İqtisadi islahatlar beynəlxalq miqyasda yüksək qiymətləndirilir

 

Cənubi Qafqazda cərəyan edən iqtisadi prosesləri diqqət mərkəzində saxlayan dünyanın aparıcı maliyyə-iqtisadi qurumları, o cümlədən nüfuzlu reytinq agentlikləri hesabatlarında Azərbaycanı əlverişli biznes mühitinə, yüksək investisiya cəlbediciliyinə, makroiqtisadi sabitliyə malik ölkə kimi səciyyələndirirlər. Dünya Bankı Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən birgə hazırlanan, biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən «Doing Business 2019» hesabatı da dünyada ən etibarlı reytinq göstəricilərindən hesab olunur.

 

Hesabat xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlardaQlobal Rəqabətlilik Hesabatı», «Qlobal İnnovasiyalar İndeksi», «İqtisadi Azadlıq İndeksi», «Qlobal İmkanlar İndeksi» s.) baza rolunu oynayır.

 

«Doing Business 2019» hesabatında respublikamız əksər indekslər üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Azərbaycan «Biznesə başlama» üzrə 9-cu, «Tikintiyə icazələrin alınması» üzrə 61-ci, «Elektrik təchizatına qoşulma» üzrə 74-cü, «Mülkiyyətin qeydiyyatı» üzrə 17-ci, «Kreditlərin alınması» üzrə 22-ci, «İnvestorların hüquqlarının müdafiəsi» üzrə 2-ci, «Vergilərin ödənişi» üzrə 28-ci, «Beynəlxalq ticarət» üzrə 84-cü və «Müqavilələrin icrasının təmin edilməsi» indeksi üzrə 40-cı, «Müflisləşmə» indeksi üzrə 45-ci yerdə qərarlaşıb. Bütövlükdə «Doing Business-2019» hesabatında 10 indikatordan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb.

 

«Doing Business 2019» hesabatında iki indikator - «Biznesə başlama» (Starting business) «Vergilərin ödənişi» (Paying taxes) birbaşa vergi məsələlərinə aiddir. Ölkəmiz hər iki göstərici üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, «Biznesə başlama» üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, «Vergilərin ödənilməsi» indikatoru üzrə 35-ci yerdən 28-ci yerə yüksəlib.

 

«Biznesə başlama» sahibkarın (sənaye kommersiya) biznesə başlaması üçün tələb olunan inzibati prosedurların sayı, sərf olunan vaxt xərclərin dəyəri, həmçinin ödənilmiş minimum kapitalın həcmini ifadə edir. Bu reytinq göstəricisi üzrə kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün yerinə yetirilməli olan prosedurların sayı 2, sərf edilən müddət 3 gündür. Burada prosedurlar onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə 1 gün, onlayn qeydiyyatdan keçmə üzrə isə (VÖEN ƏDV qeydiyyatı daxil) 2 günə bərabərdir.

 

«Biznesə başlama» göstəricisi xarici investisiya yeni texnologiyaların axını üçün stimullaşdırıcı təsir göstərən amil kimi dəyərləndirilir. Bu göstərici Azərbaycan üçün əlverişli sərmayə mühitinin olmasının bir təkanverici faktoru sayıla bilər. Xarici sərmayəçilər biznesin qeydiyyatında fəaliyyətə başlamada vaxt amilinə mühüm önəm verirlər.

 

«Biznesə başlama» prosedurları üzrə respublikamız əksər region ölkələrini üstələyir. Azərbaycanda bu göstərici üzrə prosedurların sayı 2 olduğu halda, Avropa Mərkəzi Asiya ölkələrində orta hesabla 5, OECD ölkələrində isə 4,8 təşkil edir.

 

Vaxt (gün) indeksi Azərbaycanda 3, Avropa Mərkəzi Asiya ölkələrində 12,1, OECD ölkələrində 9,2-dir. Xərc indeksi üzrə (adambaşına düşən gəlirin faizi) Azərbaycanın əmsalı 1,3, Avropa Mərkəzi Asiya ölkələrinin əmsalı 5,3, OECD ölkələrinin əmsalı 3,4-dür. Minimum kapital (adambaşına düşən gəlirin faizi) üzrə respublikamız 0 əmsalına, Avropa Mərkəzi Asiya ölkələri 5,8, OECD ölkələri 8,8 əmsalına malikdir.

 

Hesabatın «Vergilərin ödənilməsi» indeksi üzrə respublikamız MDB məkanında ilk yerlərdən birini tutur. Bu metodologiyaya əsasən, orta ölçülü şirkətin il ərzində ödəməli olduğu vergi ödəmələr, həmçinin onların inzibatçılıq yükü müəyyən edilir. Vergi ödəmələrə müxtəlif mənbələrdən olan mənfəət gəlirlərə görə vergilər, o cümlədən əmlak icarəsindən vergilər, dividend kapital vergiləri, maliyyə köçürmələrindən əldə edilən gəlirdən vergilər, işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil, yol vergiləri sair aid edilir.

