Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Fevralın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində ədəbiyyatımızın tanınmış nümayəndəsi, yazıçı-publisist, tərcüməçi, naşirictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə tarixçi və tədqiqatçıların Ceyhun Hacıbəyli şəxsiyyəti və irsi barədə çıxışları nəzərdə tutulub. Həmçinin Ceyhun Hacıbəyliyə həsr olunmuş, muzeyin arxiv materialları əsasında hazırlanmış slayd təqdim ediləcək və fotosərgi nümayiş olunacaq. Tədbirin bədii hissəsində Hacıbəyovlar nəslinin görkəmli nümayəndələri Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, NiyazininSoltan Hacıbəyovun əsərlərindən ibarət musiqi nömrələri səsləndiriləcək.

Mövqe.- 2016.- 2 fevral.- S.5