Qeyri-neft məhsullarının ixracı təmin
edilir
Müasir
tələblərə cavab verən, yüksək
texnologiyalarla təchiz olunan yeni sənaye və emal müəssisələrinin
açılması hər bir ölkədə dünya
bazarlarına rəqabətə davamlı məhsulların
çıxarılmasına, bütövlükdə
ixracın şaxələndirilməsinə imkan yaradır. İxracın qeyri-neft sektoru hesabına
genişləndirilməsi istiqamətində sistemli tədbirlər
həyata keçirən Azərbaycan xarici ticarət
dövriyyəsinin strukturunda da müsbət keyfiyyət dəyişikliklərinə
nail olur.
Dövlət Statistika Komitəsinin
məlumatına əsasən, 2019-cu ilin yanvar-iyul aylarında
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri
dünyanın 177 ölkəsindəki tərəfdaşları
ilə ticarət əməliyyatları həyata keçirib.
107 ölkəyə məhsul ixrac olunub, 164 ölkədən
idxal olunub. Gömrük orqanlarında
qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi
tam başa çatdırılmamış ixrac olunan xam neft və
təbii qazın statistik qiymətləndirilmiş dəyəri
nəzərə alınmaqla 2019-cu ilin yanvar-iyul aylarında
ölkənin xarici ticarət dövriyyəsi 19932,8 milyon
ABŞ dolları, o cümlədən ixracın dəyəri
11499,1 milyon dollar, idxalın dəyəri 8433,7 milyon dollar təşkil
edib. Nəticədə 3065,4 milyon dollarlıq
müsbət ticarət saldosu yaranıb: 2018-ci ilin yanvar-iyul
ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi
faktiki qiymətlərlə 14,0 faiz, real ifadədə isə
6,0 faiz, o cümlədən idxal 15,6 faiz, ixrac 1,2 faiz artıb.
Dövlət Gömrük Komitəsinin
məlumatlarına əsasən ixracın 30,1 faizini
İtaliyaya, 12,2 faizini Türkiyəyə, 6,1 faizini İsrailə,
hər biri 5,6 faiz olmaqla Hindistan və Çinə, 4,9 faizini
Almaniyaya, 3,8 faizini İspaniyaya, hər biri 3,4 faiz olmaqla Rusiya
və Çexiyaya, 3,3 faizini Fransaya, 3,1 faizini
Gürcüstana, 2,4 faizini Portuqaliyaya, 2,2 faizini Ukraynaya,
13,9 faizini isə digər ölkələrə göndərilmiş
məhsulların dəyəri təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların
ümumi dəyərinin 14,1 faizi İsveçrə, 14,0 faizi
Rusiya, 9,7 faizi Türkiyə, 8,6 faizi Çin, 6,7 faizi ABŞ,
4,8 faizi Almaniya, 4,6 faizi Kanada, 3,8 faizi İran, 3,5 faizi
Avstraliya, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, 2,0 faizi Fransa, 1,7
faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr
ilə aparılmış idxal əməliyyatlarının
payına düşüb.
2019-cu ilin yanvar-iyul aylarında ölkədən
1133,0 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları
ixrac edilib və bu da 2018-ci ilin yanvar-iyul aylarına nisbətən
faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə isə
12,8 faiz çoxdur. Qeyri neft-qaz məhsulları
üzrə ixracın dəyərində Rusiyaya (34,9 faiz),
Türkiyəyə (22,2 faiz), Gürcüstana (8,9 faiz),
İsveçrəyə (7,8 faiz), İtaliyaya (2,9 faiz),
Ukraynaya (2,2 faiz), Yunanıstana (2,1 faiz), Çinə (1,7 faiz),
İrana (1,6 faiz) və Niderlanda (1,3 faiz) göndərilmiş
malların payı üstünlük təşkil edib.
