Regionlarda uğurlu sənayeləşmə siyasəti aparılır

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Böyük iqtisadi potensiala malik Azərbaycanda dinamik inkişaf edən sahələrdən biri də sənayedir. Ölkəmizdə istər yüngül, istərsə də ağır sənayenin sürətli tərəqqisi üçün hər cür şərait mövcuddur. Məsələn, Azərbaycanda yüngül sənaye sahəsində güclü tarixi ənənələr mövcuddur.

Zəngin yerli xammal bazasının olması, nəqliyyat daşımaları baxımından əlverişli iqtisadi-coğrafi mövqe, Mərkəzi Asiya və Xəzər regionuna birbaşa çıxış, ölkənin potensial ixrac bazarlarına yaxınlığı, Beynəıxalq Ticarət yollarının istifadəsində yaxından iştirak, bir sıra istehsalatların respublikanın kiçikorta şəhərlərində yerləşdirilməsi imkanı və ərazi ehtiyatı; dövlət mülkiyyətində olan toxuculuqtikiş müəssisələrinin əksəriyyətinin özəlləşdirilməsinin başa çatması, ölkənin enerji daşıyıcılarına malik olması bu sahənin sürtəli inkişafına ciddi təkan verir. Enyüilə ağır sənayenin inkiaşfı üçün də Azərbaycanda, həmçinin regionlarda lazımi şərait mövcuddur. Bu fonda son illər sənayenin metallurgiya sahəsində də əsaslı irəliləyişlər hiss olunur. Metallurgiya sənayesini qara və əlvan metal filizlərinin hasilatı, saflaşdırılması, habelə flüs və odadavamlı materialların istehsalı ilə məşğul olan müəssisələr, boru-prokat, alüminium, poladtökmə və təkrar emal zavodları təmsil edir. Respublikada dəmir, mis, polimetal, nadir və qiymətli metal filizləri kimi metallurgiya xammalının olması sözügedən sənaye sahəsinin inkişafına əlverişli zəmin yaradır.

Neft-qaz sənayesinin tələbatı ilə əlaqədar qara metallurgiya sənayesi zadovları əsasən Gəncə-Daşkəsən və Abşeron metallurgiya bazalarında formalaşıb. Qara metallurgiyanın əsas müəssisələrindən olan Daşkəsəndəki «Filizsaflaşdırma» ASC-nin yenidən qurulması respublikada qara metallurgiya sənayesinin inkişafında əhəmiyyətli rol oynayıb.

Dövlət proqramları çərçivəsində yüngül sənayenin inkişafı istiqamətində də mühüm addımlar atırılır. Proqramın icrası toxuculuqtikiş sənayesinin inkişafına müsbət təsirini göstərib, regionlarda çoxsaylı analoji sənaye müəssisələri fəaliyyətə başlayıb. Hazırda Azərbaycanda pambığın ilkin emalından tutmuş onun son məhsula qədər çatdırılmasını nəzərdə tutan kompleks müəssisələr mövcuddur. 19 zavodubunlara təhkim olunmuş 106 tədarük məntəqəsini özündə birləşdirən pambıqtəmizləmə sənayesinin ümumi istehsal gücü 1300 min tondur. Bundan başqa, son illərdə ölkədə barama, yun, gön-dəri və həmçinin kimyəvi liflərə əsaslanan toxuculuq müəssisələri fəaliyyətə başlayıb. Yüngül sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmış müəssisələr əsasən Bakı, Sumqayıt, Gəncə, Şəki, Yevlax şəhərlərində, eləcə də Naxçıvan MR-də fəaliyyət göstərir.

Ümumiyyətlə, regionlarin sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarında da sənayenin inkişafına xidmət edən məsələlər xüsusi diqqət mərkəzində olub. Aidiyyəti dövlət qurumlarının mütəxəssisləri bir sıra ölkələrdə, o cümlədən Türkiyə, Almaniya, Polşa, Latviya, Çin və Cənubi Koreyada olaraq bu sahədəki mövcud təcrübə ilə yaxından tanış olublar. BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO), Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) ekspertlərinin tövsiyələri nəzərə alınmaqla bu sahədə müvafiq təkliflər hazırlanıb.

Ölkəsmizdə sənayeləşmə və zəruri infarstkutur yaradılması siyasəti, bu və digər sahələrə investiyalarn cəlbi siyasəti də uğurla davam etdirilir. Birmənalı şəkildə qəbul edilmiş həqiqətdir ki, müstəqillik dövründə sənayenin inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xüsusən də 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi” neftqaz sənayesinin sürətlə inkişaf etməsinə böyük təkan verdi. Özü də Azərbaycanda təkcə hasilat yox, emal sənayesinin də ümumi iqtisadiyyatda payı əhəmiyyətli dərəcədə artmağa başladı. Bunun nəticəsi olaraq neftqaz sektoru ilə yanaşı, kimya, maşınqayrıma, qara və əlvan metallurgiya, sementbaşqa tikinti materialları, ağac və kağız məhsulları sənayesi sahələrində məcmu istehsal çoxaldı. Yüngülyeyinti sənaye məhsullarının ölkə daxilində istehsalında mühüm nailiyyətlər əldə olundu. Digər tərəfdən sənaye ilə bağlı sahələrin inkişafı da bu dövrdə özünü qabarıq şəkildə büruzə verməyə başladı. Sənayenin belə inkişafı Azərbaycanda ümumi daxili məhsulun artımında əhəmiyyətli rol oynamaqla yanaşı, işsizlik probleminin aradan qaldırılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə də öz töhfəsini verdi.

