Hacıqabulda gənc nəslin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilir

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində son illər Hacıqabul rayonunda gənc nəslin fiziki-mənəvi tərbiyəsi işinin səmərəli təşkili istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, gənclərin zəngin potensialının üzə çıxarılması istiqamətində müxtəlif layihələr həyata keçirilib. Əlamətdar günlərdə gənclərin iştirakı ilə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub. 2011-ci ildə gənclər və idman sahəsində həyata keçirilən tədbirlər xüsusilə diqqət çəkir.

14-16 fevral 2011-ci il tarixdə şəhər 8 saylı orta məktəbdə 1996-1997-ci il təvəllüdlü oğlanlar arasında voleybol üzrə şəhər birinciliyi keçirilib. Birincilikdə səkkiz komanda, ümumilikdə 96 idmançı iştirak edib, I yerə şəhər 5 saylı məktəbin komandası, II yerə şəhər 9 saylı orta məktəbin komandası, III yerə isə şəhər 3 saylı orta məktəbin komandası layiq görülüb. 21-23 fevral 2011-ci il tarixdə şəhər 5 saylı orta məktəbdə 1996-1997-ci il təvəllüdlü qızlar arasında voleybol idman növü üzrə şəhər birinciliyi keçirilib. Birincilikdə 8 komanda, ümumilikdə isə 86 idmançı iştirak edib. Birinciliyin yekununa əsasən, I yerə şəhər 5 saylı orta məktəbin komandası, II yerə şəhər 9 saylı orta məktəbin komandası, III yerə isə şəhər 2 saylı orta məktəbin komandası layiq görülüb.

5 mart - Bədən tərbiyəsi və idman günü münasibəti ilə rayonda yunan-roma güləşi üzrə qruplararası birincilik keçirilib, yarışda 70 idmançı iştirak edib. I, II, III yerləri tutan idmançılara Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr və diplomlar təqdim olunub. Həmin gün eyni zamanda şəhər 1 saylı orta məktəbin idman zalında rayonun idman ictimaiyyəti ilə toplantı keçirilib. Toplantıda rayonun idman sahəsində nailiyyətlər əldə etmiş idmançılarına Gənclər və İdman İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri verilib.

Bundan başqa, 19 mart 2011-ci il tarixdə Heydər Əliyev muzeyinin qarşısında "Novruz" Beynəlxalq Milli bayram şənliyi keçirilib. Şənlikdə rayonun bütün idman növləri üzrə 100 nəfərə yaxın idmançısı iştirak edib. Onlar məşğul olduqları idman növləri üzrə nümunəvi çıxışlar ediblər. Tədbirə qatılan rayon sakinlərinin bayram istirahətini daha da şən və mənalı keçirmələri üçün lazımi şərait yaradılıb.

22-23 aprel 2011-ci il tarixdə şəhər 6 saylı orta məktəbdə futbol üzrə şəhər birinciliyi keçirilib. Birincilikdə səkkiz məktəb komandasının 128 idmançısı iştirak edib. Maraqlı və gərgin yarışmaların yekununda şəhər 1 saylı məktəb komandası I yerə, şəhər 5 saylı məktəbin komandası II yerə, şəhər və şəhər 4 saylı məktəblərin komandası III yerə layiq görülüb.

25-26 aprel 2011-ci il tarixində şəhər 6 saylı orta məktəbdə voleybol üzrə şəhər birinciliyi keçirilib. Birincilikdə yeddi məktəb komandasının 84 idmançısı iştirak edib. Maraqlı yarışmaların yekununda şəhər 9 saylı məktəbin komandası I yerə, şəhər 5 saylı məktəbin komandası II yerə, şəhər 4 saylı məktəbin komandası III yerə layiq görülüb. Hər iki idman növü üzrə yarışmalarda qalib komandalara rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr verilib.

02-09 may 2011-ci il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə şahmat üzrə şəhər birinciliyi keçirilib. Birincilik üç yaş (8, 10-11, 13) qrupu üzrə keçirilib. Yarışda hər üç yaş qrupu üzrə I, II və III yerləri tutmuş qaliblərə rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr verilib.

26-27 may 2011-ci il tarixdə şəhər 6 saylı məktəbdə ümumtəhsil orta məktəb komandaları arasında "28 May Respublika Günü"nə həsr edilmiş futbol üzrə şəhər birinciliyi keçirilib. Birincilikdə 8 məktəb komandasının 128 idmançısı iştirak edib. Gərgin və maraqlı yarışmanın yekununda şəhər 8 saylı məktəbin komandası I yerə, şəhər 6 saylı məktəbin komandası II yerə, şəhər 2 saylı məktəbin komandası III yerə layiq görülüb. Yekunda qalib komandalara rayon Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri təqdim edilib.

04-06 oktyabr 2011-ci il tarixində şəhər 8 saylı Humanitar Təmayüllü Məktəb-liseyin idman zalında "İnkişaf kuboku-2011" voleybol idman növü üzrə Respublika Birinciliyinin rayon birinciliyi keçirilib. Birincilikdə I yerə Hacıqabul şəhər 5 saylı, II yerə 8 saylı Humanitar Təmayüllü məktəb-liseyin, III yerə isə şəhər 9 saylı tam orta məktəblərin komandaları layiq görülüblər.

