Kinoteatrlarımız hələ də böyük tənəzzül dövrünü yaşayır

 

Fizüli Hüseynov: «Bu gün kinoteatrlar, eləcə teatrlar öz piarını qura bilmirlər»

 

Əlisa Cabbarlı: «Get-gedə kinoya maraq ölür, mədəniyyətimizi əks etdirən çox şey sıradan çıxmağa başlayır»

 

Aydın Dadaşov: «Müasir filmlərin nümayişində müvafiq texniki göstəricilərə malik kinotetrlar mühüm əhəmiyyət daşıyır»

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıtda vətəndaşlarla görüşdə olduqca maraqlı bir fikir səsləndirib. Nazir vurğulayıb ki, Sumqayıtda kinoteatrların fəaliyyəti yenidən bərpa olunacaq. Əksər ekspertkinoteatr sahəsində çalışan şəxslər də bildirir ki, ümumiyyətlə ölkənin hər yerində kinoteatrların fəaliyyətinin bərpa olunmasına ciddi ehtiyac var.

 "Yayda qartopu oyunu"nda Adil, İ.Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı"nda Ayaz Turan, "Bizim qəribə taleyimiz"də Samir, "Şeyx Xiyabani"sində Şeyx Xiyabani, F.Q.Lorkanın "Qadın faciəsi"ndə Viktor, Anarın "Təhminə və Zaur"unda Zaur, S.Rəhmanın "Yalan"ında Şamil, N.Xəzrinin "Gecə döyülən qapılar"ında Səfər, V.Şekspirin "Kral Lir"ində Edmond kimi sanballı rollar silsiləsi yaradaraq, tamaşaçı rəğbətini qazanmış Azərbaycanın tanınmış aktyoru  Fizüli Hüseynov Mövqe.aza-a açıqlamasında bununla bağlı bildirir: "Bu gün regionlarda kinoteatrların bərpasına elə də ehtiyac yoxdur. Çünki indi hamı peykinternet vasitəsilə istədiyi filmə baxa bilir. Ancaq hər bir sivil ölkədə kinoteatrların, kino klubların olması vacibdir.

Bu gün kinoteatrlar, eləcə də teatrlar öz piarını qura bilmirlər.. Halbuki, bu sahəyə daha çox diqqət ayrılmalıdır. Televiziyalar da bunun üçün əllərindən gələni etməlidirlər. Səhər televiziya kanallarından hər hansı birini açanda ağlamalı, kriminal hadisələrə, insanların həyatına müdaxilə edən verlişlərə baxmaqdansa, kino və teatrın reklamına zaman, diqqət ayrılırsa, televiziya kanalları daha maraqlı olar. Bəzi verlişlər var ki, insanların həyatı orada müzakirə olunur, ekspertlər müdaxilə edirlər. Belə bir deyim var ki, "mühakimə etmə ki, mühakimə olunan olmayasan”. Televiziyalarımız bu sahəyə maksimum diqqət ayırmalıdırlar. Çünki insanlarımız çox tənbəl olub. Sanki hər şey birbaşa onların evinə girməlidir. Ödəmələri də artıq internet vasitə ilə ödəyirik. Ona görə də kinoklublar bərpa olunsa, onlara tamaşaçı cəlbi üçün piar düzgün şəkildə aparılmalıdır. Piar etmək xatirinə piar etmək olmazbu da özünü doğrultmaz. Bizdə kinoyateatra münasibət kökündən bir az anormal olub. Bir az Sovet dövründə kinoyateatra maraq artmışdı. Ancaq bu gün teatra, kinoya maraq ölüb. Bəzən insanlar düşünürlər ki, hər yerdə necə  məddahlıq edirlərsə, kinoteatrda da belə etmək olar. Amma elə deyil. Sadəcə, təqdim edilən kinonun reklamnı tamaşaçıya düzgün şəkildə çatdırmaq lazımdır ki, bu sahəyə maraq artsın. Reklam əsas strukturdur. Onsuz kino, tamaşa olmaz”.

