Sahibkarların dövlət qurumlarından informasiya alması asanlaşıb

 

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən strategiya nəticəsində ölkəmiz son illər böyük uğurlara imza atıb. Açıq hökumət prinsipləri, daim bu strategiyanın ayrılmaz hissəsi olaraq dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutub. Ölkəmiz açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə öz töhfəsini verib Açıq Hökumət Tərəfdaşlığıbeynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olub.

 

Dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən Birləşmiş Millətlər Təşkilatının 2015-ci ilDövlət Xidmətləri Mükafatınalayiq görülmüş innovativ “ASAN xidmətmodeli bu yanaşmanın uğurlu nümunəsidir. Açıq hökumət prinsiplərindən biri olan, ictimai iştirakçılığın genişlənməsi üçün qanunvericilik bazasını formalaşdıranİctimai iştirakçılıq haqqındaAzərbaycan Respublikası Qanununun qəbulu icrası dövlət orqanları yanında ictimai şuraların yaradılmasını, ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin müzakirəsində dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının daha sıx iştirakını təmin edib.

 

Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 148 ölkə arasında 35-cı yeri, Dünya BankınınDoing Business” 2018-ci il hesabatında isə 25-ci yeri tutub. Dövlət orqanları tərəfindən açıq hökumətin təşviqi üzrə həyata keçirilən layihələr təşəbbüslər prioritet müəyyən edilib, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına dəstək göstərilib. Şəffaflığın artırılması korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilir korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin edilməkdədir. Bu tədbirlər eyni zamanda iqtisadi sahədə aparılan islahatları tamamlamış dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaradıb.

 

Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsi nəzərdə tutulan tədbirlərin əhatəsi Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi korrupsiyanın qarşısının alınması üçün mövcud güclü siyasi iradənin növbəti göstəricisi olub. Milli Fəaliyyət Planı vətəndaş cəmiyyəti üzvlərinin fəal iştirakı ilə hazırlanıb çoxsaylı ictimai dinləmələrdə müzakirə edilib. Proqramla Vergilər Nazirliyi digər qurumlar qarşısında müəyyənləşdirilmiş vəzifələrdən biri sahibkarlar üçün daha liberal, şəffaf mühitin formalaşdırılması idi.

 

Xatırladaq ki, son illər qəbul olunmuş bir sıra dövlət proqramlarında, imzalanmış fərman sərəncamlarda sahibkarların məlumatlandırılması işinin müasir tələblər səviyyəsində qurulmasının vacibliyi ön plana çəkilir. Ölkə başçısının 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 1-ci maddəsinə əsasən, şəffaflığın artırılması açıq hökumətin təşviqi baxımından informasiya əldə edilməsinin asanlaşdırılması nəzərdə tutulub. Fəaliyyət Planının 2-ci maddəsində dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi zərurəti önə çəkilib. Bu məqsədlə dövlət orqanlarının öz fəaliyyəti barədə məlumatları

 

mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməsi; dövlət orqanlarının öz fəaliyyəti barədə illik məruzələr tərtib etməsi internet səhifələrində açıqlaması; dövlət orqanlarının öz fəaliyyəti barədə mətbuat konfransları ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsi; digər mühüm tədbirlər təmin edilib.

 

Son illər sahibkarların məlumatlandırılması istiqamətində həyata keçirilən mühüm layihələrdən biri universal telefon-məlumat xidmətinin yaradılması olub. Xatırladaq ki, Nazirlər Kabinetinin 2013-cü il 28 oktyabr tarixli sərəncamına əsasən, Vergilər, Maliyyə, Ədliyyə, İqtisadiyyat, Əmək Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, habelə Dövlət Gömrük Komitəsinin Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət sahələrini əhatə edəcək «Sahibkarlıq fəaliyyəti sahəsində Universal Çağrı Mərkəzi»nin yaradılması nəzərdə tutulmuşdu. Belə bir mərkəzin yaradılmasında başlıca məqsəd sahibkarlara göstərilən dövlət dəstəyinin səmərəliliyinin artırılması, dövlət sahibkarlar arasında münasibətlərin yaxşılaşdırılması sadələşdirilməsi, fiziki hüquqi şəxslərin vahid mənbədən məlumat almalarının təmin olunması, əhali arasında hüquqi maarifləndirilmə işinin səviyyəsinin yüksəldilməsidir.

