Tərtər tərəqqisinin yeni yüksəliş dövrünü yaşayır

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

Yüksək dinamizm üzərində qurulan sosial-iqtisadi inkişafını uğurla davam etdirən Azərbaycan qazandığı yeni nailiyyətlər hesabına bu gün tərəqqi səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələri sırasında yer almaqda davam edir. Bununla ən böyük hakim olan zaman əsası ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan və hazırda onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının möhtəşəm təntənəsindən xəbər verir.

Bu gün Azərbaycanda yaradılmış sosial-iqtisadi potensial davamlı iqtisadi inkişafı və makroiqtisadi sabitliyi müvəffəqiyyətlə təmin edir. Bu strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub. Ölkə başçısının müəyyən etdiyi siyasətin həyata keçirilməsi gələcək illər üçün dayanıqlı inkişafın möhkəm təməlinin yaradılmasına, Azərbaycan Respublikası iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsinə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına hətrəfəli imkan verir. Eyni zamanda bu, Azərbaycan regionlarının tərəqqəsini daha dinamik hala gətirir. Qeyd olunanların daha bir konkret nümunəsi qismində Tərtər rayonunu göstərmək olar.

Rayon bu gün sözün həqiqi mənasında özünün intibah dövrünü yaşayır. Hər yerdə abadlıq-quruculuq işləri diqqəti cəlb edir. Baş verənlər Tərtərin simasını sürətlə dəyişməkdə, ona daha müasir görkəm gətirməkdədir. Buna paralel olaraq insanların da maddi rifah halı davamlı şəkildə yüksəlir. Rayonun tarixinə ekskursiya etdikdə diqqət cəlb edən kifayət qədər məqamlara rast gəlmək mümkündür. Məlumat üçün bildirək ki, qədim adı Çaparxana olan rayon Sovet dövründə Mirbəşir adlanırdı. Kəlbəcər İsti suyuna aparan yol buradan keçir. Keçən əsrin 60-cı illərinədək rayonda müalicəvi əhəmiyyətli istisu çıxırdı. Bu su ilə revmatik, mədə-bağırsaq, dəri-zöhrəvi xəstəliklərindən müalicə olunurdular. Suyun mənbəyinin yenidən qazılaraq yer səthinə çıxarılması isə gündəmdə dayanan aktual məsələlərdən biridir. Onu da qeyd edək ki, Bakı-Tərtər arası məsafə 337 km-dir. Kür-Araz ovalığının qərbində, Qarabağ düzündə, Tərtər çayının aşağı hissəsində yerləşən rayonun şimal hissəsindən İncə çayı, içərisindən Xaçın çayı axır. Səthi düzənlikdir. Mülayim, isti yarımsəhra və səhra iqliminin hakim olduğu ərazisi şabalıdlı, boz və çəmən boz torpaqlardan ibarətdir. Tərtərçayın sağsol sahillərindən qədim karvan yolları keçib. Bərdədən 17 km aralıda yerləşən rayonda vaxtilə qalakarvansaraylar olub.

Rayonun özünün formalaşma tarixi çox maraqlıdır. 1920-ci ilin aprel ayında Cavanşir qəzası və onun tərkibində Tərtər sahəsi yaradılıb ki, bu da sonralar AğdamQarabağ qəzalarının tabeliyində olub. 1930 - cu ildə inzibati rayon olaraq təşkil edilib. 1949-cu ildə inqilabçı kommunist Mirbəşir Qasımovun şərəfinə adı dəyişdirilərək Mirbəşir qoyulub. 1963-cü ildə ləğv edilib ərazisi Bərdə rayonuna verilsə də, 1965-ci ildə yenidən müstəqil rayon kimi bərpa olunub. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992 - ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonuna daxil edilib.

1990-cı illərin əvvəllərində ərazisində şiddətli döyüşlərin baş tutduğu Tərtər cəbhə xəttində, müharibə şəraitində yaşamağa inkişaf göstəriciləri ilə yeni bir tarix yazmaqda davam edir. Rayonun qədim tarixini göstərən əsas məqamlardan biri də buradakı memarlıq və mədəniyyət abidələridir. Rayondakı memarlıq və mədəniyyət abidələrindən 1-i dünya, 15-i ölkə, qalanları yerli əhəmiyyətli abidələrdir. Həmin abidələr Tərtər şəhərində, Buruc, Hacıqərvənd, Evoğlu, Hüsənli, Sarov, Borsunlu, Bəyim Sarov, Xoruzlu, Dəmirçilər kəndlərində yerləşir. Göstərilən ərazilərdə 3 məscid, 15 kurqan, 2 nekropol, 2 yaşayış yeri, 1 buzxana, 1 türbə mövcuddur. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində işlər görülür. Cəmilli kəndində olan Buzxana XIX əsrdə inşa edilib. Ətrafda olan böyük gölün suyu qışda donduğundan, buradakı buzlar doğranaraq buzluğa yığılıb. Vaxtı ilə tikilinin içərisinə 40 pilləkən enib. Kənd sakinləri Buzxanadan 60-cı illərə kimi istifadə edib. Burada saxlanılan buz yay mövsümündə ehtiyacı olan insanlarla bərabər, kolxozda işləyənlərin əmək gününə də verilib.