10-12 oktyabr 2011-ci il tarixdə şəhər 7 saylı tam orta məktəbin futbol meydançasında ümumtəhsil məktəblərin komandaları arasında futbol üzrə şəhər birinciliyi keçirilib. Birincilikdə I yerə 8 saylı Humanitar Təmayüllü məktəb liseyin komandası, II yerə 6 saylı, III yerə isə 2 saylı tam orta məktəbin komandaları layiq görülüblər.

19 oktyabr 2011-ci il tarixində ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri arasında "Şən startlar" əyləncəli idman yarışları keçirilib. Yarışda 96 nəfər şagird iştirak edib. Maraqlı və gərgin yarışmaların yekununda şəhər 9 saylı tam orta məktəbin komandası I yerə, şəhər 4 saylı tam orta məktəbin komandası II yerə, şəhər 5 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüblər. Qalib komandalara Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr təqdim olunub.

14 noyabr 2011-ci il tarixində "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib. Birincilikdə 80 nəfər yeniyetmə idmançı iştirak edib. Yarışın sonunda şəhər 8 saylı Humanitar Təmayüllü məktəb-liseyin komandası I yerə, şəhər 6 saylı tam orta məktəbin komandası II yerə, şəhər 2 saylı tam orta məktəbin komandası III yerə layiq görülüb. Qalib komandalara Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr təqdim olunub.

Ümumilikdə, rayon Gənclər və İdman İdarəsi tərəfindən 2011-ci il ərzində idman sahəsi üzrə 16 tədbir keçirilib, bu tədbirlərdə 1402 nəfər iştirak edib. Bundan başqa, rayon idmançıları respublika miqyaslı yarışlarda da fəal iştirak ediblər. 14 mart 2011-ci il tarixdə Sabirabad rayonunda "Cəsurlar" hərbi-idman və turizm oyunlarının zona birinciliyi keçirilib. Zona da rayon komandası II yerə layiq görülərək final yarışına vəsiqə qazanıb.

25 mart 2011-ci il tarixində Saatlı rayonunda "Xəmsə" Milli İntellektual oyunu üzrə V Respublika çempionatı keçirilib. Çempionatda rayonun 12 nəfər idmançısı iştirak edib. 29-30 mart 2011-ci il tarixdə Bakı şəhərində "Hünər" VI Vətənpərvərlik Mahnıları Festivalı keçirilib.

13 aprel 2011-ci il tarixdə Kürdəmir rayonunda "Şahin" hərbi-idman oyununun zona birinciliyi keçirilib. Birincilikdə 20 nəfərdən ibarət rayon komandsı da iştirak edərək III yerə layiq görülüb. 07-08 iyun 2011-ci il tarixində Göyçay rayonunda 26 iyun - Narkomanlıq əleyhinə ümumdünya mübarizə günü münasibətilə "Gənclərin Saglamlıq Festivalı" keçirilib. Festivalda rayonun 12 nəfərdən ibarət gəal gənci də iştirak edib.

23 sentyabr 2011-ci il tarixində Sabirabad rayonunda Aran zonası üzrə "Azərbaycan Respublikasının İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət (2009-2013-cü illər) Planına"na həsr olunmuş zona seminar-müşavirəsi keçirilib. Müşavirədə rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və rayonun fəal gəncləri iştirak ediblər.

25 oktyabr 2011-ci il tarixdə Bakı şəhərində Heydər Əliyev adına Sarayda Azərbaycan Gənclərinin VI Forumunun yekun iclası keçirilib. Forumda rayonun 10 nəfər fəal gənci də iştirak edib. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ilə bağlı 23-26 dekabr 2011-ci il tarixdə Quba rayonunda "Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafına dəstək" adlı qış məktəbi keçirilib. Qış məktəbində rayonun 14 nəfər istedadlı gənci iştirak edib.

Bundan başqa, əlamətdar tarixi günlərlə bağlı tədbirlərin həyata keçirilməsi də diqqət mərkəzində olub. 2 fevral 2011-ci il tarixdə "Aynur" şadlıq sarayında "Gənclər günü"nə həsr olunmuş musiqili-əyləncəli tədbir keçirilib. Tədbirdə rayonun bir qrup fəal gəncinə rayon rəhbərliyinin fəxri fərmanı və qiymətli hədiyyələri təqdim olunub. 17 fevral 2011-ci il tarixdə yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi və rayon şəhidlərinin anılması münasibətilə şəhid Fərhad Əlihüseyn oğlu Süleymanovun şəhər 3 saylı orta məktəbdə ucaldılmış büstü qarşısında anım mərasimi keçirilib. Mərasimdə Gənclər və İdman İdarəsinin, Hərbi Komissarlığın, İnzibati Ərazi Vahidliyinin, Qarabağ Veteranları və Əlilləri Cəmiyyətinin, "Hacıqabul" qəzeti redaksiyasının, Pir Hüseyn Tarix Memarlıq Qoruğunun, Təhsil şöbəsinin əməkdaşları, şəhidin anası, yaxınları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Bundan başqa, yeniyetmə və gənclərin fiziki hazırlığının yüksəldilməsi və orduya yüksək səviyyədə hazırlanması məqsədilə "Cəsurlar" hərbi-idman və turizm oyunlarının rayon birinciliyi keçirilib.

 

(ardı var)

 

 

Tərlan Nəsirli

Bakı-Hacıqabul-Bakı

 

Mövqe.- 2012.- 28 yanvar.- S. 10.