Şəmkir: dinamik tərəqqinin böyük uğurları

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

Bəşəriyyətin inkişaf yolu belə bir həqiqəti tam şəkildə sübuta yetirib ki, bütün əsas sahələr üzrə dinamik yüksəlişi şərtləndirən başlıca məqam sosial-iqtisadi tərəqqi amili ilə üzvi surətdə bağlıdır. Yəni, iqtisadi tərrəqi digər sahələrdə inkişafın yaşanmasının başlıca meyarı kimi çıxış edir. Müasir Azərbaycanın da sürətli templər üzərində köklənən inkişafının əsas özüllərindən birini məhz ölkəmizin yüksək dinamizmə əsaslanan iqtisadi tərəqqi təşkil edir.

Bu iqtisadi tərəqqi Azərbaycanın inkişafınını kompleks xarakter almasını təmin etməklə bərabər, onu həm də yeni keyfiyyət mərhələsinə yüksəldib.

Yaşanan bu kompleks inkişafın əsas ünvanlarından biri də Şəmkirdir. Ötən ilin sosial-iqtisadi yekunları da bunun real təsdiqi kimi çıxış edir. Belə ki, Şəmkir rayonunda 2012-ci ildə bütün sahələrdə nailiyyətlər əldə olunub. Azərbaycan Respublikası regionlarının (2009-2013-cü illər) sosial-iqtisadi inkişafı Dövlət Proqramında Şəmkir rayonu üzrə nəzərdə tutulmuş 17 tədbirdən 15-nin icrası ilə bağlı işlər davam etdirilir.

2012-ci ildə rayonda 572 milyon 544 min manatlıq, 2011-ci ilə nisbətən 28.9 faiz çox ümumi məhsul buraxılıb, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 21.8 faiz artaraq 2841 manat təşkil edib. Sənaye müəssisələrində 19 milyon 632 min manatlıq, kənd təsərrüfatında 226 milyon 167 min manatlıq, tikinti quraşdırma sahəsində 245 milyon 100 min manatlıq məhsul buraxılıb. Pullu xidmətlərin həcmi 16.7 faiz artaraq 64 milyon 840 min manat, əmtəə dövriyyəsinin həcmi 15.3 faiz artaraq 234 milyon 900 manat olub.

İl ərzində 602 fərdi yaşayış evi tikilib istifadəyə verilib, əsas kapitala 278 milyon 951 min manat investisiya qoyulub. Rayonda 5247 yeri açılıb ki, onun da 874 daimi yeri olub. Son dörd ildə (2009-2012-ci illər) 11513 yeri, o cümlədən 2980 daimi yeri yaradılıb. Rayonun maliyyə sistemində davamlı tədbirlər həyata keçirilib, 2012-ci il üçün yerli gəlir xərclər 33 milyon 358 min 571 manat proqnozlaşdırılıb. Yerli gəlirlərin proqnoz tapşırığı 6 milyon 946 min 400 manat ya 111 faiz yerinə yetirilib.

Azərbaycan Respublikasının Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramına (2011-2015-ci illər) uyğun olaraq rayonda yaşayan işsiz əhalinin daimi müvəqqəti işlə təmin olunmaları ilə bağlı bir sıra tədbirlər görülüb. "Ünvanlı Dövlət Sosial yardımı haqqındaAzərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli fərmanına uyğun olaraq yoxsulluq həddindən aşağı səviyyədə yaşayan 3179 ailənin 14 min 823 nəfər üzvünə ünvanlı sosial yardım verilib.

Hesabat dövründə rayon üzrə 79 ümumtəhsil məktəbi (68 tam orta, 10 orta 1 ibtidai), 53 məktəbəqədər, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. Azərbaycanın ümumtəhsil sistemində başlanılan uğurla davam etdirilən islahatlar rayonun təhsil müəssisələrində təlim tədris prosesinin inkişafına təkan verib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq rayonun ümumtəhsil məktəblərinin maddi- texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilib. Son illər ərzində rayonun ümumtəhsil məktəblərindən 62-si yenidən tikilib əsaslı təmir olunub. Yeni tikilmiş 24 məktəb binasından 6-sı Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilib.

