Azərbaycan-Türkiyə iqtisadi əlaqələri genişlənir

İki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyard dolları keçib

 

Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsində əhəmiyyətli rol oynayan Hökumətlərarası Komissiya bu istiqamətdə səmərəli platformadır. Komissiyanın müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan Fəaliyyət Planında ticarət-iqtisadi münasibətlərin gücləndirilməsinə, birgə layihələrin reallaşdırılmasına dair inamlı məqsədlər var.

Dövlətlərarası ikitərəfli əməkdaşlıqda ticarət sahəsi əhəmiyyətli yer tuturbu gün Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. İki ölkə arasında investisiya, ticarət və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı üçün böyük potensial mövcuddur.  Fəaliyyət planının hədəfi qarşılıqlı ticarət dövriyyəsini daha da artırmaq, onun strukturunu şaxələndirməkdən ibarətdir.

Ötən il bu ölkələr arasında ticarətin dövriyyəsinə dair statistik göstəricilər görülən tədbirlərin uğur gətirməsinə parlaq nümunədir. Ötən il Türkiyədən Azərbaycana ixrac 2018-ci illə müqayisədə 11,98 faiz artaraq 1,623 milyard dollar təşkil edib. Dövriyyənin belə sürətlə artması iqtisadi əlaqələrin xarakterindən doğur.  Dostqardaş dövlətlərimizin başçıları arasında mövcud olan sıx dostluq və qardaşlıq münasibətləri Azərbaycanla Türkiyə arasında siyasiiqtisadi əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəldib, hökumət orqanları arasında da əlaqələr uğurla inkişaf edir.

Qardaş ölkələr arasında ticarət münasibətlərindəki hesablaşmaların yerli valyutadan istifadə etməklə həyata keçirilməsi, maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları, iki ölkənin maliyyə qurumları arasında əməkdaşlıq və təcrübə mübadiləsi, İstanbul Maliyyə Mərkəzində Azərbaycanın maliyyə qurumlarının daha fəal təmsil olunması və digər maraq doğuran məsələlər əlaqələrin əsas simptomlarıdır. Azərbaycana Türkiyədən idxal olunan kənd təsərrüfatı məhsulları sırasında alma, armud, ananas, araxis, badam, banan, fındıq ləpəsi, kivi, badımcan, bibər, ərzaqlıq kartof, lobya, kələm kimi məhsullar üstünlük təşkil edir. Lakin ticarət əlaqələri bununla bitmir. Sənaye məhsullarının idxal-ixracında da qarşılıqlı əlaqələr kifayət qədər yüksəkdir. Bütün dünyada məşhur olan Türkiyə tekstili, tikinti materialları, istiliksu-kanalizasiya avadanlığı və sairəyə Azərbaycan bazarlarında çox rast gəlinir. Türkiyənin isə Azərbaycandan idxalının  strukturunda xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallaronlardan hazırlanan məmulatlar, alüminiumondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi, bitki yağları üstünlük təşkil edib.

Ticarətin inkişafı ilə yanaşı qarşılıqlı investisiya yatırımları da hər iki tərəfdə sənayenin inkişafına, istehsalın modernləşdirilməsinə və məhsuldarlığın artımına güclü təsir göstərir. Türkiyə şirkətləri Azərbaycandakı sənaye zonalarına – kimya, neft-kimya və əczaçılıq sənayesinə investisiya yatırmağa, habelə Türkiyədən Azərbaycana idxal olunan məhsulların, xüsusilə qida sənayesi, tekstilelektrotexnika məhsullarının, eləcə də onların ehtiyat hissələrinin bir qisminin Azərbaycanda istehsalı üçün birgə müəssisələr yaratmağa marağı böyükdür.

Bu gün Azərbaycan və Türkiyə digər ölkələr və dünya üçün böyük əhəmiyyət kəsb edən layihələr həyata keçirir, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edir. Bunlar sırasında Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tbilisi-Ərzurum, Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, STAR, PETKİM, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü kimi strateji layihələr var. Bu layihələr və təşəbbüslər hər iki ölkənin gücünü artırır, regional əməkdaşlığı möhkəmləndirir və sabitliyi təmin edir. Bundan başqa, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə Azərbaycanın aidiyyəti dövlət qurumları arasında müxtəlif layihələrin icrası üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur.

Bütün bu görülən işlər bu il qardaş ölkələr arasında ticarət dövriyyəsinin 2 milyard dollar səddinin dəf olunacağı barədə ciddi anonsdur.

 

N.NOVRUZ

Mövqe.- 2020.- 30 yanvar. S. 11.