Masallı rayonu sürətli inkişaf yolundadır

 

İnkişaf dinamikası get-gedə daha mütəhərrik hala gələn müasir Azərbaycanda sosial-iqtisadi sferada əldə olunan nailiyyətlərin miqyası mütəmadi olaraq genişlənməkdədir. Bu hal ölkə üzrə müəyyən olunmuş iqtisadi rayonlar üzrə

 

Bir sıra sosial-mədəni obyektlərin tikintisi, o cümlədən şəhərin Zərifa Əliyeva, Azərbaycan, Füzuli, Dadva, Talışxanov və Qarabağ küçələrində geniş abadlıq və quruculuq işləri sakinlər tərəfindən məmnunluqla qarşılanır.

Heydər Əliyev mərkəzində və Heydər Əliyev parkında yenidənqurma işləri bura daha gözəlvə müasir görkəm verib. Eyni zamanda YAP Masallı rayon təşkilatının inzibati binasında işlər artıq yekunlaşdırılıb. "Qəhrəmanlar” parkının, "Ahıllar evinin, H. Əliyev meydanının, rayonun giriş və çıxış qapılarının tikintisi başa çatdırılıb. Bunlardan əlavə Qarabağ küçəsində məhəllələr abadlaşdırılıb, ümumi yaşayış evlərinin dam örtükləri müasir üslubda dəyişdirilib. Həmçinin BoksTaekvando mərkəzlərinin, Boradigah idman kompleksinin, ümumtəhsil məktəbləri, istilikxana və digər obyektlərdə görülən işlər də məmnunluqla qarşılanır.

Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6% artaraq 192567.4 min manat olub. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.4 faiz artaraq 16300.4 min manata, kənd təsərrüfatı məhsullarının həcmi 7.6 faiz artaraq 47201.7 min manata çatıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4.1 faiz artaraq 31912.4 min manat olub. Altı ay ərzində adambaşına düşən pul gəlirləri 916 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 253.1 manat olub. Bu dövrdə Masallı rayonunun yerli gəlirləri 14068541 manata qarşı 13286704 manatya 94.4% icra olunub. Eləcə də 2013-cü ilin birinci yarısında rayonun kənd meşə balıqçılıq təsərrüfatında 47201.7 min manatlıq məhsul istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3337.1 min manatya 7.6% çoxdur. 210 min nəfər sakini olan Masallı rayonunda əhalinin 90%-ə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Bu fonda Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşımızda duran ən prioritet məsələdir. Sevindirici haldır ki, bu istiqamətdə görülən işlər artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, daha gəlirli sahələr olan kartof, çiyələk və tərəvəz istehsal sahələri genişləndirilib və nəticədə əhalinin pul gəlirləri nəzərəçarpacaq dərəcədə artıb. 2012-ci ildə kartofdan əldə olunan gəlir 3.900.000 manat təşkil etdiyi halda, 2013-cü ildə bu rəqəm 15.200.000 manat təşkil edib. Eyni zamanda çayçılığın inkişaf etdirilməsi məqsədi ilə bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanıb. Həmin ərazidə yol, suvarma suyu, enerji infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Yaxın gələcəkdə bu gəlirli sahənin rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar vardır. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 yerinin yaradılmasına imkan verə bilər.

Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi ilə yanaşı rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisəsinin tikilməsi qarşıda duran vacib vəzifələrdəndir. Nəticədə bu da Masallıda istehsal olunan kənd təsərrüfatı məhsullarının təkcə yerli bazarlara deyil, böyük həcmdə qonşu ölkələrin bazarlarına da çıxarılmasına imkan yarada bilər. Rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 182000 kubmetr həcmində və 45 km uzunluğunda lildən təmizləmə işləri aparılıb. Həmçinin rayon ərazisində 4500 hektar qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparılıb və 14 ədəd müxtəlif növ hidrotexniki qurğular təmir edilib.

Bütün regionlarda olduğu kimi Masallı rayonunda da kənd yollarının tikintisinə də böyük diqqət göstərilir. Məlumdur ki, bu gün respublikada rayon mərkəzlərinin və kəndlərin yolları abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl aparılır. Bu proses Masallı rayonunda da geniş vüsət alıb. Yol çəkilişi insanlara rahatlıq gətirməklə yanaşı, hər bir bölgənin inkişafını müəyyən edən əsas amillərdən biridir. Çünki yol olmadan hərtərəfli inkişafa nail olmaq mümkün deyil. İnsanların rahatlığı, bölgənin davamlı sosial-iqtisadi inkişafı üçün müasir avtomobil yolunun mövcudluğu əsas məsələdir. bu fonda ötən ay Xırmandallı-Həsənli yolunun uzunluğu 7 kilometr olan yeni çəkilən avtomobil yolunun açılışı olub. Eləcə də uzunluğu 4 kilometr olan Kürdəbaz-Qarğalıq avtomobil yolunun, tarixdə uzunluğu 1,5 kilometr olan Sərçuvar-Sirəbil avtomobil yolunun, uzunluğu 3 kilometr olan Səmidxan-Seybətin avtomobil yolunun və Alışanlı kənd tibb məntəqəsinin açılışı olub.

