KaspiiləGənc istedadlarliseyi şagirdlərinin sərgisi açılıb

Azərbaycan  Xalq Cümhuriyyəti Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətiləKaspiTəhsil  Şirkəti ilə BDU nəzdindəkiGənc istedadlarliseyi şagirdlərinin rəsm əsərlərindən ibarət sərginin açılışı olub.Modern.az xəbər verir ki, “KaspiTəhsil Şirkətinin təsisçisi Sona Vəliyeva tədbiri açaraq Azərbaycan Xalq Cümhuriyyəti BDU-nun 100 illik yubileylərinə həsr olunmuş tədbirin əhəmiyyətini qeyd edib, onun işinə uğurlar arzulayıb. Kaspi”nin yaranma tarixindən, missiyasından gələcək hədəflərindən bəhs edən Sona VəliyevaKaspiTəhsil Şirkəti Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsindən danışıb, liseylərarası əlaqələri yüksək qiymətləndirib. Hər iki lisey şagirdlərinin çəkdikləri rəsm əsərlərinin yüksək peşəkarlıqla qələmə alındığını bildirən Sona Vəliyeva onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.BDU-nun rektoru, akademik Abel Məhərrəmov prezident İlham Əliyevin sərəncamı iləXüsusi istedada malik olan şagirdlərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət proqramı”nın qəbulundan sonra bu proqrama uyğun olaraq 2007-ci ildən fəaliyyətə başlayanGənc istedadlarliseyinin başlıca vəzifə hədəflərindən bəhs edib. Liseyin əməkdaşlıq etdiyi təhsil müəssisələrindən danışan rektorKaspiTəhsil Şirkəti ilə əlaqələri xüsusilə qeyd edib bu qurumun fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi ugurları diqqətə çatdırıb. BDU-nun rektoru sonda rəsm sərgisinin şagirdlərin gələcək fəaliyyətləri yaradıcılıq imkanlarının genişləndirilməsi baxımından böyük bir stimul olacağını bildirib.

TədbirdəXalq Cəbhəsiqəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edib şagirdlərin istedadını yüksək qiymətləndiriblər.

SonraKaspiTəhsil Şirkəti Gənc istedadlarliseyi şagirdlərinin rəsm əsərləri nümayiş etdirilib.Hər liseydən 5 nəfər olmaqla on şagird 1-ci, 2-ci 3-cü yerlərin qalibi olub, digər şagirdlərə isə Fəxri Fərmanlar təqdim edilib.Onu da bildirək ki, yaxın günlərdə liseylərarası stolüstü tennis, şahmat, futbol intellekt yarışlarının keçirilməsi nəzərdə tutulur.

Mövqe.- 2018.- 19 aprel.- S.4.