Qeyri-neft sektoruna yönəldilən daxili investisiyaların həcmi artır

 

 

Hazırda respublikamız inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində intibaha xidmət edən, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan, bir sözlə, insan inkişafına xidmət edən infrastruktur layihələrini gerçəkləşdirmək imkanı yaradır. Hökumət ölkə iqtisadiyyatının inkişaf perspektivləri nəzərə alaraq müəyyən məqamlarda böyük maliyyə hesabına başa gələn infrastruktur layihələrinə vəsait ayırır.

 

İqtisadiyyatın şaxələndirilməsi qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin davamlı olaraq artırılması istiqamətində düşünülmüş strategiya həyata keçirən Azərbaycan hökuməti 2019-ci ilin 9 ayında da karbohidrogen resurslarından asılılığın azaldılması, investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması digər mühüm istiqamətlərdə pozitiv göstəricilərə imza atıb.

 

Hökumət iqtisadiyyata əsaslı kapital qoyuluşu prosesində əcnəbi sahibkarlıq subyektlərinin fəal iştirakını təmin etməyə çalışır, bu məqsədlə «açıq qapı» siyasəti həyata keçirilir. Ölkədə əcnəbi investorların hüquq mənafelərinin qorunmasına, mülkiyyətininin toxunulmazlığına, yerli sahibkarlara bərabər şəraitinin yaradılmasına, əldə edilmiş mənfəətdən maneəsiz istifadəsinə imkan verən mükəməl qanunvericik sistemi mövcuddur.

 

Nazirlər Kabinetinin 2019-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası dünya ölkələrində iqtisadi böhranın səngimədiyi bir dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin artdığını investisiya reytinqinin yüksəldiyini göstərir. Hesabat dövründə iqtisadiyyatın bütün funksional sahələri üzrə optimal nəticələr əldə olunub, regionların sosial-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılmasına istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə strateji valyuta ehtiyatlarının artımına imkan yaradıb.

 

Bu mərhələnin diqqətçəkən göstəricilərindən biri qeyri-neft sektorunun dinamik artım tempinin qorunub saxlanılmasıdır. Büdcə gəlirlərinin formalaşmasında neft sektorunun payının ilbəil azalması da qeyri-neft sektorunun inkisaf etdirilməsi şaxələndirilməsi sahəsində həyata keşirilən genişmiqyaslı fəaliyyətin nəticəsidir.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı nitqində bununla bağlı demişdir: "Yenə qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər.

 

Bununla bərabər, bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulmuşdur. Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir. Mən, eyni zamanda, əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz

 

idi. Ancaq hazırda bu sahədə ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır".

 

Qeyri-neft sektorunda müşahidə edilən yüksək artım tempi hökumətin ortamüddətli perspektivdə qarşıya qoyuduğu strateji hədəflərə əsaslanaraq, ilk növbədə, makroiqtisadi sabitlik amili ilə şərtlənir. İlin 9 ayında Azərbaycanda ümumi daxili məhsulun 2.4 faizədək artması respublikamızın həm daxili, həm xarici sərmayələr üçün açıqlığını təmin edib.

 

Yeni regional proqram çərçivəsində yol-nəqliyyat, enerji, qaz infrastrukturunun, sosial obyektlərin tikintisi, su kanalizasiya təminatının yaxşılaşdırılması digər layihələr üzrə işlər davam etdirilib. Böyük iqtisadi siyasi potensiala malik olan Şərq-Qərb Şimal-Cənub tranzit nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi bu imkanlardan daha səmərəli istifadə olunmasını, bu sahədə gəlirləri artırmaqla, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edir.

 

Daxili investisiyaların yüksək artım tempi, ilk növbədə, respublikanın sosialyönümlü siyasətinin mahiyyətindən, cəmiyyət həyatının ən bütün sahələrində modernləşməyə nail olmaq, iqtisadi potensialın səmərəli realizəsinə etibarlı zəmin formalaşdırmaq məqsədindən irəli gəlir. Cəmiyyətin gələcəkdə əldə edəcəyi böyük faydalar nəzərə alınaraq, müəyyən məqamlarda böyük maliyyə hesabına başa gələn infrastruktur layihələri gerçəkləşdirilir. Köhnə infrastrukturla müasir Azərbaycanın artan ehtiyaclarını təmin etməyin, iqtisadi inkişafda davamlı sabit inkişafa nail olmağın, sahibkarlığı inkişaf etdirməyin, əhalinin həyat keyfiyyətini yüksəltməyin qeyri-mümkünlüyü yaxşı məlumdur. Dövlət vəsaitləri hesabına kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təmin olunması, yolların bərpası yenidən çəkilişi, zəruri infrastrukturun yaradılması s. işlər həyata keçirilir.

 

Ölkə iqtisadiyyatına umumi investisiya qoyuluşunda daxili investisiyaların xüsusi çəkisinin ilbəil artması həm ölkənin öz milli iqtisadiyyatını daxili resursları hesabına maliyyələşdirmək imkanında olduğunu, digər tərəfdən onun xarici amillərdən asılılığının azaldığını təsdiq edir. Qeyri-dövlət bölməsinin inkişafı sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində əsas kapitala investisiya qoyuluşlarında özəl sektorun rolu da artır. 2020-ci ildə ölkədə əsas kapitala investisiya qoyuluşlarında qeyri-dövlət bölməsinin payının daha da artacağı gözlənilir.

 

2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10146,2 milyon manat vəsait yönəldilib. Sərf edilmiş vəsaitin 66,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 65,4 faizi məhsul istehsalı sahələrinə, 25,0 faizi xidmət sahələrinə, 9,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,5 faizini təşkil edib.

 

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə təşkilatların vəsaitləri 57,5 faiz, büdcə vəsaitləri 26,9 faiz, bank kreditləri 7,3 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz, sair vəsaitlər isə 0,2 faiz təşkil edib.

 

2019-cu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində Nəqliyyat Agentliyinin "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, DOST Agentliyinin ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda "Azərxalça" ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində "SOCAR karbamid" zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Bakı şəhərində 960 yerlik ümümtəhsil məktəb binası, 140 yerlik məktəbəqədər təhsil müəssisəsi 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 1530 şagird yerlik 3 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 50 nəfər olan 3 ambulatoriya-poliklinika müəssisəsi, Şəki şəhərində 624 yerlik, İsmayıllı rayonunda 400 yerlik, Lerik, Cəlilabad Quba rayonlarının hər birində 180 yerlik olmaqla 3 ümümtəhsil məktəb binası, Goranboy, Qobustan Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

 

Əsaslı kapital qoyuluşlarının həcminin dinamik artması «Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə təkan verməklə yanaşı, ölkədə investisiya mühitinin yaxşılaşmasına sahibkarlığın inkişafı üçün sağlam mühitin formalaşmasına da imkan yaradır.

 

Samir Mustafayev

Mövqe.- 2019.- 22 oktyabr.- S.10