Prezidentin  səramcamı Nəsiminin  yaradıcılığını yenidən  təhlil etmək üçün fürsət yaradıb

 

Əbülfəs Qarayev: "Nəsimi ili" xalqımızın  mənəviyyatı və  mədəniyyəti  ilə  birbaşa  əlaqəlidir

Prezident İlham Əliyevin "Nəsimi İli” ilə əlaqədar sərəncamı bu böyük şəxsiyyətin yaradıcılığını, xalqımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaradıb.

Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi:

 

"O vaxt Nəsimiyə heykəl qoyuldu. Müəllifi Tokay Məmmədov olan həmin heykəl bu gün şəhərimizin ən gözəl yerlərindən birində ucalır. Eyni zamanda böyük mütəfəkkirə həsr olunan film çəkildi, elmi tədqiqatlar aparıldı, kitablar çap edildi”.

Nazir vurğulayıb ki, ötən illər ərzində Nəsiminin adı nəinki ölkə daxilində, hətta dünya miqyasında uca tutulub, dünya ictimaiyyəti onun yaradıcılığı ilə tanış olub:

"2017-ci ilin may ayında Parisdə, UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd olunub. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimipoeziya, sənət mənəviyyat festivalı keçirilib. Festival çərçivəsində ölkəmizdə çoxsaylı ölkələrdən ədiblər, alimlər tədqiqatçılar iştirak edirdi. Bu festival Nəsimi irsinin öyrənilməsi dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin təbliğinə yeni imkanlar açdı. "Nəsimi İlixalqımızın mənəviyyatı mədəniyyəti ilə birbaşa əlaqəlidir. Biz bu il üçün tədbirlər planı hazırlamışıq. İlk addımı buradan başlayırıq”.

Ə.Qarayev bu il həm ölkəmizdə, həm xaricdə müxtəlif tədbirlərin, sərgilərin, ədəbi-bədii axşamların təşkili, kitabların nəşrinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Mövqe.- 2019.- 30 yanvar.- S.4.