Aqrobiznes sistemi kənd təsərrüfatına yeni yüksəliş vəd edir

 

Qadir Bayramlı: “Yerlərdə sistemli maarifləndirmə işləri aparılmalıdır”

 

Azərbaycanda ötən illər ərzində aqrobiznes sisteminin formalaşması istiqamətində bir sıra mühüm addımlar atılıb.

Bilindiyi kimi, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi» təsdiq edilib. Bu fonda hazırlanan «Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi»nin milli iqtisadiyyatın aqrar sahəsində biznesin formalaşmasında və onun səmərəliliyinin artırılmasında böyük əhəmiyyəti vardır.

Onu da qeyd edək ki, aqrobiznes sisteminə dövlət maliyyə yardımı məqsədli proqramlar çərçivəsində güzəştli kreditlər, subsidiyalar, kompensasiyalar, qrantlar, kreditlərə təminatlar verilməsi, lizinqin təşkili, sahibkarlara xidmət göstərən maliyyə - kredit qurumlarına stimullaşdırıcı tədbirlərin tətbiqi formasında həyata keçirilir. Hazırda Azərbaycanda aqrobiznesin tənzimlənməsi üçün tətbiq edilən əsas üsullar isə aşağıdakılardan ibarətdir: 1)Qiymətlərin və istehsalçıların gəlirlərinin sabit saxlanması. 2) xarici ticarətin tənzimlənməsi və vergi güzəştləri. 3)istehsalçıların xərclərinin azaldılmasına yönəlmiş tədbirlər, məsələn istehsal vasitələri üçün xərclərin kompensasiya edilməsinin müxtəlif üsulları (istehsalçılara birbaşa kompensasiyalar, lizinq sistemi, istehsal vasitələrinin aşağı qiymətə təqdim edilməsi). 4)kənd təsərrüfatı istehsalçılarına güzəştli kredit. 5)struktur siyasəti: istehsalçıların gəlirləri ilə əlaqədar olmayan müxtəlif dəstəkləmə tədbirləri.

Azərbaycanda aqrobiznes sisteminin formalaşması istiqamətində atılan bu kimi mühüm addımlar cari ildə kənd təsərrüfatına nə vəd edir?

Azərbaycan İqtisad Universitetinin dosenti Qadir Bayramlı qeyd etdi ki, ölkədə bizneslə bağlı fəaliyyətə yeni çalarlar gətirilməlidir: “Azərbaycanda aqrobiznesin inkişafı yolunda həlli vacib bir çox probemlər var. Ölkədə bizneslə bağlı fəaliyyətə yeni çalar, yeni dinamizm gətirmək lazımdır. Aqrobizneslə məşğul olanların biznes planları aşağı səviyyədədir. Yalnız çox az sayda fermerin bu sahədə

 müəyyən bilgiləri varonlar biznes planı tərtib edə bilir. Böyük əksəriyyətin isə biznes planı barədə anlayışı zəifdir, yaxud ümumiyyətlə yoxdur. Biznes planı qurmayan fermerin isə kredit alma imkanları aşağıdır. Habelə, onlar kreditdən istifadə istiqamətində də problemlərlə üzləşir”.

Həmsöhbətimizin fikrincə, burada geniş bazar araşdırmasına da ehtiyac var: “İkinci bir tərəfdən ölkədə aqrobiznesin geniş inkişafına nail olmaq üçün kənd təsərrüfatı sahəsində geniş bazar araşdırmasına ehtiyac vardır. Bu sahə də zəifdir. Digər tərəfdən, aqrar sığortanın geniş miqyasdamümkün qədər çox təsərrüfatı əhatə edən şəkildə inkişaf etdirməliyik. Bu, zəif yerdir. Aqrar sığortanın zəif olmasını fermerlərin mütləq əksəriyyəti öz çiyinlərində hiss edir. Həmçinin, fermerlərin uzun müddətli və az faizli kreditlərə ehtiyacı var.

Digər tərəfdən bu kreditlərin verilməsində ən önəmli şərt şəffaflığa əməl edilməsidir. Kənd təsərrüfatı sahəsinə yatırımlar, sərmayə də artırılmalıdır. Xüsusən də kəndlilər irriqasiya, suvarma sistemlərində ciddi şətinliklərlə üz-üzədirlər. Keçən il xarici sərmayədərlərin Azərbaycanın kənd təsərrüfatına maliyyə yatırmaq niyyətlərinin olduğu üzə çıxdı. Bu addımın atılması da aqrobiznesin inkişafına kömək edə bilər. Bir şərtlə ki, həmin sərmayələr ən çox ehtiyac olan sahələrə yönəlsin. Yəni suvarma sistemləri, torpaqların yaxşılaşdırılmasına. Fermerlərin satış bazarlarına çıxma imkanları da genişlənməlidir”.

Q. Bayramlı düşünür ki, bütövlükdə, fermerlərin problemlərini, onun nədən qaynaqlandığını öyrənməklə kənd təsərrüfatının daha ciddi inkişafına nail ola bilərik: “Ən önəmlisi, yerlərdə sistemli maarifləndirmə işləri aparılmalıdır. Bir çox ölkələrdə ayrıca kənd təsərrüfatına həsr edilən televiziya kanalları fəaliyyət göstərir. Kənd təsərrüfatı sahəsində araşdırmalar genişlənməli, Kənd Təsərrüfatı Akademiyasının elmi, maddi-texniki bazası gücləndiriıməlidir. Atılan addımlar daha sistemli və ardıcıl həyata keçirilərsə, proses ölkədə kənd təsərrüfatında əsaslı dönüşə səbəb ola bilər. Kənd təsərrüfatının əsas problemi ekstensiv təsərrüfat metodunun üstünlük təşkil etməsindədir ki, onu da intensiv metodla əvəzləməliyik. Bu kimi addımların həlli qarşıdakı dövrdə ölkəmizdə aqrar sahənin daha da dirçəldilməsinə, canlanmasına şərait yaradacaq”.

 

R. SOLTANOV

Mövqe.- 2020.- 8 yanvar. S. 10.