Turizm qeyri-neft sektorunun rentabelli sahəsinə çevrilir

İqtisadi fəallığın təminatında, sahibkarlığın inkişafında qeyri-neft sektorundan büdcə daxilolmalarının artımında əsaslı rol oynayan turizm sektorunun inkişafı son illər Azərbaycanda həyata keçirilən islahatların əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" məhz bu sahənin inkişafına təkan verəcək fundamental əhəmiyyətli sənəd olaraq bu sahədə yeni vəzifə hədəfləri müəyyən edir.

 

Bundan başqa, ölkə başçısının 2016-cı il 1 sentyabr tarixli "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi “ASAN Vizasisteminin yaradılması haqqında", habelə 20 fevral 2017-ci il tarixli "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı ölkədə qeyri-neft sektorunun perspektivli sahələrindən olan turizmin inkişafına yeni təkan vermişdir. Nazirlər Kabinetinin son iclasında ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, "ASAN Viza" sistemi ölkəmizə səfər edən əcnəbi vətəndaşların sayının qısa müddətlə sürətli artımını təmin etmiş, bu sistemlə 40 nəfər turist qısa müddətdə viza almışdır.

"Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunduğu kimi, son illər respublikamızda turizm sektorunun inkişafı istiqamətində bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi bu sektorun davamlı inkişafına səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il, 27 avqust tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılmış ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının əsası qoyulmuşdur. Bu siyasətin davamı olaraq Azərbaycanda yüksək iqtisadi, sosial ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 aprel tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir.

Yol Xəritəsində qeyd olunur ki, ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması bu sahənin qanunvericilik bazasının dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsini, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını, habelə rəqabətədavamlı qiymət təklifinin təmin edilməsini zəruri edir. Bu məqsədlə "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli Sərəncamında müvafiq dövlət qurumlarına bir sıra tapşırıqlar verilmişdir.

Sənəddə qeyd olunur ki, Azərbaycan, Şərqlə Qərbin qovuşmasında yerləşən müasir infrastrukturu qədim zəngin tarixi abidələri olan paytaxt Bakı şəhərindən başlamaqla, ecazkar təbiətə milli parklara malik regionları ilə məşhurdur. Ancaq təsadüfi deyildir ki, Bakı şəhəri Azərbaycanın qlobal turizm sektorundakı payının böyük bir hissəsinə sahibdir. Turizm üzrə məşhur internet portallarının məlumatına görə, ölkəyə gələn xarici turistlərin üstünlük verdikləri turizm mərkəzlərinin 75 faizi Bakıda yerləşir. Digər hissə isə gələcəkdə artımdan xəbər verən regional turizmin payına düşür: "Son təhlillərin nəticəsi göstərir ki, Azərbaycanın turizm sektoru bütövlükdə yüksəliş dövrünü yaşayır. 2010-2015-ci illər ərzində Azərbaycanda turizm müəssisələrinin sayında ortalama ildə 4,5 faiz, turizm sahəsində məşğulluq səviyyəsində ildə 6 faiz, turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında isə 8,5 faiz artım müşahidə edilmişdir. Dünya Səyahət Turizm Şurasının məlumatlarına əsasən, Azərbaycanda turizm sektoru birbaşa ÜDM-in 2,8 faizini, məşğulluğun isə 2,6 faizini təşkil edir ki, bu da dünyada orta hesabla 3 faiz birbaşa ÜDM 3,6 faiz birbaşa məşğulluq göstəricilərindən cüzi fərqlənir. Bu isə gələcək inkişaf potensialından xəbər verir. Qeyd olunanları nəzərə alaraq, turizm üzrə uğurlu layihələrin həyata keçirilməsi istiqamətində müvafiq infrastrukturun yaradılması, regionlarda yerli əhalinin gəlirlərinin artırılması ilə bağlı maarifləndirmə işlərinin aparılması, müxtəlif çeşidli turizm marşrutlarının hazırlanması beynəlxalq əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir".