2019-cu ilin yanvar-iyul aylarında
2018-ci ilin eyni dövrü ilə müqayisədə
mühüm məhsul növlərindən təzə meyvə
ixracı 26,2 faiz, təzə tərəvəz – 1,0 faiz, şəkər
– 49,2 faiz, tütün – 1,9 dəfə, meyvə və tərəvəz
şirələri – 36,3 faiz, çay – 2,2 faiz,
meyvə və tərəvəz konservləri – 6,4 faiz,
marqarin, qida üçün yararlı digər
qarışıqlar – 33,5 faiz, pambıq lifi – 2,0 dəfə,
pambıq ipliyi – 43,0 faiz, emal olunmamış alüminium – 6,2
faiz, qara metallardan yarımfabrikatlar – 39,5 faiz, bentonit gili – 5,2
faiz artmış, kartof ixracı isə 7,4 faiz, bitki
yağları – 33,9 faiz, təbii üzüm şərabları
və üzüm suslosu – 20,7 faiz, polietilen – 1,1 faiz, qara
metallardan borular – 82,5 faiz azalıb.
Ölkə sahibkarlarının
xarici bazarlara çıxış imkanlarının genişlənməsi
həm də qanunvericiliyin təkmilləşdirilməsi və
gömrük prosedurlarının sadələşdirilməsi
tədbirləri ilə izah olunur. Ölkə
başçısının 1 fevral 2007-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş «Azərbaycan Respublikası gömrük
sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət
Proqramı»nın əhəmiyyəti bu baxımdan xüsusi
qeyd olunmalıdır. Proqram dövlətin gömrük siyasətinin
müasirləşdirilməsinə imkan yaradıb və xarici
iqtisadi əlaqələrini genişləndirib.
Son illər dövlət idarəçiliyinin
bütün sahələrində olduğu kimi, gömrük
orqanlarının fəaliyyətində elektron xidmətlərin
geniş tətbiqi də diqqət mərkəzindədir.
Hazırda Gömrük Komitəsi tərəfindən 20-ə
yaxın elektron xidmət göstərilir. «E-gömrük» bəyannaməsinin
verilməsi; elektron qaydada ilkin məlumatlandırma; xarici
iqtisadi fəaliyyət iştirakçılarına həyata
keçirdikləri idxal-ixrac əməliyyatları haqqında
statistik məlumatların verilməsi; rüsumsuz ticarət
mağazasının təsis edilməsinə dair icazə
verilməsi üçün müraciətin və sənədlərin
qəbulu; gömrük brokeri və gömrük
daşıyıcısı fəaliyyətinə
lisenziyanın verilməsi, onun fəaliyyətinin
dayandırılması və ləğv edilməsi
üçün müraciətin və sənədlərin qəbulu;
gömrük və müvəqqəti saxlanc
anbarlarının təsis edilməsinə lisenziyanın verilməsi;
vətəndaşlardan Dövlət Gömrük Komitəsinə
daxil olan sorğu və məktubların icrasının
müraciət edənlər tərəfindən onlayn izlənilməsi;
yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə
bağlı gömrük ödənişlərinin
hesablanması məsələləri aiddir.
Azərbaycan Respublikası Prezidentinin 4 mart
2016-cı il tarixli "Gömrük sistemində
islahatların davam etdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında" sərəncamı da bu
baxımdan mühüm əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunur ki, "Gömrük
sistemində həyata keçirilən son islahatlar nəticəsində
dövlət sərhədinin buraxılış məntəqələrinin
buraxılış qabiliyyətini artırmaq və vətəndaşların
rahatlığını təmin etmək üçün
malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin
daha da təkmilləşdirilməsi, ticarət-iqtisadi
münasibətlərdə idxal-ixrac əməliyyatlarının
rəsmiləşdirilməsinin sadələşdirilməsi,
bütün istiqamətlərdə gömrük işinin beynəlxalq
standartlara uyğun aparılması, normativ hüquqi bazanın
yaradılması, ticarətin asanlaşdırılması,
gömrük sərhədindən mal dövriyyəsinin
sürətləndirilməsi, ölkədə
sahibkarlığın inkişafında və biznes
mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin
möhkəmləndirilməsində gömrük sisteminin
rolunun daha da artırılması üçün bir sıra
məqsədyönlü işlər görülmüşdür".
