Xalq Artisti Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək

Görkəmli bəstəkar, Xalq Artisti, professor Dadaş Dadaşovun anadan olmasının 80 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək.Mədəniyyət və Turizm Nazirliyindən Movqe.az-a bildirilib ki, dekabrın 2, 4 və 5-də bu münasibətlə görkəmli sənətkarın 80 illiyinə həsr olunmuş silsilə konsertlər təşkil olunacaq. Tədbirlərdə Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestri, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Dövlət xalq çalğı alətləri orkestri geniş konsert proqramı ilə çıxış edəcək.Qeyd edək ki, görkəmli bəstəkar "Rənglər” vokal silsiləsi, "Qanunpiano üçün poema”, "Simli trio”, "Simli kvartet üçün poemainstrumental əsərləri ilə yanaşı, xalq çalğı alətləri orkestri üçün "5 saylı süita”, İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlılara ithaf etdiyi "1 saylı simfoniya”, simli orkestr üçün "2 saylı simfoniya”, nəfəsli orkestr üçün "Zəfər marşı” və "Təyyarəçilər marşı” və. s kimi musiqi əsərlərinin müəllifidir Mövqe.- 2015.- 3 dekabr.- S.4