Toylarımızda qəribsəyən tar...

 

Xalqımız hələ lap qədim dövrlərdən müxtəlif növ musiqi alətləri yaradıb. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, Azərbaycanda 4 qrupa daxil olan yüzə yaxın xalq çalğı alətləri mövcud olub. Bu musiqi alətlərinin şahı isə səsindən sehrindən doymadığımız tar hesab olunur. Bu alətin adı ilk dəfə 11-ci əsrdə yaşamış Baba Tahir Qətran Təbrizinin şeirlərində çəkilib. İlk dəfə tar beş simdən ibarət olub. Musiqi nəzəriyyəçilərin sözlərinə görə, ilk tarın səsi zəif, texniki imkanları məhdud imiş. XIX əsrin ikinci yarısında Azərbaycanın görkəmli tarzəni Sadıqcan tarı təkmilləşdirərək onu virtouz musiqi alətlərinin səviyyəsinə çatdırıb. Nəticədə ümumi konstruksiya dəyişib simlərin sayı 11-ə çatıb. Amma dəyişən tək bu olmur. Həmin dövrdən etibarən alətin çəkisi azaldılır, tarzənlər bu aləti diz üstə deyil, artıq sinə üstə tutmağa başlayırlar. Bu da tarın texniki imkanlarını daha da genişləndirir.

 

Təqribən 15-20 il əvvələ kimi paytatda musiqi alətləri emalatanalarının sayını bilən yo idi. İndi isə Bakıda bu profil üzrə tək-tük emalatanalar fəaliyyət göstərir. Balabəy Balabəyov 20 ildən çodur ki, tar ustasıdır. Bu günə kimi 1000-dən artıq tar düzəldib. Balabəy Azərbaycanda yeganə ustadır ki, onun düzəltdiyi sənət nümunələri dünya arenasına çıxıb.

Biz də özünəməsus əl işləri ilə tanınan Balabəy Balabəyovla Pirşağı qəsəbəsindəki emalatanasında görüşüb həmsöhbət olduq.

- Bu sənətlə nə vaxtdan məşğul olmağa başlamısınız?

-1986-cı ildən bu işlə məşğulam. Gördüyünüz kimi günlərim emalatanada keçir. Tarın düzəldilməsi bəzən aylarla vaxt aparsa da, bu işdən böyük zövq alıram.

-Sənətin, sənətkarın xiridarı mərhum prezidentimiz ümummilli lider Heydər Əliyevə iki tar bağışlamısınız. Bəlkə, onun tarixçəsini danışasınız?

-1993-cü ildə Heydər Əliyev Fransaya getməmişdən bir gün əvvəl mənim düzəltdiyim və üstündə milli sərvətlərimiz əks olunan tarı ona göstərirlər. O qədər xoşuna gəlir ki, götürüb Fransaya aparır və dostluq rəmzi kimi Prezident Mitterana bağışlayır. Elə bu tara görə Fransanın Luvr şəhərindəki muzeylərin birində Azərbaycana aid guşə açılır, milli sərvətimiz olan xalça və həmin tar da oraya qoyulur. Heydər Əliyevə ikinci tarı isə 1995-cü ildə ad günündə Nizami rayonunda zəhmətkeşlərlə görüşü zamanı bağışlamışdım. Tarın üzərində sədəflə Heydər Əliyevin portretini işləmiş, çox zərif milli naxışlarla bəzəmişdim. Prezident çox heyranlıqla tara baxaraq soruşdu ki, belə nadir bir tar düzəltmisən, bunu çala bilirsən? Bəli cavabını verdim. Dedi ki, Bir çal görüm. Şur muğamının Maye hissəsindən bir parça ifa etdim, təşəkkür etdi. Çox güman ki, həmin tar Heydər Əliyevə məxsus hansısa bir muzeydə saxlanılır.

- Həcmcə kiçik görünən tarı düzəltmək qədər vat aparır?

