Qələbəmizi borclu olduğumuz qəhrəmanlarımızdan biri "Zəfər" ordenli şəhid polkovnik Babək Səmidli...

 

Mətləb Səmidli:“Babəkin özünün bir sözü vardı:”Ya qazi olmalıyıq, ya da şəhid!”

 

Müharibə 5-6 gün idi başlamışdı, şiddətli döyüşlər gedirdi, 9 yaşlı balaca oğlu mənə dedi ki, baba, mənim çox da balaca olmağıma baxma haa, xahiş edirəm atam yaralansa, ya şəhid olsa məndən gizlətmə

 

Oğlum Vətən uğurunda şəhid olub, dövlətimiz onun əməyini qiymətləndirib, Vətən sağ olsun!”

 

Əlində silah Zəfər yürüşünün önündə gedən Vətən oğullarının hər biri bizim üçün əzizdir, şəhidi , qazisi xalqımızın gözünün işığı, başının tacıdır. Bizə qələbə şərbəti içirən, bununla da xalqımızı 30 illik xiffətdən, möhnətdən, başı aşağı gəzməkdən xilas edən Vətən oğullarının sırasında şəhid polkovnik Babək Samidli var. Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlıq qabiliyyətinə malik zabitlərindən, komandanlarından biri kimi Babək Səmidli torpaqlarımızın işğaldan azad edilməsində misilsiz xidmət göstərib, əsgərlərinə atalıq, qardaşlıq edib. 46 yaşlı polkovnik Babək Səmidli qələbədən bir neçə gün sonra noyabrın 23-də öz əsgərlərinin cəsədlərini axtararkən Suqovuşanda minaya düşərək şəhid olub. Babək Səmidlinin şəhid olması xəbəri bütün ölkəyə yayıldı hər bir insan xalqımızın qeyrətli oğlunun şəhid olmasını yanğı ilə qarşıladı. Düşmən gülləsindən xilas olsa da, düşmən minasından xilas ola bilmədi qəhrəmanımız. Dekabrın 9-da Babək Mətləb oğlu Səmidli Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonraZəfərordeni ilə təltif edildi. Zəfəri qazanan Vətən oğuna Vətən müharibəsi ilə əlaqədar təsis edilənZəfərordeni verdi Vətən!   

1974-cü ildə Göyçayda doğulan Babək Səmidli həyatanı, taleyini Azərbaycan ordusuna bağlayıb, hər an bilib ki, onu qarşıda ya şəhidlik, ya da qazilik gözləyir. Buna görə , həmişə əzizlərini baş verə biləcək bu hadisələrə hazırlayıb.

 Vətən sag olsun!” deyir şəhid polkovnik Babək Samidlinin atası Mətləb həkim. Mətləb həkim Göyçayın adlı-sanlı həkimlərindən, ziyalılarından biridir. Oğluna Prezident tərəfindənZəfərordeni verilməsini Babəkinin ruhuna verilən böyük dəyər olaraq qiymətləndirir:”Allah dövlətimizi qorusun, Allah Prezidentimizin canını sağ eləsin. Oğlum Vətən uğurunda şəhid olub, dövlətimiz onun əməyini qiymətləndirib. Vətən sağ olsun! Biz 44 günlük Vətən müharibəsi dövründə həmişə gözləmişik ki, o ya şəhid, ya da qazi ola bilər. Müharibə başa çatsa da, o şəhid olan əsgərlərinin cəsədlərini yığmaqla, ailələrinə təhvil verməklə məşğul idi. Çünki valideynlər öz şəhid olan övladlarının cəsədlərini gözləyirdilər. Axırıncı dəfə mənimlə danışanda dedi ki, çoxunu yığmışam, 10-12 cəsəd qalıb, ata, onları da tapacağam, ailərinə verəcəyəm. O öz əsgərlərini axtarmalı idi, bu onun işi idi. Ona görə Babək sülhməramlılarla ermənilərlə birlikdə Suqovuşanda öz əsgərlərini axtarırdı. Bu zaman da minaya düşüb şəhid olub. Biz başqa deyə bilərik”.

