Aqrar sektor regionlarda yeni inkişafa yol açır

Musa Quliyev: “Aqrar məhsulların ixrac potensialı dəfələrlə artacaq, eyni zamanda, urbanizasiya, demoqrafik proseslər tənzimlənərək kəndlərin xeyrinə dəyişəcəkQadir Bayramlı: “Ölkədə aqrosığortanın təmin edilməsi, zəmanətli alış sistemi qurulması da ixracat imkanlarımızı artıracaq

2017-ci ilin səkkiz ayı ərzində Azərbaycan 374,8 milyon dollar həcmində kənd təsərrüfatı məhsulu ixrac edib. bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Qeyd olunur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,4 faiz çoxdur. Aqrar sahədə bu dinamik artımın davamını gözləmək olarmı belə vəziyyətdə regionların inkişafında yeni mərhələnin başlanmasını demək mümkündürmü? Çünki aqrar məhsullar əsas etibarı ilə regionlarda istehsal edilir.

 

Milli Məclisin deputatı Musa Quliyev bildirdi ki, kənd təsərrüfatında dinamik artım növbəti illərdə davam edəcək bu fonda regionların inkişafında yeni mərhələ başlayacaq: “Cənab Prezident hələ 2014-cü ilin sonunda elan etdi ki,  Azərbaycan öz sosial-iqtisadi inkişafının yeni dövrünə, postneft erasına qədəm qoyur. Həmçinin Prezident postneft erasında inkişafı vacib olan sahələri sadaladı.

Qeyri-neft sektorunun əsasən kənd təsərrüfatı, nəqlliyyat kommunikasiya, turizm texnologiyalar sahəsi ölkəmizin gələcək uğurlarını müəyyən edəcək istiqamətlərdir. Bu prosesdə şübhəsiz ki, kənd təsərrüfatı aparıcı yeri tutur. Azərbaycanın ənənəvi aqrar təcrübəyə malik olması, əkinçilik, bitkiçilik, heyvandarlıq mədəniyyətinin mövcudluğu, yerləşdiyimiz regionun iqlim şəraiti yaşadığımız Vətəndə ekoloji cəhətdən təmiz dadlı aqrar məhsullar yetişdirməyə imkan verir. Digər tərəfdən, kənd təsərrüfatının inkişafı paralel olaraq turizm nəqliyyat sektorunun da canlanmasına təsir göstərir. Bu mənada cənab Prezident doğru olaraq 2015-ci ili «Kənd təsərrüfatı ili» elan etmişdi. Ondan sonrakı illərdə dövlət tərəfindən kənd təsərrüfatına xüsusi qayğı göstərilməkdə davam edir. İnvestisiya qoyuluşu, büdcədən bu sahəyə ayrılan vəsair ildən-ilə artır.

Kənddə yaşayan  insanlara dövlətin hərtərəfli qayğısı davam edir. Onlar torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Onlara subsidiyalar, əlverişli şərtlərlə kreditlər verilir. Fermerlər keyfiyyətli məhsuldar toxumlarla təmin olunurlar. Əldə olunan məhsulun alınmasında da dövlət tərəfindən ciddi dəstək göstərilir. Logistika mərkəzləri açılır, aqrar sahədə müasir texnologiyalardan istifadə edilir.

Cari ilin 8 ayında xaricə ixrac edilən kənd təsərrüfatı məhsullarının ötən ilin anoloji dövrü ilə müqayisədə 50 faizə qədər çox olması da dövlətin məhz bu sahəyə göstərdiyi diqqət qayğının nəticəsidir. Düşünürəm ki, illər keçdikcə bu sahədə artımlar daha dinamik şəkildə olacaq, kənd təsərrüfatı məhsullarının ixrac potensialı dəfələrlə artacaq. Ölkədə aqrar sahənin inkişafı eyni zamanda, urbanizasiya, demoqrafik proseslərin tənzimlənərək kəndin xeyrinə dəyişməsinə səbəb olacaq. Kənddə yerləri daha çox olacaq, burada çalışan insanların maddi səviyyəsi daha da yüksələcək. İnfrastruktur daha da yaxşılaşacaq kəndlərin şəhərə çevrilməsi prosesi uğurla davam edəcək. Kənd yolları təmir edilir, yeniləri tikilir, Kəndlərin qazlaşdırılması, elektrik enerjisilə təmin edilmənin yaxşılaşdırılması prosesi uğurla davam edir. Bütün bunlar regionların inkiaşfına dövlətin göstərdiyi hərtərəfli qayğının nəticəsidir. Prosesin uğurla həyata keçirilməsi fonunda turistlərin kəndlərə axını başlayacaq. Bütövlükdə yaxın illərdə aqrar sahdə daha böyük uğurların əldə edildiyinin şahidi olacağıq”.

İqtisad Universitetinin dosenti Qadir Bayramlının fikrincə, aqrar sahə məhsulları üzrə ixracatın daha da artımına nail olmaq üçün bir sıra vacib məsələlər həll edilməlidir: “Hər şeydən öncə kənd təsərrüfatının balanslı inkişafına nail olmalıyıq. Elə etmək lazımdır ki, həm daxili bazarımız yerli aqrar məhsullarla tam təmin edilsin, həm onun xaricə ixracı prosesi genişlənsin. Kənd təsərrüfatı məhsullarını həm birbaşa, xammal formasında, həm emal edilmiş şəkildə ixrac etməliyik. Çünki aqrosənaye məhsulları üzrə ixrac potensialımız vardır. Azərbaycanda yetişdirilən meyvə-tərəvəz məhsullarının böyük əksəriyyətinə xaricdə tələbat var. Bu potensialdan səmərəli istifadə etmək, kənd təsərrüfatı məhsullarının ixracatını artırmaq üçün bir sıra məsələlər öz həllini tapmalıdır.

Hər şeydən öncə ekstensiv təsərrüfat metodundan, intensiv, daha məhsuldar metoda keçməliyik. Yeni qurulan aqrosənaye parklarının fəaliyyəti səmərəli təşkil olunmalıdır. Kiçik təsərrüfatlardan, böyük, daha məhsuldar təsərrüfatlara keçmək lazımdır.  Suvarma şəraiti yaxşılaşmalı, fermerlər ucuz yanacaq, gübrə, ziyanvericilərə qarşı preparatlarla təmin edilməlidir. Ölkədə aqrosığortanın təmin edilməsi, zəmanətli alış sistemi qurulması da ixracat imkanlarımızı artıracaq. Həmçinin fermerlərin özlərinə birbaşa ixracat imkanları yaradılmalıdır. Ona görə onların məhsullarına münasibətdə sadələşdirilmiş gömrük şərtləri tətbiq olunmalıdır. Reklam işləri genişlənidrməli, xarici ölkələrdə kerçirilən kənd təsərrüfatı sərgilərində aktiv iştirak etməliyik. Məhsullarımızın xaricdə daha geniş həcmdə satılmasına nail olmaq üçün əcnəbi ölkələrdə yaşayan azərbaycanlı adamları ilə əlaqələri genişləndirməliyik. Xarici ölkələrin bazarları hərtərəfli analiz edilməlidir. Yeni bazar axtarışları istiqamətində mütəmadi işlər aparılmalıdır. Vergi endirimləri olmalıdır.  Qısaca, fermerlər lazım olan qayğı sərbəstliklə təmin edilərsə, daha çox məhsul ixrac etmək imkanımız da olar”.

Rüfət NADİROĞLU

Mövqe.- 2017.- 3 noyabr.- S.5.