyyət göstərir. Dini icma, təriqət etiqad müxtəlifliyinə baxmayaraq Şamaxı rayonu ərazisində fəaliyyət göstərən dini qurumların bir-birinə münasibəti normaldır qarşılıqlı mehribanlıq şəraitində fəaliyyətlərini davam etdirirlər.

2009-cu il ərzində Şamaxı rayonundan 639 nəfər çağırışçı respublikamızın silahlı qüvvələri sırasına həqiqi hərbi xidmətə yola salınıb. Çağırışçıların xidmət edəcəkləri hərbi hissələrə təntənəli surətdə yola salınması məqsədilə rayon icra hakimiyyəti hərbi komissarlıqla birlikdə tədbirlər keçiriblər. Rayonda həqiqi hərbi xidmətə çağırışdan yayınma halları olmayıb.

İşdə olan çatışmazlıqların operativ qaydada aradan qaldırılmasına əməli köməklik göstərmək məqsədilə RİH başçısının səyyar qəbullarının və görüşlərinin keçirilməsi təşkil olunub, vətəndaşların ərizə şikayət və müraciətləri dinlənilib, onların həlli nəzarətə götürülüb. Hesabat dövründə Əsasnaməyə uyğun olaraq 24 şura iclası keçirilmiş, həmin iclaslarda rayonun sosial-iqtisadi, mədəni həyatı ilə bağlı 40 məsələ müzakirə olunub. Həmçinin ayda 2 dəfə "Nümayəndəlik günü" keçirilib, görülmüş işlər və yol verilmiş nöqsanlar işgüzar şəraitdə müzakirə edilib, onların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Tərlan Nəsirli

 

Bakı-Şamaxı-Bakı

 

Mövqe.- 2012.- 5 aprel.- S. 10.