2012-ci ildə Abbaslı kəndində 480 şagird yerlik, Şeidlər kəndində 180 şagird yerlik, Ceyrançöl kənd orta məktəbi üçün 80 şagird yerlik, Düyərli kəndində 2 nömrəli orta məktəbin əsaslı təmiri 480 şagird yerlik yeni korpusun tikintisi, Günəşli kənd orta məktəbin binasının əsaslı təmiri başa çatdırılaraq şagirdlərin ixtiyarına verilib. Sabirkənd kəndində 960 şagird yerlik, Zəyəm qəsəbəsində 480 şagird yerlik, Qasım İsmayılov kəndində 360 şagird yerlik, Seyfəli kəndində 360 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir, Dağ Cəyir Yeni Göyçə kənd orta məktəblərinin binalarının bərpa-gücləndirmə işləri ilə bağlı lahiyə smeta sənədləri hazırlanır. Rayonun yeni istifadəyə verilmiş məktəblərinə 25 ədəd kompüter, 19 ədəd noutbook, 20 ədəd proyektor 25 ədəd printer verilib.

Rayonun səhiyyə sistemində 11 xəstəxana, 32 həkim məntəqəsi, 27 tibb məntəqəsi, 1 təcili təxirəsalınmaz tibbi yardım stansiyası, 1 stamotoloji poliklinika Gigiyena Epidemiologiya mərkəzi əhaliyə tibbi xidmət göstərib. İxtisaslaşmış tibb heyətinin köməyi ilə bir sıra xəstəliklərin müalicəsi rayon daxilində həyata keçirilir. Ətraf rayonlardan olan xəstələrin əksəriyyəti Şəmkir rayonunun səhiyyə müəssisələrində müalicə olunur. Rayonun Ələsgərli kəndində yeni həkim məntəqəsinin tikintisi həyata keçrilib. 2013-cü ildə rayonda 150 çarpayılıq doğum evinin, poliklinika binasının tikintisi, yoluxucu xəstəliklər xəstəxanasının Kür qəsəbə xəstəxanasının əsaslı təmiri nəzərdə tutulub. Hesabat dövründə rayonun mədəniyyət sahəsində 29 mədəniyyət evi, 29 klub, 73 kitabxana, 1 uşaq musiqi məktəbi, 2 muzey Heydər Əliyev mərkəzi fəaliyyət göstərib. Mədəniyyət Turizm şöbəsi tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyəti normal təşkil olunub, əhaliyə göstərilən mədəni xidmətin keyfiyyəti xeyli yaxşılaşıb. Rayon ərazisində yerləşən tarix mədəniyyət abidələrinin öyrənilməsi, qorunması bərpası ilə bağlı tədbirlər davam etdirilib. Muxtariyyat kəndi yaxınlığında yerləşən qədim Şəmkir qalasında Qaracəmirli kəndi yaxınlığında yerləşən yaşayış yerində konservasiya işləri davam etdirilib. Hazırda Şəmkir şəhərində 1909-cu ildə Almanlar tərəfindən tilikmiş Lüteran kilsəsində əsaslı təmir bərpa işləri aparılır.

Respublikamızda həyata keçirilən ən böyük iqtisadi layihələrdən biri olan Şəmkirçay dəryaçasının tikintisi davam etdirilib.

Ümumi su tutumu 175 milyon kub metr, bəndinin hündürlüyü 190 metr olacaq bu dəryaçanın tikintisi başa çatdıqdan sonra Şəmkir, Goranboy, Samux Göygöl rayonlarında 75 min hektar, o cümlədən Şəmkir rayonunda 41 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq.

Dəryaçadan Gəncə, Şəmkir Samux şəhərlərinə içməli su xətlərinin çəkilişi davam edir. Şəmkirçay dəryaçasından qidalandırıcı kanalın magistral kanalların çəkilişi sürətlə davam etdirilir. Kanalların qarşısında 5 7 meqovat gücündə iki hidroturbin quraşdırılacaqdır. Dəryaçanın qarşısında tikiləcək su elektrik stansiyasında 49 meqavat elektrik enerjisi istehsal olunacaqdır.

Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev Şəmkirçay dəryaçasının tikintisinin 2014-cü ildə başa çatdırılmasının vacibliyini vurğulayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 194 nömrəli sərəncamı ilə Şəmkir şəhərinin içməli su xəttinin çəkilişinə kanalizasiya sisteminin yenidən qurulmasına başlanılıb. Hazırda "Azərsutərəfindən şəhərin içməli su təchizatı sisteminin yenidən qurulması işləri davam etdirilir. Sərxan massivində ümumi su tutumu 11 min kub metr olan 4 su anbarının tikintisi başa çatdırılıb.

Bundan başqa Şəmkirçay dəryaçasından gələn suyu qəbul etmək üçün Şəmkir şəhərində su tutumu 3 min kub metr olan anbarın tikintisi nəzərdə tutulub. "Akkordşirkəti tərəfindən Şəmkir şəhərinə içməli su xəttinin şəhərin kanalizasiya xətlərinin çəkilişi davam edir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2012-ci il tarixli sərəncamına uyğun olaraq Bakı-Qazax magistral avtomobil yolundan Kür qəsəbəsinə gedən 12 km-lik yolun tikintisinə üç milyon manat vəsait ayrılmışdır. "Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yolun tikintisi başa çatdırılıb. Şəmkir şəhərinin mərkəzində avtomobillərin hərəkətinin intensivliyini azaltmaq məqsədilə şəhər ətrafından keçən 9.7 km-lik dairəvi (Şəmkir-Gədəbəy) yolun tikintisi başa çatdırılıb. Rayonda geniş quruculuq abadlıq işləri aparılır.

Şəmkir şəhərində Heydər Əliyev Mərkəzinin yeni binasının, ətrafındakı 14.5 hektar sahəsi olan parkın, gənclər mərkəzinin, bayraq meydanının ətrafda olan 4.5 hektarlıq parkın, beş mərtəbəli mehmanxana binasının, Bakı Oksford məktəbinin uşaq bağçasının abidələr parkının tikintisi davam etdirilir. Şəmkir rayonu respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir.

Rayon üzrə 181 min 610 hektar torpaq sahəsi vardır. Bundan 59 min 504 hektarı dövlət mülkiyyətində, 73 min 377 hektarı bələdiyyə mülkiyyətində, 48 min 729 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır.

Əkinə yararlı 44 min 680 hektar torpaq sahəsinin 38 min 130 hektarı suvarma suyu ilə təmin edilib. 2012-ci ildə 17 min 102 hektar sahədə taxıl əkilib. Əkilmiş sahələrdən 65 min 333 ton məhsul əldə olunub. Hər hektardan məhsuldarlıq 38,2 sentner təşkil edib. Bu respublika üzrə ən yüksək göstərici olub. Taxıl biçini optimal müddətdə itkisiz başa çatdırılıb. Bu işdə "Aqrolizinq”in Şəmkir filialının kollektivinin böyük əməyi olub. 2013-cü ilin məhsulu üçün 19 min 20 hektar sahədə taxıl səpilib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 4554 hektar ya 31.5 faiz çoxdur. Taxıl sahəsinin 5 min hektarı "Azərtoxumtərəfindən rayonun Ceyrançöl qış otlaq sahəsində əkilib. Rayonda bostan, tərəvəz meyvə istehsalında yüksək məhsuldarlıq əldə olunub. Rayonun iqtisadiyyatında xüsusi yeri olan Şəmkir Quşçuluq fabrikinin fəaliyyəti bərpa olunub.Rayon əhalisinin fasiləsiz elektrik enerjisi, təbii qaz içməli su ilə təmin olunması məqsədilə tədbirlər davam etdirilib. Digər sahələr üzrə sürətli tərəqqi qeydə alınır.

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-3 aprel.-S.10.