- Tar düzəltmək digər çalğı alətlərinə nisbətən çətindir. Milli çalğı alətlərimizin şahı olan tar kiçik görünsə onu düzəltmək ço uzun sürür. Gövdənin hazırlanması üçün istifadə edilən ağac əl ilə yonularaq çanaq halına gətirilir. Belə tarlar son dərəcə təkrarolunmaz səsə malik olur. Lakin kamança sazı düzəldərkən bu qədər gözləməyə lüzum yodur. Mən bütün günü bir tarın üzərində çalışsam 1 aya ərsəyə gətirə bilərəm. Amma bəzəkli tar daha ço vat tələb edir. Tarı yalnız əllə hazırlayırlar. Lakin kamançanı forma dəzgahında hazırlayırlar.

- Bildiyimə görə bütün ağaclardan keyfiyyətli tar hazırlamaq olmur...

- Tut ağacı tar gövdəsi üçün ideal material sayılır. Lakin qol kəllə hissəsi qoz ağacından hazırlanır. Amma tarı qoz ağacından da düzəltmək olur. Alətin üzlənməsi inəyin ürəyindən hazırlanır. Qəbul olunmuş qaydaya görə tarın üzünə mütləq inəyin ürək pərdəsi çəkilməlidir. Bir tar üçün isə adətən iki belə pərdə lazımdır. Havanın rütubətli olması da tarın səslənməsinə təsir edir. Musiqi alətləri üsusi qayğı, vatı-vatında təmir tələb edir. Hər şey aləti qorumaqdan asılıdır. Yaşı salanılan tar lap 100-150 il qala bilər. Çanağı qorumaq isə əsas şərtdir. Havanın necəliyi ilə tarın çanağından çıan səs dəyişir. Yaşı musiqiçi havanın quru yaud rütubətli olacağını tarın üzünün qabarmasından zamanındaca təyin edə bilər.

-Çalğı alətlərinin səsinin dəyişməsi hansı səbəblərdən yaranır?

- Bir ço səbəblərdən səs dəyişə yaud tamamilə itə bilər. Səs tembrinə, forma quruluşuna görə dünyada tardan üstün alət yodur. Bu alət hansı alqda olsaydı onu bütün alətlərin şahı kimi bütün dünyada tanıtdırardı.

-Bəs tarın qiymətləri neçəyədir?

- Tarın qiyməti onun materialından və ölçülərindən asılıdır. Təzə öyrənməyə başlayanlar üçün hazırlanan tar bir az ucuzluq materialdan hazırlanır. Ümümiyyətlə qiymətlər 150 manatdan başlayır. Professional tar 300 manat olur. Bir var sədəfli tar. Üstü sədəf, qızıl brilyantlarla bəzədilmiş tarın qiyməti nisbətən baha olur.

- Usta, tanınmış ifaçılardan kimlərə milli musiqi alətləri düzəltmiş, onlara sədəf düzmüş ya təmir etmisiniz?

-Hal-hazırda ekranlarda gördüyünüz sədəfə tutulmuş musiqi alətlərinin əksəriyyəti mənim işimdir. Elə Ramiz Quliyev oğlu Əyyubun da tarlarını mən düzəltmiş sədəflə bəzəmişəm. Ramiz müəllimin tarını düzəldəndən sonra çox sənətkar yanıma gələrək deyirlər ki, bizə Ramiz müəllimin tarından düzəlt. Elə bilirlər ki, tarı yaxşı düzəltməklədi, daha demirlər ki, əsas şərt tarı yaxşı çalmaqdır. Habil Əliyevin kamançasını da mən hazırlamışam. Amma sırf işim tardır. Mən 2000-ci ildə Bakıda keçirilən Xalq yaradıcılığı müsabiqəsində iştirak edərək 1-ci yeri tutdu Diploma layiq görüldüm. O müsabiqə üçün saz düzəldərək üzərində sədəflə Dədə Qorqud boylarından parçalar işləmişdim. Həmin saz hazırda Türkiyə muzeylərinin birində saxlanılır. Mən bu illər ərzində sırf ona idmət etmişəm ki, aləti sənət əsəri səviyyəsinə qaldırım. Sadəcə bəzəmək deyil, fərdi yanaşıram bu işə. Digər alətlərə nisbətən tarı daha ço sevirəm. Rəssamlığı bacarmağım bu sənətdə mənə ço kömək edib. Tara gözəl quruluş vermək üçün rəssamlıq da tələb olunur. Bu yaınlarda üzərində dahi Nizaminin Xəmsəsindən şəkillər və nəsihətamiz beytlər olan tar düzəltmişəm. Həmin tarın kamançasını da düzəltmişəm, qavalını da. Əl işlərim H.Əliyev adına Fondda salanılır. Mən tarın üzərinə bəzəklər əlavə etməklə onu daha da maraqlı edirəm. Bəzək əşyası kimi alçanın üzərində asılanda üzərindəki bəzəklər gözəllik yaradır. Tarın üzərində Nüşabə ilə İsgəndərin görüşünə, Məcnunun Kəbəni ziyarət etmələri səhnələri var. Mən deyərdim ki, tar bir növ nağıla bənzəyir.