Ümumilikdə, ixtisaslaşmış turizmin milli iqtisadiyyatın inkişaf strategiyasında prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi bu sahədə görülən işlərin davamlılığına xidmət etməklə yanaşı, ölkəmizi cəlbedici turizm məkanı kimi qabaqcıl mövqe tutmasına imkan yaratmaq məqsədi güdür. Bu, eyni zamanda qarşılıqlı əlaqələrdən mövcud turizm potensialından səmərəli istifadə edilməklə turizm sektorunun iştirakçıları arasında əməkdaşlığın inkişafına Azərbaycanda turizm xidmətləri üzrə keyfiyyətin yüksəldilməsinə gətirib çıxaracaq. Strateji Yol Xəritəsi nəzərdə tutulmuş müddətlər ərzində turizm sektorunun inkişafının dəstəkləməsi, beynəlxalq yerli bazarlarda yüksək keyfiyyətli rəqabətədavamlı turizm xidmətlərinin təmin edilməsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması, müasir ideya innovasiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi turizmin inkişafı ilə əlaqədar aidiyyəti orqanların qarşılıqlı koordinasiyası kimi tədbirləri özündə ehtiva edir: "Son illərin statistik göstəricilərinə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biri olmuşdur. Belə ki, son 5 ildə Azərbaycanda turizm sektorunda xidmət göstərən sahibkarlıq subyektlərinin turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında müvafiq olaraq 4,5 8,5 faiz1 ortaillik sabit artım müşahidə edilmişdir. Hazırda turizm sənayesinin ölkə üzrə ÜDM- məşğulluqda birbaşa payı müvafiq olaraq 4,5 3,3 faiz təşkil edir. Bakı şəhəri beynəlxalq miqyasda tanınan turizm məkanları ilə biznes istirahəti üstün tutan turistləri cəlb etmək baxımından daim turizm sektorunun inkişafının əsas təkanverici qüvvəsi olmuşdur".

Strateji Yol Xəritəsində qeyd olunur ki, qonşu ölkələrdən daha çox turist cəlb etmək qlobal miqyasda daha çox tələbatın olduğu ölkələr üçün ixtisaslaşmış turizm məkanına çevrilmək Azərbaycanın hər iki sahə üzrə üstünlüyünü daha da artıra bilər. Mövcud imkan potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri  turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir.

Sənədə əsasən, bu sektor üzrə uzunmüddətli perspektivə nail olmaq məqsədilə 2020-ci ilədək olan dövr üçün ölkə üzrə turizm sektorunda dörd əsas hədəf müəyyənləşdirilmişdir. Birinci hədəf Bakının turizm potensialından tam istifadə etməkdir. Hazırda Bakı şəhəri daha yaxşı inkişaf etmiş infrastruktura malik olmaqla, çoxsaylı xarici turistlərin marağını cəlb etməkdədir. Bu istiqamətdə müəyyənləşdirilmiş dörd prioritet Azərbaycanın bu perspektivə nail olmasına imkan verəcəkdir. Potensialdan daha səmərəli istifadə məqsədilə xüsusi idarəetmə mexanizminin yaradılması, məlumatlılığın daha da artırılması, turist xidməti paketlərinin yenilənməsi, müxtəlif turizm fəaliyyət növlərinin səmərəli təbliği turizm infrastrukturunun məqsədyönlü inkişafı nəzərdə tutulur.

İkinci hədəf milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, turizm rekreasiya zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, hava əlaqələrinin yaxşılaşdırılması, viza prosedurlarının sadələşdirilməsi daxil olmaqla, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılmasıdır.

Üçüncü hədəf isə regional turizm təşəbbüslərini həyata keçirməklə Azərbaycanda turizmi inkişaf etdirməkdir. Belə ki, daha yaxşı inteqrasiya olunmuş turizm sektoruna nail olmaq üçün sağlamlıq, qış ekoturizm kimi turizm növlərinin inkişafına investisiya qoyuluşları həyata keçiriləcəkdir. Dördüncü hədəf turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirməkdən turistlərin məmnunluğunu artırmaq üçün standartlaşdırma sertifikatlaşdırma sistemini təkmilləşdirməkdən ibarətdir.

 

S.Mustafayev

Mövqe.- 2017.- 6 iyul.- S.10.