Erməni lobbisinə Fransada növbəti zərbə

 

 

Elman Nəsirov: “Fransa məhkəmələri tərəfindən verilən həmin qərarlar Parisin Azərbaycanın regionda yeri və rolunu yüksək qiymətləndirməsinin nəticəsidir”

Fransa məhkəməsi bu ölkənin daha bir kommunasının separatçı Qarabağ rejimilə imzaladığıxartiyanıləğv edib. Belə ki, Fransanın Lion inzibati məhkəməsi öz qərarı ilə cari ilin oktyabrın 17-də bu ölkənin Vilörban kommunası ilə Azərbaycanın işğal altında olan Şuşa şəhəri arasında 18 may 2015-ci ildə imzalanan qeyri-qanunisaziş”i ləğv edib. Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) verdiyi bəyanatda Azərbaycan Fransa milli qanunvericiliyinə zidd olaraq imzalanan həmin "saziş"in ləğv olunmasına dair verilən sözügedən qərarı alqışlayıb.

 

Nazirliyin Mətbuat xidməti idarəsinin məlumatına görə, bu günədək Fransa şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan "yerli hakimiyyət orqanları" arasında imzalanan 10 qanunsuz "müqavilə" Fransanın müvafiq məhkəmə qərarları ilə ləğv olunub. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi mərkəzi olan Şuşa şəhəri ilə imzalanmış 3 qanunsuz "xartiya"nın hamısı ləğv edilib. Ardınca qeyd edilir ki, Azərbaycan tərəfi hazırda qüvvədə olan Fransa qanunvericiliyi, xüsusilə ölkə Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil edən digər qeyri-qanuni "sənədlər"in    tezliklə Fransa Məhkəmələri tərəfindən ləğv ediləcəyinə inanır.

 

Göründüyü kimi, Fransa məhkəmələri cari il ərzində artıq neçənci dəfədir ki, qanuna söykənərək belə doğru qəralar verir. Buna səbəb nədir? Bu vəziyyətdə Ermənistanın, erməni lobbisinin güclü olduğu Fransada belə Azərbaycana məğlub olduğunu demək olarmı?

 

 

 

Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, Fransa məhkəmələrinin bu ölkədəki bir sıra kommunaların separatçı rejimlə bağladığısazişləriləğv etməsinin başlıca səbəbi Azərbaycanın dünya miqyasında artan nüfuzu ilə bağlıdır:Artıq Fransa dövlətində bu ölkənin ayrı-ayrı kommunalarının qondarma rejimlə imzaladıqlarıdostluqxartiyalarının ləğv olunması prosesi dinamik şəkildə davam etməkdədir. Məlumata görə artıq ləğv olunan bu tipdostluqxartiyalarının sayı 10-a çatıb. Bu proses getməkdədir.

 

Görünür, müəyyən zamanda Dağlıq Qarabağdakı qondarma rejimlə bu istiqamətdə çox intensiv şəkildə gedib. Fransadakı erməni lobbisi diasporunun imkanlarından istifadə etməklə belə qeyri-qanuni addımlar atıblar. Lakin son zamanlar bu istiqamətdə əks prosesin getdiyini müşahidə edirik. Bu da təbii ki, səbəbsiz deyil. Birinci səbəb onunla bağlıdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hücum taktikasına söykənən xarici siyasət kursu öz  nəticələrini verməkdədir. Bu nəticələr dərhal əldə olunmur. Bunun üçün müəyyən zaman lazımdır. Səbrlə gözləmək lazımdır ki, atılan addımlar öz effektini versin. Bu istiqamətdə dövlət başçımızın olduqca məsuldar fəaliyyəti var.

 

Eyni zamanda, Heydər Əliyev Fondu xüsusilə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu istiqamətdə çox fəal aparır. Leyla xanım ƏliyevanınXocalıya ədalətkampaniyası bütün qitələri əhatə edib. Bəzən səbirsiz olub dərhal nəticənin olmasını istəyirik. Amma gördüyümüz kimi, zaman keçdikcə hər şey öz yerini tapır. Artıq Fransa dövləti onun fərqindədir ki, erməni təxribatlarına uyaraq belə addımların atılması,  Parisin özünün üzərinə götürdüyü beynəlxalq öhdəliklərin prinsip normalarına ziddir. Eyni zamanda, Fransa məhkəmələri tərəfindən verilən həmin qərarlar həm Parisin təbii ki, Azərbaycanın regionda yeri rolunu yüksək qiymətləndirməsinin nəticəsidir”.

 

Həmsöhbətimizin fikrincə, burada erməni lobbisi diasporunun Paşinyanın siyasətindən məyus olması da öz rolunu oynayıb: “Bu, həm onunla bağlıdır ki, Ermənistanda Paşinyan rejiminin həyata keçirdiyi siyasət Fransanın özündəki çoxsaylı erməni diasporu lobbisini məyus edib. Görürlər ki, Paşinyanın qeyri-müəyyən siyasəti, populist bəyanatları, bir çox hallarda avanturist davranışı Ermənistanın özünü çıxılmaz vəziyyətə salır. Erməni lobbisi diasporu görür ki, Paşinyanın gəlişilə erməni xalqının həyatında nəinki müsbətə doğru dəyişiklik olmadı. Əksinə, proses daha təhlükəli istiqamətdə getməkdə insanların sosial rifahı daha da aşağı düşməkdədir.

 

Hesab edirəm ki, Fransanın təşəbbüskarı olduğu bir sıra layihələrdə ölkəmizin iştirak etməsi Parisin Azərbaycana xüsusi önəm verməsinin nəticəsidir.  Xüsusən bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında ölkəsinin təşəbbüskarı olduğu ağır xəstəliklərə qarşı mübarizəni özündə ehtiva edən mühüm bir layihədə Bakının iştirakını xahiş etmişdi. Azərbaycan Prezidenti buna razılıq vermişdi. Hər halda Makron hər prezidentə zəng edərək belə xahişlərdə bulunmur. Makron adətən o dövlətin başçılarına zəng edir ki, onun yaxşı maliyyə-iqtisadi imkanı olsun, habelə beynəlxalq sülhə, təhlükəsizliyə, sağlamlığa ciddi dəstək versin”.

 

Deputatın fikrincə, rəsmi Bakının atdığı ardıcıl prinsipial addımlar Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirir ki, nəticədə Paris onunla hesablaşmalı olur: Bütün bu söylənilənlər o qənaətə gəlməyə əsas verir ki, atılan addımlar yürüdülən düzgün, prinsipial, qətiyyətli siyasət  nəticə etibarı ilə Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir bu amil Fransaya da təsirsiz qalmır. Ona görə Fransada Ermənistanı xeyli dərəcədə məyus edən bu kimi addımlar indi baş verməkdədir”.

 

Rüfət NADİROĞLU

Mövqe.- 2019.- 22 oktyabr.- S.5