Sərəncamda Azərbaycan
Respublikasının Gömrük Komitəsinə bir sıra
mühüm məsələlərlə yanaşı, məmur-vətəndaş
təmasının minimuma endirilməsi və elektron
gömrük xidmətlərinin daha da genişləndirilməsi
məqsədi ilə bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu
iki ay müddətində təmin etmək
tapşırılmışdı. Komitə, həmçinin
elektron xidmətlər göstərilməsi ilə əlaqədar
olaraq, müvafiq sahələrdə ayrı-ayrı dövlət
orqanları ilə qarşılıqlı elektron informasiya
mübadiləsinin həyata keçirilməsini təmin
edib. Gömrük nəzarətinin səmərəliliyini
artırmaq məqsədi ilə gömrük sistemində
mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə
etməklə, gömrük işi sahəsində risklərin
avtomatlaşdırılmış idarəetmə sistemini təkmilləşdirib.
Böhran dövründə
ölkənin tədiyyə balansını tənzimləmək,
habelə xarici valyuta axınını təmin etmək,
idxaldan asılılığı maksimum dərəcədə
azaltmaq üçün qarşıya qoyulmuş strateji məqsədlərdən
biri də sahibkarların ixrac imkanlarının
genişləndirilməsidir. “Qeyri-neft
məhsullarının ixracının
stimullaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 18 yanvar tarixli Sərəncamında kənd
təsərrüfatı və emal məhsullarına ixracla
bağlı geri ödəmə dəstəklərinin verilməsi,
xarici ölkələrə ixrac
missiyalarının təşkil edilməsi, “Made in Azerbaijan”
brendinin xarici bazarlarda təşviqi və s. nəzərdə
tutulur. Ölkə başçısının 1 mart
2016-cı il tarixli «Qeyri-neft məhsullarının
ixracının təşviqi ilə bağlı əlavə
tədbirlər haqqında» Fərmanı bu baxımdan
mühüm əhəmiyyətə malikdir.
Sənəd 2016-2020-ci illərdə Azərbaycan
Respublikasında istehsal olunan qeyri-neft məhsullarının
ixracının təşviqi istiqamətində əlavə tədbirlərin
həyata keçirilməsi məqsədini önə çəkir.
Fərmana əsasən, qeyri-neft məhsullarının
ixracı ilə məşğul olan şəxslərə
dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi
ödənilir. 2020-ci il dekabrın 31-dək qüvvədəcə
olacaq həmin fərmana görə, ödəniləcək
ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına
görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində
nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil
edir.
İnvestisiya təşviqi sənədi Azərbaycan
Respublikasının Vergi Məcəlləsində və
"Gömrük tarifi haqqında" Azərbaycan
Respublikasının Qanununda müəyyən edilmiş
güzəştləri əldə etməyə əsas verən
sənəddir. Bu güzəştlərə mənfəət
və ya gəlir vergisinin 50 faizindən azadolma; torpaq və əmlak
vergisindən tam azadolma; layihə çərçivəsində
xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və
qurğunun gömrük rüsumu və ƏDV-dən tam
azadolma aiddir.
İqtisadiyyat Nazirliyinin məlumatına
əsasən, 2019-cu il 1 aprel tarixinədək 304 sahibkarlıq
subyektinə 350 investisiya təşviqi sənədi təqdim
edilib. İnvestisiya təşviqi sənədi təqdim
edilmiş layihələrin reallaşması nəticəsində
yerli istehsala 3 milyard manatdan çox investisiya
yatırılacağı, 23 minə yaxın yeni iş
yerinin açılacağı bildirilir.
Xarici ölkələrdə
dövlətin və yerli ixracatçıların iqtisadi-ticarət
maraqlarının qorunması və təmsil edilməsi, yerli
məhsulların xarici ölkələrin bazarlarına
çıxışının genişləndirilməsi məqsədi
ilə Azərbaycanın xarici ölkələrdə fəaliyyət
göstərən səfirlik və konsulluqlarında
ticarət nümayəndələrinin təyini də əhəmiyyətli
addımlardan biri olub.
Samir Mustafayev
Mövqe.- 2019.- 21
sentyabr.-
S.10