Ulu öndərin layiqti davamçı olan Prezident İlhamƏliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sənaye özünün yüksəliş mərhələsini yaşamaqda davam edir. Bu gün ölkəmizdə energetika ilə yanaşı, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələri də Azərbaycanda bu gün böyük sürətlə inkişaf etməkdədir. Konkret strategiyaproqramlarla müəyyən olunan bu inkişaf ümumi iqtisadiyyatda sənayenin çəkisinin artmasına əhəmiyyətli təsir göstərir. Bunun nəticəsidir ki, son illərdə ölkəmizdə kassa aparatlarının, mikrokalkulyatorların, telefon aparatlarının, məişət elektrik cihazlarının, plastik qapı və pəncərə bloklarının, neftin nəqli üçün xüsusi boruların və digər məhsulların istehsalı mənimsənilib, əvvəllər xarici ölkələrdən idxal olunan bir çox malların müəyyən qismi artıq Azərbaycanda istehsal olunmağa başlanıb. Həyata keçirilən "açıq qapı" siyasətinin nəticəsində isə sənayedə xarici və müştərək müəssisələrinin sayı əhəmiyyətli dərəcədə artıb, bu sahədə on minlərlə yeni yerləri açılıb.

Regionlarda sənaye obyektləriən konkret misal kimi Lənkəran konserv, Masazır Duz, «Azərsun» Holdinqin Konserv, Gədəbəydə Qızıl zavodlarını, Salyanda Plastik Kütlə Emalı ASC, Lənkəranda «Gilan Tea» çay fabriki, quşçuluq təsərrüfatları, süd emalı zavodları, qida müəssisələrini göstərmək olar. Bununla yanaşı, keçən il bir çox müəssisənin tikintisi davam etdirilmişdir. Qazax Sement Zavod, Qazobeton blokların istehsalı (Abşeron rayonu), Bentonit gili istehsalı (Qazax), kafel, metlaxbordyur istehsalı (Hacıqabul), kərpic zavodu (Neftçala), yağmarqarin istehsalı zavodu (Sumqayıt), ət məhsulları istehsal kompleksi (Abşeron), konserv zavodları ("Lənkəran”,"Qafqaz", "SAF” və s. qeyd etmək olar.

Bununla belə qeyri-neft sektorunun, o cümlədən neftdən asılı olmayan sənayenin daha da inkişafı üçün ölkədə aşağıdakı tədbirlər həyata keçirilir: restrukturizasiya və özəlləşdirmə prosesinin sürətləndirilməsi; satış bazarı olan və yenidən qurulması iqtisadi cəhətdən məqsədəuyğun olan sənaye müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi; müasir texnologiyalara əsaslanan sənaye müəssisələrində beynəlxalq standartların tətbiqinə keçidin sürətləndirilməsi; azad rəqabət mühitinin inkişaf etdirilməsi; investisiyaların təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi; ənənəvi milli sənətkarlıq sahələrinin inkişafı; elm tutumlu istehsalın inkişaf etdirilməsi məqsədilə tətbiqi elmlərin, müasir şəraitdə bazar konyunkturunun tələblərinə uyğun elmi-tətqiqat institutlarının maddi-texniki bazasının gücləndirilməsi.

Həmçinin ölkəmizdə sənaye sektorunun inkişaf etdirilməsində əsas məqsəd respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi sənayenin davamlı inkişafına nail olmaqdan ibarətdir.

Sənaye sektorunda qarşıya qoyulan əsas məqsədlərə nail olmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilir: sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; sənaye strukturunun seçilmiş inkişaf istiqamətlərinə uyğun olaraq yenidən qurulması və onun investisiya tələblərinə uyğunlaşdırılması; dövlət mülkiyyətində olanya səhmlərin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması; istehsalın texnoloji cəhətdən yenidən qurulması; investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması; güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi; vergigömrük siyasətinin təkmilləşdirilməsi, ixracın dəstəklənməsi və daxili bazarın qorunması; ixtisaslı işçi qüvvəsinin hazırlanması; sənaye şəhərciyinin yaradılması ilə rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsalların yaradılmasının təşviqi və bu sahədə regionaldünya iqtisadiyyatına inteqrasiyanın gücləndirilməsi və dünyada mövcud olan elmi-texniki innovasiya proseslərinə qatılması.

Bununla yanaşı, ölkəmizdə dinamik iqtisadi inkişafı təmin edən zəruri infrastruktur yaradılıb. Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsi fonunda infrastrukturun yenilənməsi və yenilərinin yaradılması prosesinə də ölkəmizdə daim xüsusi diqqət yetirilir. Daha bir təqdirəlayiq məqam ondan ibarətdir ki, ümumi inkişafa, sosial rifaha, əhalinin həyat şəraitinin yaxşılaşmasına xidmət edən layihələrinin icrası məqsədilə Azərbaycanın yetərli resursları mövcuddur. Belə iri infrastruktur layihələrinə isə misal olaraq Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Şimal, Cənub, Qərb nəqliyyat dəhlizləri, yol qovşaqları, Bakı-Axalkalaki-Qars dəmiryolu, Bakı Dəniz Ticarət Limanı, Kür boyu əhalinin içməli su təminatı, Samur-Abşeron su kanalı, Bərk məişət tullantılarının yandırılması zavodu, turizm infrastrukturu (Qusar), Şəmkir çay dəryaçası, Tovuzçay su anbarı, Cənub Elektrik Stansiyası (Şirvan), Biləv (Ordubad) SES-i göstərmək olar.

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-9 fevral.-S.10.