 

Xatırladaq ki, Vergilər Nazirliyinin «195» Çağrı Mərkəzi ilk dəfə 2003-cü ilin sonundan sahibkarların məlumatlandırılması müraciətlərinin qəbulu məqsədilə yaradılıb, Bakı şəhərini əhatə etməklə fəaliyyətə başlayıb. 2006-cı ilin may ayından mərkəzin əhatə dairəsi genişləndirilib, respublikanın bütün regionlarından gələn sual müraciətlərin qəbulunu həyata keçirib. 2014-cü ilin noyabr ayında Beynəlxalq Sertifikatlaşdırma Sorğu Mərkəzləri İnstitutu tərəfindən audit keçirilib bunun nəticəsində sorğu mərkəzlərinin idarəetmə sistemi üzrə vahid Avropa standartını müəyyən edən «Austrian Standards plus» təşkilatı tərəfindən Vergilər Nazirliyinin Çağrı Mərkəzinə "EN-15838" standartlarına uyğunluq barədə verilən sertifikat yenilənib.

 

2015-ci ilin fevral ayından Vergilər, Maliyyə, İqtisadiyyat, Ədliyyə, Əmək Əhalinin Sosial Müdafiəsi nazirliklərini, Dövlət Gömrük Komitəsini Dövlət Sosial Müdafiə Fondunu əhatə edən «195» Çağrı Mərkəzi fəaliyyətə başlayıb. Çağrı Mərkəzi iqtisadi qanunvericilik onun tətbiqi, təqdim edilən elektron xidmətlər barədə operativ, düzgün, vergi orqanlarına gəlmədən məlumat verilməsini, vergi qanunvericiliyinin pozulması halları barədə müraciətlərin qəbulunu təmin edib. Sahibkarların, vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, vergilər, rüsumlar sahibkarları maraqlandıran digər məsələlər barədə məlumat almalarını təmin etmək məqsədilə «195» Universal Çağrı Mərkəzi ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlər vahid telefon-məlumat xidmətinə inteqrasiya olunublar. Respublikanın istənilən regionundan stasionar nömrələrdən birbaşa «195» nömrəsinə edilən zəng, eləcə Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsiz həyata keçirilir.

 

2019-cu ilin 9 ayında «195» Universal Çağrı Mərkəzi tərəfindən vergi ödəyicilərinin vətəndaşların həm avtomatik, həm canlı rejimdə fəaliyyət zamanı müfəttiş-operatorlar tərəfindən müraciətləri cavablandırılıb, onların ərizə, şikayət və məlumat xarakterli müraciətləri qəbul olunub, vergi ödəyiciləri mesaj xidməti vasitəsilə məlumatlandırılıb. Bununla yanaşı, mərkəz tərəfindən gücləndirilmiş elektron imzaya, o cümlədən «Asan imza»ya dair müraciətlərin cavablandırılması

 

təmin edilib. Çağrı Mərkəzində «Asan imza» vasitəsilə əməliyyatların aparılması təmin edilib.

 

Qeyd edildiyi kimi, «195» Universal Çağrı Mərkəzi 2015-ci ildə fevralın 4-dən əhalinin, o cümlədən sahibkarların suallarının operativ keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başlayıb. Hazırda onun xidmətlərindən istifadə etmək üçün birbaşa 195 nömrəsinə zəng edərək, səsli menyunun köməkliyi ilə ya müvafiq düymələrdən birini seçərək birbaşa Vergilər, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Əmək Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Dövlət Gömrük Komitəsinə Dövlət Sosial Müdafiə Fonduna müraciət edilə bilər.

 

Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmizdə biznes mühitinin daha da liberallaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri sahibkarların müvafiq dövlət qurumlarından məlumat əldə etmək imkanlarının genişləndirilməsidir. Özəl sektorun təmsilçiləri ilə daha sıx təmasda olan, onlara müxtəlif xidmətlər göstərən nazirlik, komitə, xidmət agentliklər bu məqsədlə fəaliyyətlərində mütərəqqi yenilikləri nəzərə alır, informasiya-kommunikasiya texnologiyalarının ən son yeniliklərin, o cümlədən, “e-xidmətlər”in geniş tətbiqinə nail olmağa çalışırlar.

 

Samir Mustafayev

Mövqe.- 2019.- 25 sentyabr.- S.10