TANAP Rusiyanın da xüsusi maraq dairəsinə düşür

 

Fuad İbrahimov: “TANAP Rusiya üçün də maraqlı və diqqəti cəlb edən alternativ vasitədir”

 

Rusiya gələcəkdə Avropaya ixrac etdiyi qazın bir hissəsini TANAP kəməri vasitəsilə nəql edə bilər. Belə bir açıqlamanı Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov Azərbaycanın CBC telekanalına müsahibəsində verib. Səfir deyib ki, Rusiya qazı müəyyən mərhələdə Azərbaycanla Türkiyəni birləşdirən TANAP qaz kəməri ilə nəql oluna bilər.

“Mən Azərbaycanı TANAP layihəsinin işə salınması münasibətilə təbrik etmək istəyirəm, bu böyük uğurdur. Azərbaycan bu layihəyə yatırım qoyubindi onun bəhrəsini görməyə tam əsası var”, - Rusiya səfiri söyləyib. Boçarnikov əlavə edib ki, həm Azərbaycan, həm Rusiya neft-qaz ölkələridir və hər iki ölkə öz mineral ehtiyatlarını özü hasil edir. Səfir qeyd edib ki, hərçənd biz burada da əməkdaşlıq edirik, mən Rusiya şirkətlərinin Azərbaycanın neft, qazkondensat yataqlarının işlənməsində iştirakını nəzərdə tuturam: “Kim bilir, bəlkə bizim qaz da hansısa mərhələdə TANAP layihəsinə qoşulacaq, mən bunu istisna etməzdim”.

TANAP kəmərinin yekun fazasının açılışı 2019-cu il noyabrın 30-da baş tutub. Səfirin bu açıqlaması daha bir qaz ixrac layihəsi olanTürk axını” boru kəmərinin açılışı ərəfəsində verilib. Rusiyanın təbii qazını Türkiyəyə və Türkiyə üzərindən Avropaya çatdıracaq “Türk axını” boru kəməri 31 dekabr 2019-cu il tarixindən etibarən qazın axmasına hazır hala gətirilib. 2020-ci ilin yanvarın 8-də isə kəmərinin açılışı mərasimi keçirilib. Rusiyanın Anapa şəhərindən Kıyıköyə uzanan və hərəsi 935 km-dən ibarət iki ayrı kəmər olanTürk axını” layihəsinin tikinti prosesi bununla da başa çatmış oldu.

Hər bir xətti ilə 15,75 milyard kubmetr olmaqla cəmi 31,5 milyard kubmetr qaz ixrac edə bilən “Türk axını” layihəsi Avropaya qaz ixracına imkan yaradacaq. TANAP isə Türkiyənin Gürcüstanla olan sərhəddindən Yunanıstanla olan sərhəddinə qədər uzanan kəmərdir. Bu kəmər Azərbaycanda hasil edilən qazın Avropaya nəqliyinə imkan verir.

Rusiyanın gələcəkdə bu kəmərə qoşulma imkanı yaranarsa ondan istifadə edəcəyi yəqindir. Çünki Yaxın Şərqdə yerləşən bəzi ölkələr Avropaya qaz ixrac etmək məqsədilə TANAP-dan istifadə etmək haqında düşünürlər. Rusiya nə qədər tez bu layihədən istifadə edərsə gələcəkdə TANAP-da yarana biləcək sıxlıqla əlaqədar kənarda qalmaz.

Qeyd edək ki, Rusiya Azərbaycanın müəllifi olduğu regional əhəmiyyətli enerji layihələrindən istifadə edir. Bakı-Tiflis-Ceyhan neft ixrac kəməri buna misaldır. İndiyə qədər kəmər vasitəsilə Rusiyaya məxsus olan 7 milyon ton neft ixrac edilib.

Rusiya rəsmisinin səsləndirdiyi fikirlərə münasibətini bildirən iqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, hər bir ixracatçı ölkə üçün alternativ variantların olması əlverişlidir. Onun sözlərinə görə hədəf bazarlara çıxmaq üçün nə qədər çox marşrut olarsa, bu, həmin ölkənin idxalçı ölkələrin bazarına risksiz çıxmasına bir o qədər yaxşı şərait yaradır.

F.İbrahimov bildirdi ki, hər hansı ixrac layihələri hazırlanan zaman ondan yalnız bir ölkənin istifadəsi nəzərdə tutulmur. Zamanla digər ölkə və ya ölkələrin də həmin layihələrə qoşulması imkanı olur. O buna misal kimi Bakı-Novorossiysk kəmərini göstərdi: “Bizim Bakı-Novorossiysk kəmərə əsasən Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün istifadə edilib. Bu kəmər hələ sovetlər dövründən inşaa edilibneft ixracı üçün əlverişli olub. Bakı-Novorossiysk yalnız bir istiqamətdə neftin daşınmasını nəzərdə tutmur. Kəmərlə Novorossiyskdən də Bakıya doğru, oradan isə Ceyhana neft ixrac edilməsi imkanları varbundan istifadə edilir”.

Ekspert söylədi ki, Rusiyanın Qara dənizdən keçən qaz kəməri də inşa edilən zaman risklərdən yayınmaq məqsədilə alternativ vasitə kimi TANAP-dan istifadə nəzərdən keçirilib: “TANAP Rusiya üçün də maraqlı və diqqəti cəlb edən alternativ vasitədir. Layihə hazırlananda və həyata keçiriləndə Rusiya buna müəyyən qədər soyuq yanaşıb. Amma artıq layihə icra edildiyindən sonra Rusiya da çalışır ki, həmin kəmərin imkanlarından faydalansın.

Rusiyanın Ukrayna ilə, Qərəb ölkələri ilə münasibətlərində soyuqluq var. Ola bilər ki, bu münasibətlər hələ bir müddət belə qalsın. Buna görə də Rusiya enerji resurslarının ixracında Azərbaycan və Türkiyəni əhəmiyyətli tərəfdaş kimi görür”.

F.İbrahimov onu da söylədi ki, Rusiya səfirinin açıqlaması Azərbaycanın müəllifi olduğu regional layihələrin böyük perspektiv vəd etdiyini də göstərir. O bildirdi ki, Rusiya bundan öncə Bakı-Tiflis-Qars dəmiryol layihəsinə maraq göstərmirdi. Amma layihənin reallaşdırılmasından sonra ona qoşulan ilk ölkələrdən biri Rusiya oldu.

 

 

 

Vasif CƏFƏROV

Mövqe.- 2020.- 9 yanvar. S. 4.