Hesabat dövrü ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110 kvt-lıq yarımstansiyada təmir bərpa işləri aparılıb, 37 ədəd dəmir beton, 73 ədəd isə ağac dayaq dəyişdirilib. Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar Eminli kəndi qaz ilə təmin edilib, Qarğalıq, Kürdəbaz Şəhriyar kəndlərinə yeni qaz xəttinin çəkilişi yekunlaşdırılıb və sayğaclar quraşdırılıb. Təklə kəndində və Ərkivan qəsəbəsində mövcud olan köhnə qaz xətlərinin yenidən quraşdırılması və Yeddioymaq-I kəndində kənddaxili qaz xəttinin çəkilişi həyata keçrilib. 2013-cü ilin 6 ayı ərzində rayonun ayrı-ayrı kəndlərində 1137 p/m uzunluğunda korroziyaya uğramış kənddaxili xətlər yenisi ilə əvəz edilib, 1830 abonentin mənzilinə "Socartipli sayğaclar quraşdırılıb.

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2013-cü il "İnformasiya-Kommunikasiya Texnologiyaları ilielan edilib. Bu proses çərçivəsində Masallı rayonunda 55 yeni EATS binasının tikintisi nəzərdə tutulur ki, bu məqsədlə ayrı-ayrı kəndlərdə müvafiq torpaq sahələri ayrılıb. Bu ilin avqustunda odman kəndində 256 abonent tutumlu elektron ATS-in yeni tikilmiş inzibati binasının açılışı olub.

O da məlumdur ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhəri ilə yanaşı, regionlarda da əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə təxirəsalınmaz tədbirləri davam etdirir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində genişmiqyaslı işlər həyata keçirilir.

Belə layihələrdən biri də Masallı rayonunun 23 kəndini əhatə edir. Avqust ayından etibarən rayonun Muğanlı adlanan ərazisində yerləşən və içməli sudan korluq çəkən Şərəfə, Həsənli, Hacıtəpə, Sığıncaq, Ərəb, Xırmandalı, Məmmədxanlı, Təkdam, Köçəkli Kürdəbazlı, Eminli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Xallıcalı, Ağakişibəyli, Bala Təklə, Alışanlı, Ətçələr, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Təklə, Qədirli kəndlərinin su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb.

Ümumilikdə 30 mindən çox sakinin su təchizatının yaxşılaşdırılmasına hesablanmış layihəyə əsasən, kənd sakinlərinə içməli su Viləşçay hövzəsində inşa edilən sutəmizləyici qurğudan veriləcək. Yaşayış məntəqələrini özüaxımlı rejimdə su ilə təmin etmək üçün ümumi həcmi 10 min kubmetr olan 2 su anbarı tikiləcək. Su mənbəyindən yaşayış məntəqələrinə müxtəlif diametrli borularla 19,4 kilometr uzunluğunda magistral su xəttinin çəkilməsi nəzərdə tutulub.

Layihənin icrasına başlanandan indiyədək magistral xəttin 2,5 kilometrlik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. İlkin mərhələdə kəndlərdə bulaqlar quraşdırılacaq, növbəti mərhələdə kənddaxili paylayıcı şəbəkə qurulacaq. Layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur. Növbəti mərhələdə anbar kompleksindən Ərkivan-Qızılağac kəndləri istiqamətində ikinci magistral su xəttinin çəkilməsi də planlaşdırılır. Həmin xətt istismara verildikdən sonra Masallı rayonunun bu mənbədən su alan kəndlərinin sayı 38-ə, əhalinin sayı isə 50 min nəfərə çatacaq. Yeni layihə "Azərsu” ASC-nin təxirəsalınmaz tədbirlər planına uyğun olaraq icra edilir.

Müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana - yeni məktəb” devizi altında son illərdə Masallıda 33 yeni məktəb binası tikilib, 5 məktəb isə əsaslı təmir olunub. Bunula yanaşı daha 5 məktəbin - Kosakül, Kəlbəhüseynli, Xıl, Öncəqala, Kubin və Allahyarlı kəndlərində yeni məktəb binalarının tikintisi, Bədəlan kənd tam orta məktəbinin əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə isə Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvand kəndlərində yeni məktəb binalarının tikintisinə, Masallı şəhər 1 saylı və Kolatan kənd tam orta məktəblərinin isə əsaslı təmirinə başlanılacaq. Digər sahələr üzrə də sürətli tərəqqi qeydə alınır.

 

  Elşən BAYRAMOV

  Mövqe. - 2013.- 5 sentyabr.- S. 10.