Musiqili Teatrda 20-ci dəfə “Qızıl toyolacaq

Azərbaycan Dövlət Musiqili Teatrında O.Kazımi və R.Heydərin "Qızıl toyiki hissəli musiqili komediyası yeni quruluşda 20-ci dəfə nümayiş olunacaq.

Qurumun mətbuat xidmətindən bildirilib ki, uzun müddətdir teatrın repertuarında olan tamaşanın yeni quruluşdakı nümayişi noyabrın 6-da baş tutacaq.

Tamaşaçıların hər zaman böyük maraqla izlədiyi "Qızıl toy” komediyasının quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, dirijoru Fəxrəddin Atayev, quruluşçu-baletmeysterləri YelenaZakir Ağayevlər, quruluşçu-rəssamı Vüsal Rəhimovdur. Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Ruslan Mürsəlov, Rəsmiyyə Nurməmmədova və başqaları ifa edirlər.

Bu maraqlı səhnə əsərində valideynə, vətənə məhəbbət və iki gənc arasındakı saf, pak sevgi, bu yolda onların başına gələnlər incə bir yumorla tamaşaçılara çatdırılır.

Qeyd edək ki, "Qızıl toy” əsəri ilk dəfə teatrın səhnəsində 1980-ci ildə Rafiq Atakişiyevin quruluşunda tamaşaçılara təqdim olunub. İkinci dəfə bu maraqlı əsər 1996-cı ildə rejissor Yusif Əkbərov tərəfindən səhnələşdirilib. Hazırkı – üçüncü quruluşun premyerası isə ötən il keçirilib. Tamaşanın əvvəlki quruluşlarında Nəsibə Zeynalova, Siyavuş Aslan kimi böyük sənətkarlar rol alıblar.

Mövqe.- 2015.-  5 noyabr.- S.-6