Azərbaycana üz tutan turistlərin sayında dinamik artım yaşanır

 

Müzəffər Ağakərimov: 2025-ci il üçün Azərbaycan turizmin inkişafı baxımından dünyanın 20 aparıcı ölkəsi sırasına daxil olmalıdır

 

Natiq Cəfərli: Turistlərin sayının çoxalması Azərbaycan iqtisadiyyatı üçün əlavə qazancın gəlməsi deməkdir

 

2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1 milyon 55,6 min ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi vətəndaşlığı olmayan şəxs gəlib. Azərbaycana getdikcə üz tutan turistlərin sayında belə dinamik artım ilə bağlıdır bu, ölkə iqtisadiyyatı üçün vəd edir?

Turizm üzrə ekspert Müzəffər Ağakərimovun fikrincə, Azərbaycanda tez-tez baş tutan müxtəlif səpkili beynəlxalq tədbirlər ölkəmizə daha çox turistin axın etməsinə səbəb olub: Ölkədə keçirilən beynəlxalq tədbirlər, festivallar, idman yarışları Azərbaycana gələn qonaqların sayının daha da artmasına şərait yaradır. Bu mənada həmin məqsədlə ölkəmizə gələn qonaqlar da beynəlxalq miqyasda Azərbaycanın imici, nüfuzu adının formalaşmasında mühüm rol oynayırlar. Turizmin inkişafı yolunda atılan ən güclü reklam da məhz budur. Bu səbəbdən ölkəmizə gələn turistlərin sayı artıb həmin tendensiya davam edəcək.

Eyni zamanda, ölkəmizə turist axını edən ölkələrin sayı çoxalacaq. Turizmin inkişafı ölkə iqtisadiyyatı üçün mühüm müsbət təsirə malikdir. Turizmin inkişafı ilə qeyri-neft sektorunun inkişafı da sürətlə artır. Prosesin inkişafı həmçinin yeni-yeni yerlərinin açılması, gənc kadrların işlə təmin olunması, insanların rifah halının daha da yaxşılaşması deməkdir. Turizm Menecmentlik Universiteti, digər ali təhsil ocaqlarındakı turizm kafedraları turizm kolleclərini bitirən mütəxəssislər hesabına kadr istiqamətində keyfiyyət göstəricilərinin artacağı gözlənilir. Eyni zamanda, turizm üzrə strateji yol xəritəsində göstərildiyi kimi, 2020-2025-ci illər üçün Azərbaycan turizm sahəsində yüksək səviyyəyə çatmalıdır. Həmin dövr üçün Azərbaycan turizmin inkişafı baxımından dünyanın 20 aparıcı ölkəsi sırasına daxil olmalıdır. Təbii ki, əldfə edilən nəticələrlə kifayətlənmirik. 2020-ci il üçün 4,5 milyondan artıq turist qəbul etməliyik. Bu istiqamətdə lazım olan bütün işlər görülür. Gözəl infrastruktur yaradılır.

İqtisadçı-ekspert Natiq Cəfərli düşünür ki, bir çox ölkələrlə viza rejiminin ləğvi daxildə infrastrukturun inkişaf etdirilməsi turist axınının artmasına rəvac verib: Son illər vizaların sadələşdirildiyini müşahidə etdik. Bir neçə dəqiqə ərzində hava limanlarında vizaların verilməsi kimi addımların turizmin inkişafına ciddi təsiri olub. Yəni, viza sadələşdirilməsi həmişə turizmə ciddi təsir edən amil olub. Azərbaycanda da son iki ildə ardıcıl olaraq bu istiqamətdə qərarlar verildiyindən gələn turistlərin sayında artımlar müşahidə olundu. Bu istiqamətdə atılan növbəti addımlar, gələcəkdə daha bir neçə ölkə ilə viza rejiminin ləğvi turizmin inkişafına ciddi töhfə verəcək. Ona görə düşünürəm ki, növbəti mərhələdə əsasən Avropa Birliyi, Amerika, Kanada, Çin, Yaponiya kimi ölkələrlə viza rejiminin tamamilə ləğv olunmasına baxmaq lazımdır. Ölkəmizə turizm axınının artmasında ikinci səbəb yerli infrastrukturun daha çox inkişaf etdirilməsindən qaynaqlanır.

Ölkənin əsasən dağlıq təbiəti gözəl olan rayonlara daha çox turistin gəlməsi bölgə turizminin inkişafına şərait yaratdı. Kiçik ucuz otellər az-az olsa da artır. Keçən ilə nisbətən hostellərin sayında artımlar var. Amma bunlar yetərli deyil, daha da artmalıdır. Aparılan işlər nəticəsində Azərbaycan dünyanın turizm xəritəsində özünəməxsus yer tutub. Ölkəmiz əsasən ərəb ölkələrindən gələn turistlər üçün əyləncə dincəlmək nöqteyi-nəzərdən, devalvasiyadan sonra manatla daha sərfəli alış-veriş etmək baxımından çox sevimli yerə çevrilib.

Düzdür, hələlik hava daşınmasının sayı o qədər çox deyil. Ancaq onun da getdikcə artması gözlənilir. Bu sahədə rəqabətli mühitin artması ilə ölkəmizə daha çox turist axın edəcək. Ümumdünya Turizm Agentliyinin hesablamalarına görə istənilən turist istənilən ölkədə təxminən bir həftəyə 500-1000 dollar arasında pul xərcləyir. Bu da günə 70-150 dollar arasında pul deməkdir. Bu nöqteyi-nəzərdən turistlərin sayının çoxalması Azərbaycan iqtisadiyyatı üçün əlavə qazancın gəlməsi deməkdir. Belədə restoran kafelər daha çox pul qazanmaqla daha çox vergi ödəyəcəklər. Həm orada çalışanlar, restoran, kafe sahibləri həmin prosesdən yararlanaraq daha çox qazanmaq imkanı əldə edirlər. Nəticədə turizmin inkişafı əhalinin sosial vəziyyətinə müsbət təsir göstərir.

 

 

Rüfət NADİROĞLU

 

Mövqe.- 2018.- 26 iyun.- S.6.