Hökumət Milli Məclisdə hesabat verdi

 

 Milli Məclisin dünən keçirilən iclasında Nazirlər Kabinetinin ötən ilin yekunlarına dair hesabatı dinlənildi. AZADİNFORM xəbər verir ki, Milli Məclis sədri Oqtay Əsədov çıxış edərək hökumətin hesabatının ətraflı, dəqiq hazırlandığını bildirdi. Spiker hesabatda sosial-iqtisadi, milli təhlükəsizlik, mülki müdafiə digər sahələrlə bağlı təhlillər aparıldığını söylədi. O.Əsədov hesabatda son 5 ildə əldə olunan nəticələrin əks olunduğunu, ötən il ölkəmizdə 11 faiz iqtisadi artım müşahidə olunduğunu vurğuladı. Son illər Azərbaycan hökumətinin prioritet istiqamətlərindən birinin ölkədə yoxsulluğun aradan qaldırılması olduğunu qeyd edən spiker hesabatda respublikada qeyri-neft sektorunun inkişaf tempinin neft sektorunun inkişaf tempini üstələdiyini nəzərə çatdırdı. MM sədri ötən il maliyyə böhranının dünyada pik nöqtəsinə çatsa da, Azərbaycana az təsir etdiyini bildirdi. Onun sözlərinə görə, 2008-ci ildə dövlət büdcəsinin gəlirləri əvvəlki illərlə müqayisədə 80 faiz artıb.

Y.Eyyubov 2008-ci ildə Azərbaycanda ÜDM 38 mlrd. manat təşkil etdiyini 2007-ci illə müqayisədə 10,8%, son beş ildə isə 2,6 dəfə artım olduğunu bildirib. Onun sözlərinə görə, 2008-ci ildə əsas kapitala yönəldilən investisiyalar 9,1 mlrd. manat təşkil edib 34,3% artıb. "2008-ci ilin yekunları üzrə Azərbaycanın valyuta ehtiyatları $18 mlrd. manatı ötüb onların idarə olunmasından daxil olan gəlirlər $412 mln. təşkil edib"-deyə Y.Eyyubov vurğulayıb. Y.Eyyubov 2008-ci ildə bankların ümumi aktivlərinin 53%, kredit portfelinin 47,5%, əhalinin əmanətlərinin 29,6% artdığını söyləyib. Onun sözlərinə görə, son beş ildə neft hasilatının həcmi 2,9 dəfə, qaz hasilatının həcmi 3 dəfədən çox artıq olub.

Y.Eyyubov ötən il orta aylıq əmək haqqının 268 manat, orta aylıq pensiyanın isə 96 manat olduğunu bildirdi. Ötən il sentyabrın 1- ölkədə orta aylıq əmək haqqının 50 faiz artırıldığını qeyd edən Y.Eyyubov hesabat dövründə ünvanlı sosial yardım alanların sayının 700 min nəfərə çatdığını söylədi. "Ötən il məcburi köçkünlərin problemlərinin həlli, onların yaşayış səviyyəsinin artırılması ilə əlaqədar prezident İlham Əliyev tərəfindən bir neçə Fərman Sərəncam verilib. Təkcə 2003-2008-ci illərdə qaçqın məcburi köçkünlər üçün 36 qəsəbə salınıb, 47 min məcburi köçkünün isə yaşayış səviyyəsi yaxşılaşdırılıb. Bundan başqa, Azərbaycan prezidenti tərəfindən müxtəlif sahələri əhatə edən 70 Dövlət Proqramı həyata keçirilib"-deyə Y.Eyyubov əlavə etdi.

O, son 5 ildə prezident İlham Əliyev tərəfindən vəd edilən 600 min yerinin əvəzinə 766 min yeri açıldığını, bunun da 547 mininin daimi olduğunu nəzərə çatdırdı. Ölkənin strateji valyuta ehtiyatlarının 18 mlrd. manata çatdığını diqqətə çatdıran Y.Eyyubov 2008-ci ildə kənd təsərrüfatına 152 mln. manat güzəştli kredit verildiyini söylədi. O, son beş ildə ölkədə avtomobil yollarının çəkilməsinə 2,5 mlrd. manat vəsait xərcləndiyini qeyd etdi.

Hesabatda həmçinin ötən il təhsil, səhiyyə, ekologiya, ədliyyə, vergi, maliyyə, mədəniyyət digər sahələrlə bağlı geniş məlumat verildi. Daha sonra deputatlar tərəfindən hökumətin hesabatının müzakirəsi aparıldı.

   

 

Mövqe.- 2009.- 14-16 mart.- S. 2.