Məşhur balet ustaları Bakıda

 

Yeni teatr mövsümünə uğurla başlayan Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı tanınmış vokalbalet sənəti ulduzlarının iştirakı ilə bir-birindən maraqlı tamaşalar təqdim etmək niyyətindədir.

Teatrdan bildiriblər ki, bu sıradan ilk tamaşa oktyabrın 9-da Adolf Adanın "Jizel" baleti olacaq. "Jizelbalet sənətinin incilərindən sayılır və bir çox aparıcı dünya teatrlarının, eləcə də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının repertuarını zənginləşdirən əsərlərdən hesab olunur. Tamaşada teatrın aparıcı solistləri ilə yanaşı, məşhur balet ulduzları da çıxış edəcəklər. Jizel rolunu Ukrayna Milli Operasının prima-balerinası Olqa Qolitsa, Alfred rolunu isə çexiyalı balet ulduzu Van Yan oynayacaq.

Qeyd edək ki, Olqa Qolitsa Ukraynanın Əməkdar Artisti, balet artistlərinin bir neçə beynəlxalq müsabiqəsinin qızıl medalının sahibidir. Almaniya, Avstriya, İtaliya, Belçika, ABŞ, Fransa, Yaponiya, Hollandiyaİspaniyada teatr səhnələrində uğurla çıxış edib. Teatr tənqidçiləri onun balet artisti kimi ən yüksək göstəricilərə, səhnə görkəminə və artistizmə malik olduğunu hər zaman qeyd ediblər.

Van Yan balet artistlərinin beynəlxalq müsabiqələrinin qalibi kimi vətənində kifayət qədər tanınmış sənətçidir. Aktyor hazırda Ukrayna Milli Operasında çalışır.

Mövqe.- 2015.- 30  sentyabr.- S.5