Səhnəmizinən gənc Leylisi: “Ona yenidən aşiq oldum

2007-ci ildə keçirilən 2-ci Muğam Müsabiqəsinin qalibi, gənc xanəndə Güllü Muradova ilk dəfə olaraq OperaBalet Teatrının səhnəsinə Leyli kimi çıxacaq."Leyli və Məcnun”operasında Məcnun rolunda Güllünün tərəf müqabili, əməkdar artist, OperaBalet Teatrının solisti Səbuhi İbayev olacaq. Səhnəmizin gənc Leylisi fikirlərini Movqe.az-a bölüşüb:

 "Bu günə qədər səhnəmizdə istər yaşlı sənətkarlarımız, istərsədə gənc sənətçilərimiz Leyli rolunda çıxış edib. Hər bir gənc sənətçinin arzusudur ki, opera səhnəsində bu möhtəşəm sənət əsərində Leyli olsun. Mənədə nəsib oldu.Çox şanslı və xoşbəxtəm. Həmişə sənət yoldaşlarımın təqdimatında "Leyli və Məcnun”operasını izləyirdim və Leyli və Məcnun obrazına heyranlıqla tamaşa edirdim.Özüm o əsərin içinə daxil olandan sonra sanki yeni bir aləmə düşdümiki qəhrəmana yenidən aşiq oldum.Çox həyəcanlıyam. Çalışacağam ki, ümidləri doğruldum. Bu işdə mənə kömək olan əməkdar artist, tarzən Elxan Mansurovrejissorumuz Hafiz Quliyevə minnətdaram. Ustadlarım xalq artistləri Arif Babayev vəMənsum İbrahimovdan da məsləhətlərimi alıram.Dekabrın 3-ü hərkəsi opera səhnəsinə dəvət edirəm”.

 Maraqlıdır, Güllü niyə məhz Məcnun kimi Səbuhi İbayevis eçib?

 "Səbuhi ilə həyatda da dostuq. Düşünürəm ki, səhnədə uğurlu tərəf müqabili olmaq üçün həyatda da münasibətlər qaydasında olmalıdır”- Güllü belə deyib.

 Qeyd edəkki, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

 Tamaşa dekabrın 3-də axşam saat 19-da təqdim olunacaq.

Mövqe.- 2015.- 19 noyabr.- S. 7