İslahatlar idarəçilikdə aşkarlığı artırır

Strateji sahələrdə mühüm nailiyyətlər əldə olinur

 

Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin edib və təyinatla əlaqədar yeni sədr dövlət başçısının qəbulunda olub. Ölkə rəhbərinin bu yeni üsulu islahatların sürətlə getdiyi dövrün ən xarakterik xüsusiyyətlərindən biridir. Prezident yeni kadrlarla üzbəsurət söhbət edironn qarşısında duran vəzifələri tam aydın surətdə diqqətə çatdırır. Kütləvi informasiya vasitələri görüşün məzmununu nöqtəsinə, vergülünə kimi vətəndaşlara təqdim edir.

Enerji təminatının ölkənin təsərrüfatında oynadığı rolun mühümlüyü hər kəsə məlumdur. İqtisadiyyatın bütün sahələrində enerjiyə tələbat yüksəkdir. Xüsusilə, Azərbaycan səviyyəsində inkişaf etmiş sosial mahiyyətli dövlətlərdə bu sahə daha böyük akuallıq kəsb edir. Belə ki, əhalinin enerjiyə əlçatanlığı yüksək səviyyədə təmin edilir. Prezident yeni təyin etdiyi yüksək vəzifəli dövlət məmuruna bu məqamlardan danışıb və onun necə bir məsuliyyətli vəzifəyə təyin olunmasının aspektlərini açıqlayıb. Çünki, bu strateji sahə həqiqətən böyük məsuliyyət tələb edir.

Azərbaycanda əhalinin və ölkə təsərrüfatının enerji təminatı işlərinə çox diqqətlə yanaşılır. Bunun nəticəsidir ki, yaxın keçmişdə bu istiqamətdə idxaldan asılı olan ölkəmiz indi özünü tam təmin etməklə yanaşı, həm də enerji ixracatçısına çevrilib. Prezident İlham Əliyev görüşdə deyib: “Əmin olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəyə məsuliyyətlə yanaşacaqsınız. Bu, çox məsuliyyətli vəzifədir və enerji təminatı hər bir ölkə üçün strateji sahədir. Son illər ərzində ölkəmizdə bu sahədə çox böyük işlər görülübdür. Regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildə qəbul edilmiş birinci Dövlət Proqramı çərçivəsində enerji güclərinin yaradılması nəzərdə tutulurdu. Artıq biz buna tam nail olduq. Bu gün bizim təqribən 1000 meqavatlıq əlavə enerji güclərimiz var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialımızı genişləndirir. Keçən il ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar civarında vəsait əldə edibdir”.

Son 15 il ərzində Azərbaycanda təqribən 3000 meqavata yaxın yeni generasiya gücləri yaradılıb, yeni elektrik stansiyaları inşa edilib. Hazırda Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkə kimi tanınır. Dövlət başçısı bu mühüm sahəni daim diqqətdə saxlayır. Buna görədir ki, ölkəmizin enerji sektorunda paylayıcı şəbəkə ən müasir standartlar səviyyəsində yenidən qurulub. Təsadüfi deyil ki, işin səmərəsini artıqmaq, istehsalatın bu istiqaməti üzrə baş alıb gedən mənfi halları aradan qaldırmaq üçün bir neçə il əvvəl baş verən struktur dəyişikliyindən Prezidentin təşəbbüsü və seçdiyi “Azərişıq” adı ilə yeni səhmdar cəmiyyəti yaradılıb və o gündən etibarən enerji sahəsində köklü islahatların əsası qoyulub.

2018-ci ildə baş vermiş qəza sahə əməkçilərinə böyük dərs oldu. Dövlət başçısının tapşırığı və bilavasitə nəzarəti ilə sahədə ciddi qayda-qanun yaradıldı, işçilərin, rəhbər kadrların məsuliyyəti artırıldı. Həm də aşkar olunan nöqsanların aradan qaldırılması üçün tədbirlər görüldü.  “Mingəçevir İstilik Elektrik Stansiyasının 5 bloku əsaslı təmir edildi, demək olar ki, yenidən qurulduitirilmiş güclər bərpa olundu. Biz təqribən 400 meqavatlıq itirilmiş gücləri bərpa etdik. Yəni, bizim mövcud elektrik stansiyaları məhz məsuliyyətsizlik və qeyri-peşəkar hərəkətlərə görə o gücləri itirmişdi. Biz yeni stansiya tikmədən təmir işləri nəticəsində 400 meqavat gücü bərpa etdik. Mingəçevir İstilik Elektrik Stansiyasının qalan 3 blokunda 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə enerji, generasiya gücü əldə ediləcək” deyə, Prezident “Azərişıq” ASC-nin yeni sədrinin görəcəyi işlərin məsuliyyətini gündəmə gətirib. Qarşıda görüləcək işlər çoxdur. Baxmayaraq ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı enerji əlçatanlığı əmsalı üzrə MDB məkanında birinci yerə, dünya miqyasında isə ikinci yerə layiq görüb, davam edir. Əlçatanlıq əmsalına görə dünyanın inkişaf etmiş ölkələrini qabaqlasaq da, dövlət başçısı daim gələcəyə baxır və strategiyasını da gələcək illərin ələbatını nəzərə alaraq müəyyənləşdirir. Buna görə də deyir: “Beləliklə, növbəti illərdə bizim artan tələbatımızı ödəmək üçün həm yeni stansiyalar qurulmalıdır, həm də elektrik enerjisini təmin edən mövcud qurğular təftiş edilməlidir, yeni yarımstansiyalar inşa olunmalıdır, təmir edilməlidir. Biz bütün bu işləri görürük və ardıcıl şəkildə görəcəyik. “Azərişıq” da öz işində ən müasir prinsipləri rəhbər tutmalıdır. Bizim bütün enerji təsərrüfatımız yüksək standartlara cavab verməlidir. Generasiyadan başlamış son nöqtəyə - vətəndaşların mənzilinə qədər elektrik enerjisi dayanıqlı şəkildə təmin edilməlidir”.

İndi sadə vətəndaş dövlətimizin enerji təsərrüfatının gücünü, imkanını və inkişaf tendensiyasını bilir. Dövlət başçısının bu sahəyə rəhbərlik dənlərin qarşısına qoyduğu vəzilərlər də tanışdır. Əgər, sabah, hansısa bir çatışmazlıq görsə, onda kimdən və nəyi tələb etməyi də artıq öyrənib. Yəni, tapşırıq, vəzifə məsuliyyəti, yerinə yetirilmə əmsalı və vətəndaş məmnunluğu. İslahatların məqsədi dövlətimizin sosial mahiyyətini yalnız gücləndirməkdir.

 

 

N.NOVRUZ

Mövqe.- 2020.- 9 yanvar. S. 5.