-Təbii ki, bu sənətin də öz çətinlikləri və problemləri az deyil.

-Bu sənətə gənclərin yanaşması azdır. Bu sənəti öyrənmək üçün gərək aylar-illər sərf edəsən ki, kamil usta olasan. El şənliklərində milli musiqi alətlərimiz az ifa olunur. Bunun da başlıca səbəbi teleməkanda səslənən şou musiqilərinin toyanalara yol açmasıdır. Hamı arici musiqilər sifariş edir. Ona görə də toyda tar qəribsəyir. Şəhərimizdə tar hazırlanan mərkəzlər rəsmi olaraq fəaliyyət göstərmir. Efirdə ansambla baırıq. Trio çıır efirə. Tar, kamança dəf. Heç kəs fikirləşmir ki, tar necə və hansı şəraitdə hazırlanır. Məsələn gitara, piano, skripka bütün mağazalarda satılır. Tar-kamança necə yaranır, material haradan alınır? Bu suallar heç kəsi maraqlandırmır. Əvvəllər Şuşada fabrik var idi. Bilirdik ki, Azərbaycanda tar, kamança düzəldilir, digər ölkələrə göndərilir. Amma indi yodur. Elə bil əşya yodur ki, onun hazırlanması üçün Azərbaycanda vəsait satılmasın. Xaricdən Bakıya bütün ehtiyat hissələri gəlir. Amma tar-kamança özümüzündür aı. Özbəkistanda tar milli alət olmasa da onların özlərinin tar-kamança düzəldilən fabrikləri var. Amma bizdə belə fabriklər yodur. Muğam Mərkəzində bütün milli musiqi alətlərinin sərgisi keçirilirdi. Xarici ölkədən qonaqlar gəlmişdi. Amma dərd orasıdır ki, həmin milli alətlərin içərisində nə tar var idi, nə kamança, nə də qaval. Sərginin üçüncü günü iradlardan sonra gedib muzeydən tar-kamança gətirdilər. Halbuki Muğam Mərkəzinə dail olan şəs ilk öncə tar-kaman görməlidir. Bu üç alət vəhdət təşkil etməlidir. Muğam Mərkəzinin foyesində bu üç alət olmalıdır. Amma yodur. Sovet dönəmində İttifaq respublikalarından, o cümlədən Özbəkistandan Bakıya gələnlər nədənsə zil səsə deyil, bəm səsə üstünlük verirdilər. Ona görə də tarın ölçülərini böyütdülər. İndi də həmin ölçülər öz görünüşünü salayır. Qədimi tarlar balaca idi. Məsələn Hacı Məmmədovun tarı ço kiçik idi. Həmin ərəfədə əsil Azərbaycan tarında olan səs tembri itdi. Sonradan bərpa olunsa da əvvəlki effekti verə bilmədi. Ço vat tara təlif müdailələr edirlər. Tardan tar səsi yo, gitara, kanon səsi çıır. Azərbaycan musiqi mədəniyyəti var olduqca tar da yaşayacaq.

 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2011.- 4 noyabr.- S.12.