Tərtər cəbhə zonası olduğu üçün bu tarixi abidələrin əksəriyyətini görmək daha dərindən araşdırmaq çətinliklər yaradır. Rayonda xalq sənətkarlığından xalçaçılıq, tikiştoxuma növləri inkişaf edib. Onu da bildirək ki, 1990 - cı illərdə Qarabağ müharibəsindən ən böyük zərbə alan rayonlardan biri də məhz Tərtərdir. 1994-cü ildən atəşkəs imzalansa da, burada güllə və atışma səsləri tez-tez sükutu pozur. Çox sayda mal-qaraya, taxıl-əkin sahələrinə və eləcə də insanlara zərər verir. Meşələr süni olaraq yandırılır, ərazidən axan çayların suyu zəhərlənir. Lakin Tərtər yaşamaqda, inkişaf etməkdə davam edir. Bütün çətinliklərə mətanətlə sinə gərilən bu rayonda indi əsl intibah müşahidə olunur.

Məhz bunun nəticəsidir ki, son illərdə Tərtər rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş verib, ümumi məhsul buraxılışı, sənaye məhsulunun həcmi əhəmiyyətli dərəcədə artıb, bir sıra sosial yönümlü obyektlər, istehsal müəssisələri tikilərək istifadəyə verilib, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən yeni yollar çəkilib, əhalinin elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılıb, geniş abadlıq-quruculuq işləri həyata keçirilib.

Tərtər şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə ötən dövrdə konkret addımlar atılıb. Buraya yüksək səviyyədə də lazımi diqqət göstərilir. Məsələn, xatırlatmaq yerinə düşərdi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu ilin iyulunda beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə üç milyon iki yüz min manat ayrılıb və qeyd olunan istiqamətdə zəruri addımlar atılıb.

Bu ilin sonuna qədər ikinci Dövlət Proqramının icrası digər bölgələrdə olduğu kimi Tərtərdə uğurla təmin ediləcək. Beləliklə, 10 ili əhatə edən bir dövr Tərtərin tərəqqisində də mühüm yeniliklərlə müşayiət olunur. Artıq həm 2004-cü ildə, həm 2009-cu ildə qəbul edilmiş iki Dövlət Proqramının icrası bu rayonun da inkişafı üçün çox böyük rol oynayıb. Eyni zamanda, 2009-cu ildə ikinci Proqram qəbul olunandan sonra Prezidentin ehtiyat fondundan bölgələrin inkişafına böyük həcmdə vəsaitin ayrılması təmin edilib. Xüsusilə infrastruktur, nəqliyyat, kənd yollarının bərpası və abadlıq işlərinin görülməsi üçün konkret addımlar atılıb və bu, tərtərin timsalında da özünü qabarıq formada büruzə verib. Rayonda infrastruktur layihələrinin davam etdirilməsi bu günuğurla həyaat keçir. Bu istiqamətdə görülən işlər yüksək qiymətləndirilə bilər və müvəffəqiyyətlə davam etdirilir. Xüsusilə asfalt yolların tikintisi və tamamlanması, kənd yollarının təmiri və tikintisi sahəsində mühüm nailiyyətlərə imza atılıb. Demək olar ki, kənd yollarının tikintisi indi bütün bölgələrdə olduğu kimi Tərtərdə də geniş vüsət alıb.

Məlum olduğu kimi Dövlət İnvestisiya Proqramında böyük yer tutan layihələrdən biri meliorasiya layihələridir. Bu layihələr bilavasitə kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Tərtərdə də bu gün aqrar sahə özünü sürətli yüksəliş dövrünü yaşayır və burada fermerələrə geniş diqqət və qayğı göstərilir. Bu, eyni zamanda meliorasiya işlərinin uğurla aparılmasında da özünü qabarıq formada büruzə verir. Məhz bütün bunların nəticəsidir ki, son illərdə rayonda sosial-iqtisadi sahədə mühüm nailiyyətlər əldə olunmaqdadır. Məsələn, təkcə ötən il Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 17.9 faiz artaraq 106.4 milyon manata çatıb, onun adambaşına düşən həcmi 1385.8 manat təşkil edib. Məhsul və xidmətlərin 61.6 faizi istehsal sahələrinin, 38.4 faizi xidmət sahələrinin payına düşüb. 2012-ci ildə 45.1 milyon manatlıq və ya ümumi məhsulun 42.4 faizi qədər kənd təsarüfatı sahəsində, 34.1 milyon manatlıq (32.0%) ticarət və xidmət sahəsində, 16.1 milyon manatlıq (15.1%) tikinti-quraşdırma işləri yerinə yetirilib, 6.5 milyon manatlıq (6.1%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 4.3 milyon manatlıq (4.1%) sənayedə 0.3 milyon manatlıq (0.3%) informasiya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunub. 2012-ci ildə rayonda əhalinin gəlirləri 2011-ci ilə nisbətən 9.1 faiz artaraq 187.7 milyon manata çatıb. Rayon əhalisinin hər nəfərinə düşən gəlirləri əvvəlki ilə nisbətən 7.8 faiz artaraq 2443.5 manat təşkil edib. Son beş ildə rayonda əhalinin adambaşına düşən gəlirləri 37.2 faizya 662.6 manat artıb. Cari ilin ötən dövrü ərzində isə daha böyük uğurlara imza atılıb.

 

R.BAYRAMOV

 

(ardı var)

 

 Mövqe.-2013.- 21 noyabr.- S.10.