“Azərbaycan musiqisinin özəllikləri var

 

Muğam müsabiqəsinə gəlmiş qonaqlar: “Azərbaycan mədəniyyətinə valeh olmuşuq

 

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Bakıda 2013-cü il 9-19 mart tarixində "Muğam aləmi" adlı III Beynəlxalq Muğam Festivalı keçirildi. Festival çərçivəsində 15-18 mart tarixlərində beynəlxalq muğam müsabiqəsini baş tutdu. Festivalda iştirak etmək üçün Türkiyə, İran, Tacikistan, Liviya, İordaniya, Türkmənistan, Çin, Hindistan, Tunis, Misirdən və başqa ölkələrdən musiqiçilər və qruplar təşrif buyurmuşdular. Muğam müsabiqəsində iştirakçı ölkələrin nümayəndələrinin fikirlərini öyrəndik. Azərbaycan muğamı haqqında nə düşünürlər?

 

“Raqa” qrupu (Hindistan):

 

“Azərbaycanda olmaqdan böyük şərəf duyuram. Mən Hindistan ənənəvi musiqinin təmsilçisiyəm. Azərbaycana ilk səfərimizdir. Bu ölkəni çox sevdik. Cünki əhalisi çox mehribandır. Müsabiqə çox obyektiv keçirilir. Qayda qanunlar, seçimlər ədalətlidir. Vokal mərhələdə təqdim etdiyimiz kompozisiya Hind Klassik Raqasıdır. İnstrumental mərhələdə isəRaqa KirvaniRaqa Tog”u ifa edəcəyik. Bu nümunələr Cənubi Hindistanın şifahi ənənəli musiqisinə aiddir. Sizin musiqi həyəcanlıdır. Öz lirik axımlılığı ilə insan qəlbini titrədir. Muğamlarınızın gözəlliyinə sadəcə söz tapa bilmirik”.

 

Sitora Karamatullo (Tacikistan):

 

Çox şadıq ki, bizi bu müsabiqəyə dəvət ediblər. İlk növbədə tədbirin təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Mən milli musiqinin təmsilçisiyəm. Sözsüz, bu müsabiqədə iştirakım mənim gələcək yaradıcılığıma böyük təsir edəcək. Hal-hazırda Tacikistan Milli Konservatoriyasının IV kurs tələbəsiyəm. Şaşmakom fakültəsində oxuyuram. Bir sıra respublika müsabiqələrində iştirak etmişəm, eləcə xarici ölkələrdə konsertlərim olub. Ancaq belə iri miqyaslı Beynəlxalq Muğam Müsabiqəsində ilk çıxışımdır. Azərbaycana ilk səfərimdir. Şəhəriniz, insanlarınız çox xosuma gəldi. Siz çox qonaqpərvərsiniz. Müsabiqədə dörd əsərlə çıxış edirəm. Bu kompozisiyalardan ikisiŞaşmakom”dur. Digər nömrə makam üslubunda Tacikistan bəstəkarı tərəfindən bəstələnib. “Gülcahanadlanır. Azərbaycan muğamında improvizasiya böyük yer tutur burada dayaq pillələrin ətrafında gəzişmələr olur. Makam isə instrumental vokal hissələrdən ibarət olub struktur etibarilə fərqlidir. Makam təmbur aləti ilə bağlı şəkildə ifa olunur”.

 

Sədaqrupu (Türkiyə):

 

Düşünürəm ki, hər bir şifahi ənənəli musiqi ilə məşğul olan musiqiçi Azərbaycanda keçirilən Beynəlxalq Muğam Müsabiqəsində iştirak etməlidir. Burada bir sıra bacarıqlı musiqiçilər seçilib. Müsabiqə musiqiçilərin öz sənətlərini göstərməsi üçün cox gözəl imkandır. Uğurlu müsabiqə olduğunu düşünürəm. Azərbaycana ilk dəfədir gəlirəm. Şəhəriniz çox maraqlıdır. Gəldiyimiz ilk gün çox isti idi, növbəti gün isə sanki qar yağacaqdı. Məncə dörd mövsümü bir arada yaşayırsınız. Azərbaycanlıların türklərə olan xüsusi diqqət hörmətlərini görürük. Şəhərdəki qədimi tarixi abidələrin bəzilərini gəzmək imkanımız oldu. İçərişəhəri çox bəyəndik. Həqiqətən çox gözəl şəhərdir. Türkiyəyə qayıdanda hər kəsə bu şəhərdən bəhs edəcəyik. Bura gəlməyə dəyər. Müsabiqədə bir neçə kompozisiya ilə çıxış edəcəyik. İfa zamanı Türk Sənət Musiqisinin əvəzolunmaz alətlərindən - qanun, uddan istifadə etmişik. Qrupumuz altı musiqiçidən ibarətdir. Türkiyədə ifa edəcəyimiz əsər haqqında düşünərkən, güclü instrumental vokal ifaçılara malik olan bir ölkəyə- Azərbaycana gələcəyimizi bilirdik. Bu səbəbdən işimizin çətinliyini məsuliyyətini başa düşürdük. Türk xalq musiqisi Azərbaycan musiqisinin xüsusi özəllikləri var. Türk xalq musiqisində Segah , Uşşaq bunlara bənzər bir sıra məqamlarında bənzər motivlər var. Sizin musiqidə variantlılıq, improvizasiyalardan çox istifadə olunur. Bizim musiqimizdə bunlar var, ancaq Azərbaycan muğamındakı qədər zəngin deyil. Azərbaycan musiqisində 6/8, 4/4, 2/4 başqa ölçülərə çox rast gəlsəm , Türk Sənət Musiqisindəki 7/8, 8/8,9/8 kimi ölçülərə rast gəlməmişəm”.

 

İnstrumental qrup (İordaniya):

 

 “III Beynəlxalq Muğam Müsabiqəsi bizim üçün böyük önəm kəsb edir. Bu müsabiqədə bir sıra ölkələrin o cümlədən, İran, Türkmənistan, Türkiyə digər ölkələrin musiqisi ilə tanış olduq. Burada İordaniyada musiqi mədəniyyətini təmsil edirik. Biz ifamızda bir sıra ölkələrin musiqisini öz musiqimizlə sintez edərək, improvizasiyalarla ifa edirik. Müsabiqənin sayəsində bir sıra ölkələrin musiqi mədəniyyətləri, müxtəlif növ musiqi janrları ilə tanış olduq.  Bu bizim Azərbaycana birinci səfərimizdir. Biz ölkəniz musiqiniz haqqında məlumatlı deyildik. Ancaq indi ölkənizə, mədəniyyətinizə valeh olmuşuq.  Biz muğam ifa edirik. İnstrumental mərhələdə ansambl şəklində çıxış edəcəyik. Təqdim etdiyimiz kompozisiya müşayətsizdir. İfamız variasiyalarla zəngindir. Kompozisiyamızda ərəb musiqisi, rast muğamından istifadə etmişik. İnstrumental mərhələdə təqdim etdiyimiz kompozisiyalarda ud alətində texnika bacarığının ön plana çəkilməsinə çalışmışıq.  Muğamınız möhtəşəmdir. Bu digər musiqi janrlarından, mədəniyyətlərindən fərqlənir”.

 

 

Şanə Vəlizadə,

Bakı Musiqi Akademiyasının Musiqişünaslıq fakültəsinin III kurs tələbəsi

 

Olaylar.- 2013.- 20-27 mart.- S.13.