Babək Səmidlidən iki oğul övladı yadigar qaldığını deyən Mətləb həkimin sözlərinə görə, Babəkin ailəsi onlarla bir yerdə yaşayır. Həyat yoldaşı iki oğlu bizim yanımızda Göyçayda yaşayır. Oğlanları məktəblidilər. Babəkin uşaqları bilirdilər ki, ataları hərbiçidir, onu gec-gec həftədə, on gündə bir dəfə görürdülər. Bilirdilər ki, müharibədir...kiçik oğlunun 9 yaşı var. Müharibə 5-6 gün idi başlamışdı, şiddətli döyüşlər gedirdi, 9 yaşlı balaca oğlu mənə dedi ki, baba, mənim çox da balaca olmağıma baxma haa, xahiş edirəm atam yaralansa, ya şəhid olsa məndən gizlətmə. Bunu hələ balaca uşaq deyir. Bir azca anası təlaşlanlırdı, həyacanlanırdı onu da yola gətirmişik. Ana ürəyidir... qədər çətin olsa da dözməliyik...Babək belə şərəfli həyat sürüb şəhid olub, o ən yüksək məqama çatıb, öz cənnətinə gedib.... Babəkin özünün bir sözü vardı:”Ya qazi olmalıyıq, ya da şəhid! 2016-cı ildə 4 günlük Aprel döyüşlərində Babək yaralandı qazi oldu. 44 günlük Vətən müharibəsində qalib oldular, müharibə zəfərlə bitdi. Müharibədən sonra isə məlum olduğu şəraitdə şəhid oldu. Babək hər iki məqama-qaziliyə , şəhidliyə ucaldı. Mən bir ata kimi bununla şərəf, qürur duyuram. Biz Babəkin şəhid olmasını çox da faciə kimi qəbul etmirik. Əsas odur ki, torpaqlarımız işğaldan azad olundu, bayrağımız işğaldan azad edilən ərazilərimizdə dalğalanır, təki insanlarımız öz doğma evlərinə qayıtsınlar. Bu gün Babəki hamı tanıyır, hər kəs onunla qürur duyur. Mən bir ata kimi oğlumla q ürur duyuram. Onsuz da bu dünya gəlimli-gedimli dünyadı, hamı gedəcək bir az tez, bir az gec, ancaq şərəflə getmək, torpaq, xalq, dövlət yolunda şəhid olmağın özü böyük şərəfdir. Bu bizim ailəmiz üçün şərəfdir”.

İki oğul bir qız böyüdüb boya başa çatdıran, onları Vətənə, xalqa layiq övlad kimi yetişdirən Mətləb həkim deyir ki, şəhid polkovnik ailənin sonbeşiyi olub:”Mənim iki oğlum bir qızım var. Böyük oğlumla qızım Bakıda yaşayırlar. Babək isə bizim yanımızda yaşayırdı. Babək sonbeşiyimiz idi. 1974-cü ildə doğulmuşdu”...

Mətləb həkim özü hiss etdirməsə , ata ürəyindən nələr keçdiyini duymaq elə çətin deyil. Bir tərəfdən Vətənə bəxş etdiyi qəhrəman oğlunun şəhidliyindən keçirdiyi qürur hissi, o biri tərəfdən isə balasının nakam taleyinin yaşatdığı ağrılar atanın ürəyində yuva salıb. Elə bir yuva ki, o yuvanı iləsə isitmək, ovutmaq çətindi. Təsəllisi Babəkindən əmanət qalan cüt nəvələri, bir oğlunun uca şəhidlik adıdır. Zəfərlə, qələbə ilə süslənən bu ömür isə əbədiyyətə qədər davam edəcək. Şəhidliyin qürur mənbəyimizdir cənab polkovnik!!!Səni heç vaxt unutmarıq!!!Ölümsüzlər unudulur, yaddan çıxır...Zamanın tufanları, boranları, acı yelləri belə ölümsüzlərə qalib gələ bilmir. Zəfərin və şəhidliyin mübarək polkovnik Babək Səmidli!!!

 

İradə SARIYEVA

Mövqe.- 2020.- 12 dekabr. S. 10.