 

Dövlət büdcəsinə vergilərin ödənilməsi bəyannamələrin təqdim edilməsi sahəsində vergi sistemində tətbiq olunan yeniliklər əvvəlki illərin reytinq cədvəllərində öz əksini tapıb «Vergilərin ödənişi» göstəricisi ölkəmizin xeyli irəliləməsinə səbəb olub. Hesabatda isə ölkədə sosial müdafiə ayırmaları üzrə hesabatların ödənişlərin elektron formada aparılması digər sahələrdə əldə edilmiş nailiyyətlər nəzərə alınıb. Ötən dövr ərzində Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının ödənişi hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb həmin hesabatların hazırlanıb ödənilməsinə sərf olunan vaxt 40 saat qiymətləndirilib. Digər yığımlar - sosial müdafiə ayırmaları, mənfəət əlavə dəyər vergisi üzrə 159 saat müəyyənləşdirilib. Ödənişlərin sayı 6, ümumi vergi dərəcəsi isə 39,8 faiz qeyd olunub.

 

Son illərdə qlobal maliyyə böhranına rəğmın, beynəlxalq maliyyə qurumlarının analitiklərinin ölkəmizlə bağlı nikbin proqnozlar səsləndirməsi hökumətin yürütdüyü çevik makroiqtisadi siyasətin səmərəli nəticələri ilə şərtlənir. Xüsusilə neft qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər son illər qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin artmasına səbəb olub. Ən müxtəlif maliyyə qurumları 2019-cu ildə Azərbaycanda ümumi daxil istehsalının 2 faizdən aşağı olmayacağını proqnozlaşdırırlar. Bu nikbin proqnozlar, ilk növbədə, respublikamızda makroiqtisadi sabitliyin əlverişli biznes mühitinin formalaşdırılması tədbirləri ilə bağlıdır. Respublikamızda biznesə başlama vergi nəzarəti tədbirləri ildən-ilə sadələşdirilir, vergi inzibatçılığı təkmilləşdirilir, vergi dərəcələri optimallaşdırılır.

 

Xatırlatmaq yerinə düşər ki, son 5 ildə Vergi Məcəlləsinə əlavə dəyişikliklər mütərəqqi xarakteri ilə ölkədə biznes mühitinin yaxılaşmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin güclənməsinə mühüm töhfə olub. Kiçik orta sahibkarlıq subyektlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, sahibkarlıq subyektlərinin qeydiyyatı sisteminin sadələşdirilərək «vahid pəncərə» prinsipi əsasında aparılması, gömrük orqanlarında da bu sistemin təşkili, texnoparkların

 

yaradılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi digər addımlar bu baxımdan xüsusi vurğulanır.

 

Son illər, həmçinin, ölkədə sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, aqrar-sənaye komplekslərinin, texnoparkların biznes-inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Bütün bunlar göstərir ki, dövlətin özəl bölmənin inkişafı dəstəklənməsi ilə bağlı həyata keçirdiyi tədbirlər davamlıdır, ardıcıldır məntiqi cəhətdən biri-birini tamamlayır.

 

Ölkə başçısının 2014-cü il 3 mart tarixli «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmanı sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsinə əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir. Fərman əsasında hazırlanacaq təkliflər tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkəsinə qoşulma, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı şərtlərinin sadələşdirilməsini, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət xərclərin azaldılmasını təmin edib. Ümumilikdə, fərman respublikamızda biznes mühitinin daha da liberallaşmasını, sahibkarlar üçün daha münbit fəaliyyət imkanlarını stimullaşdırıb.

 

Son illər Azərbaycanda elektron xidmətlərin tətbiqi sürətləndirilib, fiziki hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimdə qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanılıb, aparılan yoxlamaların vahid məlumat reyestri yaradılıb. Ölkəmizdə elektron xidmətlərin tətbiqi ictimai həyatın bütün sahələrini, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətləri əhatə edir. Hazırda müxtəlif dövlət qurumları üzrə 420-dən çox xidmət elektron formada həyata keçirilir bunların sayı davamlı olaraq artır.

 

Məhz həyata keçirilən bu digər islahatların nəticəsi olaraq inkişaf tempi qeyri-neft-qaz sektoru hesabına təmin edilir bu uğurlu makroiqtisadi tendensiya beynəlxalq təşkilatlar maliyyə qurumları tərəfindən müsbət dəyərləndirilir.

 

Samir Mustafayev

Mövqe.- 31  avqust.- S.7.