Tanınmış rejissor Əlisa Cabbarlı isə qeyd edir: "Bizim xalqımız tarixən mədəniyyətə, elmə, incəsənətə meyilli xalq olub. Biz Şərq aləmində ilk operanı, teatrı, dünyəvi dövləti yaratmışıq, qadınlara seçki hüququ vermişik. Bizim xalqımız həmişə mədəniyyət daşıyıcısı olub. Ona görə də bölgələrdə kinoteatrlara ehtiyac deyərdim ki, çox böyükdür. Bizim bölgələrdə maarifləndirmə çox yüksəkdir. Ali məktəblərə yüksək nəticə ilə qəbul olan tələbələrimiz elə  bölgələrdəndir. Azərbaycanın hər bölgəsində ya kinoteatrlar tikmək, ya da ki, kino klubların fəaliyyətini tənzimləmək lazımdır. Kino mədəniyyətdir, tərbiyədir. Uşaqların tərbiyəsində kinoteatrların rolu böyükdür. Bir ara erotik videolar çıxanda məktəb uşaqlarının telefonlarında bu geniş yayılmışdı. Bu da tərbiyədən irəli gəlir. Çünki get-gedə bağçalar azalır, kinoya maraq ölür, mədəniyyətimizi əks etdirən çox şey sıradan çıxmağa başlayır. Bu da öz mənfi təsirini gələcəyimiz olan uşaqlarımızın tərbiyə-əxlaqında göstərir. Bakı kimi 3 milyonluq şəhərdə vur-tut 1 dənə "Nizami" kinoteatrı təmirlidir. "Vətən" və "Nərimanovm  kinoteatrı işləmir, sökülüb. "Araz" kinoteatrının yerində qadın mağazasıdır.

Dövlət kinomatoqraflara dəstək verilməlidir. Özəl kinoteatrların piarı yaxşıdır. Tamaşaçısı da boldur. Onları bəyənirəm. "Nizami" kinoteatrı dövlət kinoteatrı olduğu üçün məhz türk yox, Azərbaycan filmlərini də hər gün nümayiş etdirməlidir. Hətta az tamaşaçı gəlsə belə... Bir azərbaycanlı öz övladını Azərbaycan dilinə, mədəniyyətinə yiyələndirmək istəyirsə, bilməlidir ki, "Nizami" kinoteatrında bunun üçün şərait hər zaman var. Bu, həm də Azərbaycan kinosunun inkişafına, yayımına kömək olar”.

Professor Aydın Dadaşov isə saytımıza açıqlamasında bildirib: "Asudə vaxt problemi bütün dövrlərdə aktualdır. Ədəbiyyat və sənət də asudə vaxta ünvanlanır. "İnsan azadlıq üçün tərbiyələnir” deyən alman filosofu Georq Vilhelm Hegelasudÿ vaxt probleminə müstəsna əhəmiyyət verərdi. Asudə vaxt bölgüsündə kino sənətinin də müstəsna yeri vardır. Teatrı asudə vaxt kontekstindən çıxara bilməyən kinematoqraf da televiziyanın basqısına müqavimət göstərir. Çünki müasir filmlərin nümayişində müvafiq texniki göstəricilərə malik kinotetrlar mühüm əhəmiyyət daşıyır. Təÿssüf ki, özəlləşdirmə prosesində ticarət, iaşə obyeklərinə çevrilən kinotetrları ilkin təyinatlarından qorumaq mümkün olmadı. Keçid dövrünün uzanması ilə kinoteatrlara deyil, toyxanalara kapital qoyuluşu film tamaşaçısı məvhumu itirdi. Sivil dünyada sağlam biznes faktoru üzərində oturdulan kinoindustriya sahəsi yaranmadan parçalandı. Əsasən büdcədən ayrılan sərmayə ilə ərsəyə gələn kino gəlir gətirmədiyindən təkrar istehsalı yaratmadı. Kinonun bazarı sərhədsiz, şəffaf olduğundan filmlərin rəqabətə davamlılığı əsas şərtdir. Dünyaya vacib sözü olmayanlar nəinki xarici, heç daxili bazara da girə bilməzlər. Bu bazar, şirkətin, sənətkarların immici üzərində qurulur. Təcili olaraq film istehsalında sərbəst bazara uyğun rəqabət prinsipi reallaşmasa, kinonun bir sənət sahəsi kimi sıradan çxmaq təhlükəsi vardır. Şəhərlərdə þzəlləşmədən yayınan kinoteatrların bərpası əlbəttə, müsbət haldır. Bununla belə, asudə vaxtın sərfi baxımından təklif çeşidinin müxtəlifliyi fonunda, kinoteatlar sisteminin bərpası insan faktoruna yönələn dövlət əhəmiyyətli məsələdir... İndi söhbət apardığımız Akademiya şəhərciyində parkın genişlənməsinin, kitabxananın açılışının ziyalı çümrəsində yaratdığı məmnunluğun şahidiyik...”

 

 

Əfruzə AĞAYEVA

 

Mövqe.-2013.-8 oktyabr.-S.11.